/ / BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanın da təmsil olunduğu təşəbbüs qrupunun irəli sürdüyü qətnamə qəbul edilib
BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanın da təmsil olunduğu təşəbbüs qrupunun irəli sürdüyü qətnamə qəbul edilib
28.03.2018 [09:55]
BMT-nin İnsan Hüquqları Şurasının Cenevrədə keçirilmiş 37-ci sessiyası çərçivəsində Azərbaycanın Braziliya, Çili, Danimarka, Ekvador, Fici, Kanada, Lüksemburq, Portuqaliya, Ruanda, Syerra Leon, Tailand və Uruqvay ilə birgə irəli sürdüyü daha bir sənəd - “İnsan hüquqlarının təşviqi və müdafiəsi və Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsi” adlı qətnamə Şuranın üzvləri tərəfindən yekdilliklə qəbul edilib. Qətnaməyə 69 ölkə həmmüəllif qismində qoşulub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qətnamənin əsas məqsədi insan hüquqlarının təşviqi və müdafiəsi ilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsi arasında mövcud olan qarşılıqlı əlaqələrin vurğulanması və BMT-nin üzv ölkələrinin bu sahədə əldə etdikləri müsbət təcrübələrini bölüşmələri üçün müvafiq platformanın yaradılması olub. Bu xüsusda, qətnaməyə əsasən 2018-ci və 2019-cu illərdə Cenevrədə BMT-nin üzv ölkələrinin illik görüşlərinin təşkil edilməsi planlaşdırılır. Sözügedən görüşlərin nəticələri barədə Cenevrədə yerləşən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən hazırlanacaq hesabatların İnsan Hüquqları Şurasına və Nyu-Yorkda hər il keçirilən Dayanıqlı İnkişaf Məqsədlərinin icrası üzrə Yüksək Səviyyəli Siyasi Foruma təqdim edilməsi nəzərdə tutulur.
BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanın və yuxarıda adları sadalanan ölkələrin birgə səyləri nəticəsində qeyd edilən qətnamənin qəbulu Azərbaycanın beynəlxalq səviyyədə artan nüfuzunun, eləcə də milli səviyyədə Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının və insan hüquqlarının müdafiəsinin təmin edilməsi üzrə zəngin təcrübəyə malik ölkə kimi qəbul edilməsinin əyani göstəricisidir.
Xəbər lenti
Hamısına baxMaraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32

