/ / Azad və Demokratik Seçkilər uğrunda Vətəndaş Təşəbbüsü prezident seçkilərinin müşahidəsi ilə bağlı aralıq hesabatını təqdim edib
Azad və Demokratik Seçkilər uğrunda Vətəndaş Təşəbbüsü prezident seçkilərinin müşahidəsi ilə bağlı aralıq hesabatını təqdim edib
30.03.2018 [10:33]
Azərbaycanda beynəlxalq standartlara uyğun demokratik və ədalətli seçkilərin keçirilməsi üçün lazımi şərait mövcuddur
Bolqarıstanın Azad və Demokratik Seçkilər Uğrunda Vətəndaş Təşəbbüsü (GİSDİ) aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərinin müşahidəsi ilə bağlı aralıq hesabatını martın 29-da təqdim edib.
AZƏRTAC xəbər verir ki, hesabat siyasət, media, seçki, hüquq və vətəndaş cəmiyyəti ekspertlərindən ibarət uzunmüddətli müşahidəçilər missiyasının müşahidə və araşdırmaları nəticəsində hazırlanıb. Aralıq hesabata ekspertlərin aşağıdakı istiqamətlərdə müşahidələri daxil edilib: Makrosiyasi şərait və sistem; Azərbaycanda seçkiqabağı vəziyyət; Hüquqi çərçivə və seçki administrasiyası; Seçki siyahıları və seçicilərin qeydiyyatı; Namizədlərin irəli sürülməsi və qeydiyyatı; Seçki kampaniyası;
Seçki prosesində KİV; Şikayət və müraciətlər; Seçki günü seçkilərin müşahidəsi və s.
GİSDİ-nin analitiki Omurtaq Petkov bildirib ki, təşkilatın uzunmüddətli müşahidə missiyasının ekspertlərinin müşahidə və araşdırmalarında müəyyən edilib ki, azad və demokratik seçkilərin keçirilməsi baxımdan ölkədəki makrosiyasi mühit münbitdir. Ölkədə seçkiqabağı mühit sabitdir, elektoratın öz seçimini azad ifadə etməsi, ədalətli və demokratik seçkilərin təşkili baxımından heç bir təhlükə yoxdur. Azərbaycan Respublikasında seçki prosesini tənzimləyən hüquqi sənədlərin təhlili onu deməyə əsas verir ki, ölkədə demokratik seçkilər keçirməyə tam yararlı, beynəlxalq standartlara uyğun hüquqi çərçivə mövcuddur. Seçki administrasiyasının işinin müşahidəsi ümumilikdə onun işinin müsbət qiymətləndirilməsinə imkan yaradır. Seçici siyahıları ilə iş daim aparılır, onlar yenilənir və dəqiqləşdirilir. Namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesini ümumilikdə müsbət qiymətləndirmək olar. KİV-in monitorinqi göstərir ki, namizədlərdən biri, daha doğrusu, fəaliyyətdə olan prezidentə KİV-də daha çox yer ayrılır. Lakin materialların kontent-təhlili göstərdi ki, bu bərabərsizlik onun seçki kampaniyasının deyil, prezident kimi fəaliyyətinin işıqlandırılması nəticəsində baş verib. Bu günə kimi aparılan monitorinq zamanı seçki qanunvericiliyinin ciddi pozulması və ya namizədlər üçün qeyri-bərabər şəraitə dair faktlara rast gəlinməyib. Azad toplaşma hüququ təmin olunur. Azad və Demokratik Seçkilər uğrunda Vətəndaş Təşəbbüsünün ekspertləri hesab edirlər ki, seçkiqabağı şərait və qanunverici baza ədalətlidir və demokratik seçkilərin keçirilməsini təmin edir.
Yuxarıda qeyd edilənləri ümumiləşdirərək Azad və Demokratik Seçkilər uğrunda Vətəndaş Təşəbbüsü bəyan edir ki, bu gün Azərbaycanda beynəlxalq standartlara uyğun demokratik və ədalətli seçkilərin keçirilməsi üçün lazımi şərait mövcuddur.
Müşahidə missiyasının rəhbəri Mixail Mirçev təmsil etdikləri təşkilat haqqında məlumat verib. O deyib ki, Azad və Demokratik Seçkilər uğrunda Vətəndaş Təşəbbüsü seçki müşahidəsi sahəsində Bolqarıstanın ən qocaman QHT-sidir. Təsis edildiyi 1990-cı ildən bəri Bolqarıstanda müşahidə missiyalarının koordinasiyasını və təşkilini aparır. Təşkilat Bolqarıstanda ilk demokratik seçkiləri müşahidə edib və bu günə qədər milli (prezident və parlament seçkiləri) və çoxsaylı yerli seçkilərdə 20-dən artıq uğurlu yerli seçki müşahidə missiyası həyata keçirib. Bir sıra beynəlxalq seçki müşahidə missiyalarında da iştirak edən GİSDİ 2003-cü ildən bəri Azərbaycanda seçkiləri müşahidə edib.
Azad və demokratik seçkilərlə bağlı beynəlxalq öhdəlik və standartlara, eləcə də milli qanunvericiliyə tam uyğun olan GİSDİ ədalətli, şəffaf seçkiləri müdafiə edir. O, vətəndaş təşkilatı olaraq, seçkiləri keçirən ölkədə xalqın mənfəəti, eləcə də beynəlxalq ictimaiyyətin mənfəəti naminə çalışır.
GİSDİ aşağıdakı sahələr üzrə öz təsdiqini tapmış səriştəyə malikdir: Seçki məntəqəsində müşahidə - açılış, səsvermə, bağlanış, səslərin hesablanması; Seçici siyahısının və seçici qeydiyyatının tamlığı və dəqiqliyinin müşahidəsi və təhlili; Seçki kampaniyasında medianın monitorinqi; “Exit-poll və cəld hesablama; Seçki qanunvericiliyinin və onun təcrübi icrasının təkmilləşdirilməsi; Seçki müşahidəsi üzrə metodologiya və alətlər; Seçicilərin maariflənməsi və müşahidəçilərin treninqi.
Xəbər lenti
Hamısına baxGündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14

