Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şəmkirdə daha bir orta məktəb binası istifadəyə verilib
18.09.2009 [10:56]
Bu münasibətlə keçirilən mərasimdə təhsil ocağının direktoru İradə Əliyeva çıxış edib, qəza vəziyyətində olan binanın yerində gözəl və müasir ikimərtəbəli məktəb ucaldan Heydər Əliyev Fonduna, onun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya kollektiv adından minnətdarlığını bildirib.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov ictimai-siyasi fəaliyyəti ilə milli dövlətçilik tariximizin silinməz səhifələrini yazan Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlərdən söz açıb. Deyib ki, yaradıldığı vaxtdan təhsilimizin və mədəniyyətimizin keşiyində dayanan Fond respublikamızda 300-dən artıq orta məktəb binası istifadəyə verib, yeni mədəniyyət və tibb ocaqlarının inşasını həyata keçirərək əhalinin sosial problemlərinin həllində fəal mövqe tutub. Fond nəinki ölkə daxilində, eləcə də bir çox xarici dövlətlərdə də xeyriyyə tədbirləri görüb. Pakistanda baş vermiş zəlzələdən sonra qızlar üçün tikilən 650 yerlik orta məktəb binasını misal gətirən natiq bu işlərin indi də davam etdirildiyini bildirib.
Anar Ələkbərov çinarlı məktəbinın açılışının müqəddəs Ramazan bayramı ərəfəsində həyata keçirildiyini də diqqətə çatdırıb, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından bütün şəmkirliləri təbrik edərək onlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.
Şəmkir rayon İcra hakimiyyətinin başçısı Nazim Veysov çıxış edərək yeni dərs ilini müasir standartlara cavab verən və hər bir avadanlıqla təchiz olunmuş məktəbdə başlayan kollektivi təbrik edib, bu sevinci onlara bəxş edən Heydər Əliyev Fonduna və Mehriban xanım Əliyevaya rayon ictimaiyyəti adından minnətdarlığını bildirib.
Rəmzi açılışı bildirən lent kəsildikdən sonra mərasim iştirakçıları məktəbdə yaradılan şəraitlə yaxından tanış olublar. Mərkəzləşmiş istilik sistemi olan tədris ocağında yaradılan fənn kabinetləri, laboratoriyalar, 2 mindən artıq ədəbiyyat fondu olan kitabxana, akt zalı, tibb otağı, bufet, idman zalı onlarda xoş ovqat yaradıb.
Xəbər lenti
Hamısına baxSosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37

