Qoşulmama Hərəkatının Fələstin üzrə Nazirlər Komitəsinin iclası keçirilib
06.04.2018 [10:26]
Qoşulmama Hərəkatı üçlüyünün üzvü qismində Bakıda Hərəkatın Fələstin üzrə Nazirlər Komitəsinin iclasına ev sahibliyi etmək bizim üçün böyük şərəfdir. Fələstin xalqı ilə tam həmrəyliyimizi və Fələstin məsələsinin ədalətli və davamlı həllinə qəti dəstəyimizi bir daha bəyan etmək istərdim. Azərbaycan Fələstin münaqişəsinin, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla, iki dövlət həllini dəstəkləyir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Fələstin üzrə Nazirlər Komitəsinin iclasında söyləyib.
“Təəssüf ki, şiddət və münaqişələr hələ də dünyada inkişaf və tərəqqiyə maneə yaradır. Qəzza zolağında baş verən hadisələr dərin narahatlığımıza səbəb olur. Qonşu Ermənistanla həll edilməmiş münaqişədən, işğal edilmiş ərazilərimizdə etnik təmizləmə və qeyri-qanuni məskunlaşmadan əziyyət çəkən bir ölkə kimi Fələstini tamamilə və aydın şəkildə anlayırıq”, - deyə nazir qeyd edib.
Elmar Məmmədyarov bildirib ki, Fələstin və Azərbaycan tarixən bütün beynəlxalq forum və təşkilatlarda əməkdaşlıq edib və bir-birini dəstəkləyib. Bu həmrəylik ruhu müxtəlif mərhələlərdə öz sübutunu tapıb. Azərbaycan 2013-cü ildə “Əl-Qüds Əl-Şərif şəhərinin inkişafına dair strateji planın maliyyələşdirilməsi üçün donor konfransı” və “Fələstin Dövlətinin dəstəklənməsi üçün İslam maliyyə təhlükəsizlik şəbəkəsinin yaradılması” kimi iki uğurlu konfransa ev sahibliyi edib və müqəddəs şəhərin infrastrukturunun inkişafı və saxlanılması üçün mühüm ianə ayırıb. 2017-ci ildə Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının dəstəyi və BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının tətbiqi üzrə komissiyasının himayəsi ilə Qüds məsələsi üzrə beynəlxalq konfransa ev sahibliyi edib. 2018-ci ilin sonunda Azərbaycan hökuməti Bakıda Fələstin Dövlətinin Asiyada akkreditə olunmuş səfirlərinin illik toplantısına ev sahibliyi etməyi planlaşdırır.
İclasda Fələstinin, İranın, Türkiyənin, Venesuelanın xarici işlər nazirləri Riad Malki, Məhəmməd Cavad Zərif, Mövlud Çavuşoğlu, Xorxe Arreasa Monserrat çıxış edərək problemin iki dövlət prinsipi əsasında həll olunmasının önəmini bildiriblər. Qeyd edilib ki, problemin həlli Qoşulmama Hərəkatının gündəliyində əsas məsələ olmaqda davam edir. Davamlı sülhə nail olmaq təşkilatın prioritetləri sırasındadır. BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməlidir.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04

