/ / Prezident İlham Əliyev: Azərbaycanda infrastrukturla bağlı praktiki olaraq bütün məsələlər həll edilib
Prezident İlham Əliyev: Azərbaycanda infrastrukturla bağlı praktiki olaraq bütün məsələlər həll edilib
08.04.2018 [10:00]
Son 15 ildə respublikada yaradılan yüksək səviyyəli müasir infrastruktur həm iqtisadi, həm də sosial əhəmiyyət daşıyır
Son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində Azərbaycanın nail olduğu hərtərəfli inkişafı həmçinin bütün ölkə boyu yaradılan müasir infrastrukturun timsalında aydın şəkildə görmək mümkündür. Müxtəlif təyinatlı infrastruktur obyektlərinin yaradılması ilə bağlı reallaşdırılan çoxsaylı layihələr sayəsində ölkəmizin infrastruktur təminatı əhəmiyyətli dərəcədə möhkəmlənərək dünyanın qabaqcıl ölkələrindəki səviyyəyə çatıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu günlərdə Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində müqayisələr apararaq ölkəmizdə infrastrukturla bağlı insanları narahat edən məsələlərin yüksək səviyyədə həllini tapmasından məmnunluğunu bildirib. “Mənim Prezident seçildiyim ilk illərdə infrastrukturla, məktəblərin, xəstəxanaların bərbad vəziyyəti, elektrik, qaz, su təchizatının, yolların olmaması və sair məsələlərlə bağlı müraciətlər çox olurdu. Lakin bu məsələlər həll edildikcə, əlbəttə, təkliflər tamam başqa xarakter aldı. Bu gün keçdiyimiz yola nəzər salanda görürük ki, Azərbaycanda infrastrukturla bağlı praktiki olaraq bütün məsələlər həll edilib”, - deyə dövlət başçısı vurğulayıb.
Azərbaycanın elektrik enerjisi ixrac edən ölkəyə çevrilməsi qürurverici haldır
Son 15 ildə respublikamızda böyük həcmlərdə investisiya qoyuluşu hesabına reallaşdırılan infrastruktur quruculuğu siyasəti çoxşaxəli olması və müxtəlif istiqamətləri əhatə etməsi ilə diqqəti cəlb edir. Bəhs olunan dövrdə bütün ölkə boyu sosial təyinatlı infrastruktur obyektlərinin tikintisi geniş vüsət alıb - respublika miqyasında 3100 məktəb, 600-dən çox tibb ocağı tikilib və yaxud əsaslı şəkildə yenidən qurulub. 2004-cü ildən ötən dövr ərzində Azərbaycanda qazlaşdırma 51 faizdən 93 faizə çatdırılıb. Son 15 ildə ölkənin bütün bölgələrində içməli su və kanalizasiya layihələri həyata keçirilib. Əgər 2004-cü ildə ölkə üzrə fasiləsiz içməli su ilə təminat 26 faiz səviyyəsində idisə, 2017-ci ildə bu göstərici 67 faizə çatdırılıb.
Son 15 ildə ölkədə aparılan infrastruktur quruculuğundan söhbət açarkən respublikanın enerji təminatının güclənməsini xüsusi qeyd etmək lazımdır. Yeni generasiya gücləri sayəsində Azərbaycan daxili enerji istehlakını tam həcmdə yerli istehsal hesabına təmin edir. Eyni zamanda, ölkəmizin müəyyən qədər ixrac imkanları da yaranıb ki, bu da qürurverici haldır. Qeyd edək ki, 2004-cü ilə qədər Azərbaycanda cəmi 9 elektrik stansiyası mövcud idi və onların ümumi potensialı 3900 meqavata bərabər idi. Son 15 ildə isə respublikamız özünün generasiya güclərini daha 2500 meqavat artırmağa nail olub. Energetika təsərrüfatının ölkə iqtisadiyyatının genişlənməsində müstəsna rolu nəzərə alınaraq 2018-ci ildə də yeni generasiya güclərinin yaradılması istiqamətində işlər davam etdirilir. Cari ildə 400 meqavat gücə malik “Şimal-2” elektrik stansiyasının istifadəyə verilməsi respublikanın enerji ixracı imkanlarını daha da artıracaq. Prezident İlham Əliyev artıq Azərbaycanın elektrik enerjisi ixrac edən ölkəyə çevrildiyini xüsusi olaraq diqqətə çatdıraraq vurğulayıb: “Son 15 ildə biz 30-dan çox elektrik stansiyası istifadəyə vermişik və elektrik enerjisi ixrac edən ölkəyə çevrilmişik. Bu ilin sonuna qədər Azərbaycanda qazlaşdırmanın səviyyəsi 95 faizə çatacaq”.
Yol infrastrukturunun yenilənməsi ölkənin ümumi inkişafına böyük təkan verib
Son 15 ildə ölkəmizdə infrastruktur quruculuğunun mühüm bir istiqaməti paytaxt Bakıda və bölgələrdə rahat yolların çəkilməsi ilə bağlı olub və bu istiqamətdə çoxsaylı layihələr reallaşdırılıb. Belə ki, 2004-cü ildən bəri respublikamızda 12 min 300 kilometr yol çəkilib, 443 körpü tikilib. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə yol-nəqliyyat infrastrukturunun müasir standartlar səviyyəsində yenidən qurulması, qədim İpək Yolunun bərpası ilə əlaqədar yeni layihələrin reallaşdırılması, həmçinin Azərbaycanın, şəxsən Prezident İlham Əliyevin liderliyi ilə inşası uğurla başa çatdırılan və ötən il istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu respublikamızın tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Ölkədə yüksək standartlar səviyyəsində qurulan müasir yol-nəqliyyat-logistika infrastrukturu respublikamızın tranzit önəmini artırdığı kimi, eyni zamanda regionlarda daxili yük və sərnişin daşımalarının artmasına da müsbət təsir göstərib. Yol-nəqliyyat infrastrukturunun yenilənməsi Azərbaycanın ümumi inkişafına böyük təkan verib.
Respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsi ilə yol-nəqliyyat infrastrukturunun yenilənməsi sahəsində yeni hədəf müəyyənləşdirilib ki, bu da bütün ölkə boyu kənd yollarının abadlaşdırılması ilə bağlıdır. 2017-ci ildə respublika ərazisində 1300 kilometr yol salınması böyük uğurdur. Ötən il şərti “40 yol” adlandırılan, əslində isə daha çox sayda kəndi əhatə edən layihə böyük uğurla tamamlanıb. 2018-ci ildə isə respublika miqyasında daha 600 kəndin yolunun yenidən qurulması nəzərdə tutulub. Ölkədə yol-nəqliyyat infrastrukturunun yenidən qurulmasından məmnunluq ifadə edən Prezident İlham Əliyev deyib: “Bu il də daxil olmaqla son 15 ildə Azərbaycanda 15 min kilometr yol çəkilib. Bunlar əhalini narahat edən əsas amillər idi”.
Meliorativ tədbirlər aqrar sektorda istehsal imkanlarının artmasına müsbət təsir göstərir
2004-cü ildən bəri Prezident İlham Əliyevin böyük diqqətinin nəticəsi olaraq ölkə miqyasında 4 min kilometr uzunluğunda suvarma kanallarının, 2400 kilometr uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidən qurulması və bərpası, 360 min hektar sahədə torpaqların su təminatının və 256 min hektarda meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri yerinə yetirilib, 127 min hektar yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilib, 2 minə yaxın subartezian quyusu qazılaraq istifadəyə verilib. Ümumi sututumu 456 milyon kubmetr olan 4 su anbarı (Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə) tikilib istifadəyə verilib.
2017-ci ildə Prezident İlham Əliyevin tapşırığı əsasında regionlarda 103 min hektar sahəyə suyun çatdırılması və su təminatının yaxşılaşdırılması işləri həyata keçirilib. Dövlət başçısı tərəfindən 2018-ci ildə də təxminən bu qədər torpağın əkin dövriyyəsinə cəlb edilməsi qarşıya vəzifə qoyulub. Hazırda ayrı-ayrı layihələr üzrə işlərin icrası uğurla davam etdirilir.
Cari ildə Neftçala rayonunun 12400 hektar əkin sahəsinin su təminatı yaxşılaşdırılacaq. Ağcabədi rayonunda isə 1900 hektar yeni torpaq sahələri suvarma suyu ilə təmin olunacaq. Siyəzən rayonunda su təminatının yaxşılaşdırılması tədbirləri ümumilikdə 12 min 964 hektar sahəni əhatə edəcək. Ağdaşda əkinə yararlı olsa da boş qalan və suvarılmayan 15800 hektar torpaq sahəsinin əkin dövriyyəsinə cəlb edilməsi üçün 3 layihənin icrasına başlanılıb.
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev cari il martın 12-də “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, regionlarda 248 yaşayış məntəqəsində yeni subartezian quyuları qazılacaq.
Son 15 ildə regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının icrası çərçivəsində bölgələrdə həyata keçirilən çoxlu sayda suvarma layihələrinin, meliorativ tədbirlərin kənd təsərrüfatının inkişafında, o cümlədən də istehsal imkanlarının və məhsuldarlığın artmasında rolu əvəzsizdir. Bu vacib məqama diqqət çəkən Prezident İlham Əliyev deyib: “Son illərdə biz hər il 100 min hektardan çox suvarılan torpağı istifadəyə veririk. Bu, kənd təsərrüfatının inkişafına güclü təkan verir”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

