/ / MDB müşahidə missiyasının rəhbəri Sergey Lebedev paytaxtın seçki məntəqələrində səsvermə prosesini izləyib
MDB müşahidə missiyasının rəhbəri Sergey Lebedev paytaxtın seçki məntəqələrində səsvermə prosesini izləyib
12.04.2018 [09:51]
MDB İcraiyyə Komitəsinin sədri, təşkilatın Azərbaycanda keçirilən prezident seçkilərini izləyən müşahidə missiyasının rəhbəri Sergey Lebedev aprelin 11-də paytaxtın seçki məntəqələrində səsvermə prosesini izləyib.
AZƏRTAC xəbər verir ki, Sergey Lebedev və onu müşayiət edən MDB İcraiyyə Komitəsinin sədri-icra katibi aparatının rəhbəri Sergey Burutin, MDB müşahidə missiyasının qərargah rəhbəri Yevgeniy Sloboda əvvəlcə Bakının 24 saylı Nizami birinci seçki dairəsinin 7 saylı seçki məntəqəsində və 25 saylı Nizami ikinci seçki dairəsinin 10 saylı seçki məntəqəsində səsvermənin gedişi ilə tanış oldular, prosesi müşahidə edib, yerli və beynəlxalq müşahidəçilərlə fikirlərini bölüşüblər.
25 saylı Nizami ikinci seçki dairəsinin 10 saylı seçki məntəqəsində jurnalistlərə müsahibə verən Sergey Lebedev bildirib ki, Azərbaycanda prezident seçkilərinin gedişini izləmək üçün MDB-nin 8 ölkəsindən 221 müşahidəçi gəlib. “Biz artıq Azərbaycanın regionlarında olmuşuq. Səhər tezdən bizim müşahidəçilər Bakıda və regionlarda seçki məntəqələrinin açılışında iştirak ediblər. Bakıda şəxsən özüm 10-dan çox seçki məntəqəsində olmuşam. Hər yerdə seçkilər sakit şəraitdə keçir, seçici fəallığı müşahidə edilir, hər şey yüksək səviyyədə təşkil olunub. Yerli müşahidəçilərlə də söhbət etdik və soruşduq ki, hər hansı qayda pozuntusu olubmu? Biz heç bir yerdə pozuntu qeydə almamışıq, yerli müşahidəçilər də bu barədə heç nə deməyib. Günün sonunda müşahidəçilərimiz olduqları bütün seçki məntəqələrində apardıqları müşahidələr barədə məlumat verəcəklər. Biz yekun nəticələri aprelin 12-də keçiriləcək mətbuat konfransında açıqlayacağıq. İndi onu deyə bilərəm ki, səsvermə prosesində seçici fəallığı çox yüksək səviyyədədir. Biz səmimi qəlbdən arzu edirik ki, bu seçkilər Azərbaycanda sülh və stabilliyin inkişafına töhfə versin”, - deyə S.Lebedev bildirib.
Rusiya-Azərbaycan münasibətləri barədə danışan Sergey Lebedev qeyd edib ki, ölkələrimiz strateji tərəfdaşdırlar. “Azərbaycanda sabitlik, xalq tərəfindən sevilən, hörmət edilən dövlət başçısının olması Azərbaycanın təkcə Rusiya ilə deyil, bütün qonşu ölkələrlə münasibətinə müsbət təsir edəcək”, - deyə MDB İcraiyyə Komitəsinin sədri əlavə edib.
Daha sonra MDB-nin müşahidə missiyası paytaxtın 36 saylı Xətai dördüncü Seçki Dairəsinin 9, 10 və 32 saylı seçki məntəqələrində səsvermə prosesini izləyiblər. MDB müşahidə missiyasının qərargah rəhbəri Yevgeniy Sloboda deyib: “Səhər tezdən seçki məntəqələrini gəzirik, səsvermə prosesini yaxından izləyirik. Mən səsvermə prosesinin dəqiq, sakit şəraitdə keçdiyini vurğulamaq istəyirəm. Seçki məntəqələrində yüksək seçici fəallığı müşahidə olunur. Ən əsası odur ki, səsvermə prosesi Azərbaycan Respublikasının seçki məcəlləsinə uyğun keçirilir. Görünür ki, seçki komissiyaları səsvermə prosesinə çox yaxşı hazırlaşıb. Biz bilirik ki, onlar üçün çoxsaylı seminar və treninqlər keçirilib. Bu, onun nəticəsidir. MDB müşahidə missiyasının qərargah rəhbəri kimi demək istəyirəm ki, artıq müşahidəçilərimizlə əlaqə saxlamışam. Onlar mənə hər yerdə vəziyyətin sakit olduğunu, heç yerdə qayda pozuntusu qeydə alınmadığını bildiriblər. Proses seçki qanunvericiliyinə uyğun gedir. Ən əsası isə odur ki, həm seçki komissiyalarının rəhbərləri, həm də üzvləri bu seçkilərin çox yüksək səviyyədə keçməsinə çalışırlar”.
MDB İcraiyyə Komitəsinin sədri-icra katibi aparatının rəhbəri Sergey Burutin jurnalistlərə müsahibəsində qeyd etdi ki, Mərkəzi Seçki Komissiyasının dəvəti ilə prezident seçkilərinin gedişini izləmək üçün Azərbaycana gəlmişik. Missiyamıza 200-dən çox müşahidəçi daxildir. Bizim müşahidəçilər artıq martın 20-dən Azərbaycanda müşahidə aparırlar. Bu gün onlar daha fəal şəkildə işləyirlər. Məntəqələr açılan andan səsvermə prosesini izləyirik. Seçkilərin yüksək səviyyədə təşkil olunduğunu qeyd etmək istərdim. Seçki komissiyalarının üzvləri savadlı, hazırlıqlı insanlardır. Onların çoxunun yaxşı seçki təcrübəsi var. Baxmayaraq ki, hazırda məntəqələrdə seçicilərin fəallığı çox yüksəkdir. Bu çoxluğa baxmayaraq, məntəqələr ahəngdar işləyir. Biz olduğumuz bütün məntəqələrdə dəqiq və yüksək səviyyədə təşkilatçılıq müşahidə etdik. Bunların hamısı yekun rəyimizdə əksini tapacaq. Bu gün Azərbaycanda çox gözəl hava var, həm seçicilərin, həm də missiya üzvlərinin yüksək əhval-ruhiyyəsini xüsusi qeyd etməliyəm. Seçicilər bildirirlər ki, indi ən əsas məsələ sabitliyi və müsbət inkişafı qorumaqdır. Onlar bu istəklərini reallaşdırmaq üçün seçki məntəqələrinə səs verməyə gəlirlər.
MDB müşahidə missiyasının üzvləri Bakının 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13, 14 və 15 saylı seçki məntəqələrində də səsvermənin gedişi ilə tanış olub, prosesi müşahidə ediblər.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

