Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Məlahət İbrahimqızı: Ümid edirəm ki, Ərdoğan verdiyi vədinə əməl edəcək

Məlahət İbrahimqızı: Ümid edirəm ki, Ərdoğan verdiyi vədinə əməl edəcək

24.09.2009 [10:24]

“ümid edirəm ki, Türkiyə dövləti Azərbaycanın 20 ilə yaxın müddətdə üzləşdiyi işğala göz yummayacaq və Ermənistanla sərhədlərin açılacağına razılıq verməyəcək”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib. Onun sözlərinə görə, hansı siyasi partiyanın hakimiyyətdə təmsil olunmasından asılı olmayaraq, Türkiyənin dövlət maraqları var. Bu maraqlar da Azərbaycanın dövlət maraqları ilə üst-üstə düşür. Ona görə, güman etmirəm ki, Türkiyə bu maraqlara zidd addım ataraq, sərhədlərin açılmasına razılıq versin. Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğanın Avropada və dünyada nüfuz sahibi olan siyasətçilərdən olduğunu diqqətə çatdıran millət vəkili, onun azərbaycanlı parlamentarilər qarşısındakı çıxışını xatırladıb. Qeyd edib ki, Baş nazir cari ilin mayında ölkəmizə səfəri zamanı Milli Məclisdə etdiyi çıxışda Azərbaycan xalqını Ermənistanla sərhədlərin açılmayacağına əmin edib. “Səfər çərçivəsində Prezident İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında da  Rəcəb Tayyib Ərdoğan konkret olaraq bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü həll olunmayanadək Ermənistan - Türkiyə sərhədləri açılmayacaq. Bu baxımdan, AKP hakimiyyətinin sərhədlərin açılmayacağı ilə bağlı verdiyi vədinə əməl etməyəcəyinə inanmıram”, - deyə M.İbrahimqızı bildirib.

Paylaş:
Baxılıb: 1101 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31