Yeni Azərbaycan Partiyasının liderinin qələbəsi bütün xalqımızın qələbəsidir
12.04.2018 [11:10]
YAP-ın Sədr müavini Əli Əhmədov mətbuat konfransı keçirib
Əli Əhmədov: Azərbaycan vətəndaşları ölkəmizin cənab İlham Əliyevin rəhbərliyi ilə gələcək 7 il ərzində daha böyük inkişafına, Azərbaycandakı sabitliyə, əmin-amanlığa səs vermiş oldular
Aprelin 11-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahında YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov ölkəmizdə keçirilən prezident seçkilərinin səsverməsinin başa çatması ilə əlaqədar mətbuat konfransı keçirib. Əli Əhmədov bildirib ki, Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə 3,9 milyondan çox seçici iştirak edib, bu da Azərbaycan seçicilərinin 74,5 faizi deməkdir. “Bu o deməkdir ki, Azərbaycanda növbəti prezident seçkiləri baş tutub. Eyni zamanda, bir neçə təşkilat tərəfindən keçirilən “exit-poll”arın nəticələrinə dair məlumatlar açıqlanıb. Bu məlumatların hər birində qeyd olunur ki, Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyev seçicilərin 80 faizindən çoxunun səsini qazanıb. Bu, ondan xəbər verir ki, partiyamızın Sədri, fəaliyyətdə olan dövlət başçısı İlham Əliyev bu seçkilərdə inamlı qələbə qazanıb. Yəqin ki, yaxın saatlarda MSK seçkilərin ilkin nəticələrini açıqlayacaq və bu nəticələrlə “exit-poll”arın nəticələrinin arasında böyük fərq olmayacaq”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədov qeyd edib ki, Azərbaycan xalqı həmişə olduğu kimi bu dəfə də doğru, müdrik seçim edib: “Bu seçim cənab İlham Əliyevdir. Azərbaycanın bugünkü inkişafı Prezident İlham Əliyevin fəaliyyəti ilə bilavasitə əlaqədardır. Cənab İlham Əliyevin Prezidentliyi dövründə ölkəmiz böyük inkişaf mərhələsi keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti artıb, iqtisadiyyatımız bir neçə dəfə artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi güclənib”.
Seçkilərin nəticələrinin ciddi əsaslarının olduğunu söyləyən Əli Əhmədovun fikrincə, Prezident İlham Əliyevin bu xidmətləri qarşısında Azərbaycan xalqının doğru və müdrik seçim etməsi tamamilə məntiqəuyğundur. O qeyd edib ki, vətəndaşlarımız Azərbaycanın parlaq gələcəyi üçün növbəti dəfə cənab İlham Əliyevə səs verib: “Bununla da, Azərbaycan vətəndaşları ölkəmizin cənab İlham Əliyevin rəhbərliyi ilə gələcək 7 il ərzində daha böyük inkişafına, Azərbaycandakı sabitliyə, əmin-amanlığa səs vermiş oldular. Hesab edirəm ki, növbəti 7 il Azərbaycanda inkişafın yeni mərhələsi illəri olacaq. Bu illər ərzində Azərbaycanda Prezident İlham Əliyevin müəyyənləşdirdiyi geniş strategiya əsasında iqtisadiyyat daha da güclənəcək, şaxələnəcək, hökumət insanların rifahının daha da yüksəlməsi üçün proqramlar işləyib hazırlayacaq. Eyni zamanda, ölkəmizin dünya birliyinə inteqrasiyası güclənəcək, Avropanın enerji təhlükəsizliyində rolu artacaq. Qəti əminəm ki, qarşıdakı 7 ilin hər birində inkişaf Azərbaycanı müşayiət edəcək və ölkəmiz bu yolda uğurla addımlayacaq. Seçkilərdə Yeni Azərbaycan Partiyasının liderinin qələbəsi bütün xalqımızın qələbəsidir. Bu, cənab İlham Əliyevin dövlətimizin inkişafı naminə göstərdiyi xidmətlərə Azərbaycan xalqının verdiyi layiqli qiymətdir”.
Əli Əhmədov bildirib ki, bu qələbənin əldə olunmasında YAP da böyük xidmətlər göstərib, təbliğat-təşviqat kampaniyası çərçivəsində partiya üzvləri ölkənin hər yerində insanlarla çoxsaylı görüşlər keçiriblər. Seçkilərin təbliğat-təşviqat kampaniyasında cənab İlham Əliyevin siyasətinin uğurları ilə bağlı insanlar arasında geniş izahat işlərinin aparıldığını deyən YAP-ın Sədr müavini qeyd edib ki, seçicilərlə keçirilən görüşlərdə qarşıdakı 7 il ərzindəki hədəflər haqqında da məlumatlar verilib: “Bütün bunların nəticəsində ölkə vətəndaşları bir daha əmin oldular ki, Azərbaycanın bu günü kimi gələcəyi də cənab İlham Əliyevin siyasəti ilə bağlıdır. Hesab edirəm ki, təbliğat-təşviqat kampaniyası bu möhtəşəm qələbənin əldə olunmasına böyük töhfə verdi. Beləliklə, Azərbaycan növbəti 7 illik inkişaf mərhələsinə başlayır”.
Daha sonra YAP Sədrinin müavini Əli Əhmədov jurnalistlərin suallarını cavablandırıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
25 Sentyabr 20:17
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44

