Cai-Çul Çoy: Bakı 2025-ci ildə Ümumdünya Ekspo Sərgisinə ev sahibliyi etmək qüdrətindədir
20.04.2018 [10:37]
Bakı 2025-ci ildə Ümumdünya Ekspo Sərgisinə ev sahibliyi etmək qüdrətindədir.
AZƏRTAC xəbər verir ki, bu fikri Beynəlxalq Sərgilər Bürosunun qiymətləndirmə missiyasının rəhbəri Cai-Çul Çoy missiyanın Bakıya səfərinin yekunlarına dair mətbuat konfransında deyib.
Aprelin 16-dan ölkəmizdə səfərdə olan Beynəlxalq Sərgilər Bürosunun qiymətləndirmə missiyası səfərini başa vurub. Nümayəndə heyəti yüksəkvəzifəli hökumət nümayəndələri və 2025-ci ildə Beynəlxalq Sərgilər Bürosunun Ümumdünya Ekspo Sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi üzrə İşçi Qrupunun üzvləri ilə görüşlər keçirib.
Maliyyə naziri vəzifəsini icra edən, 2025-ci ildə Beynəlxalq Sərgilər Bürosunun Ümumdünya Ekspo Sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi üzrə İşçi Qrupunun sədri Samir Şərifov deyib ki, qiymətləndirmə missiyası, həmçinin Milli Məclisin üzvləri, elm və təhsil, gənclər və biznes sektorunun nümayəndələri ilə Bakının namizədliyinə dair müzakirələr aparıb.
Bildirilib ki, nümayəndə heyəti “Ekspo 2025” Bakı sərgisi üçün ayrılan əraziyə də baş çəkib. 295 hektar sahəni əhatə edən ərazi hava limanına yaxın, şəhərin şərq hissəsində yerləşir və paytaxtın genişləndirilməsi planının bir hissəsidir. Baş plana uyğun olaraq, geniş yaşıllıq zolağına malik olacaq və “Ekspo 2025” sərgisi üçün ayrılan bu ərazi gələcəkdə dünyanın ən müasir şəhər parklarından birinə çevriləcək. Orada, həmçinin Azərbaycanın müstəqillik dövründə əldə etdiyi inkişafı əks etdirən sərgi mərkəzi və Bakı şəhərinin yeni yaşayış qəsəbəsi yerləşəcək.
Samir Şərifov deyib ki, 2025-ci ildə Ümumdünya Ekspo Sərgisinə Bakının ev sahibliyi etməsi ölkəmizin, mədəniyyətimizin və insan kapitalımızın dünya miqyasında daha yaxşı tanıdılmasına vacib töhfə verəcək. Bu sərgi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, birinci Avropa Oyunları, Formula 1 Qran-Prisi və bir çox başqa irimiqyaslı tədbirlərə uğurla ev sahibliyi etməsindən sonra Azərbaycan üçün bu istiqamətdə atılan növbəti addım olacaq. Bu, müstəqilliyimizi bərpa etdikdən sonra ölkəmizin nail olduğu tərəqqini daha da möhkəmləndirəcək.
İşçi Qrupunun sədri vurğulayıb ki, son on ildə Azərbaycan Ekspo hərəkatının qürurlu iştirakçısı olub. Azərbaycan öz nailiyyətlərini nümayiş etdirmək və Bakıya gəlib sərgidə təmsil olunacaq ölkələr arasında qlobal bilik və təcrübələri bölüşmək üçün dünyanın bütün qitələrini təmsil edən geniş auditoriyanı cəlb etməyə hazırdır. “Ekspo 2025” Ümumdünya Sərgisinə Bakı şəhərinin ev sahibliyi etməsi şəhərimizin, ümumiyyətlə, Azərbaycanın inkişafını sürətləndirəcək. Milli İnkişaf Strategiyamıza uyğun olaraq, Ümumdünya 2025-ci il Sərgisi layihəsi biznes imkanlarının yaradılması, yeni tərəfdaşlıqların qurulması, turizmin inkişaf etdirilməsi və yeni iş yerlərinin açılması vasitəsilə iqtisadiyyatımızın şaxələndirilməsinə də töhfə verəcək.
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, ölkəmizin Beynəlxalq Sərgilər Bürosundakı nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov deyib ki, Azərbaycan Ekspo hərəkatının fəal üzvüdür. Ölkəmiz 18 il ərzində beynəlxalq sərgilərdə fəal iştirak edib. Son üç sərgidə Azərbaycanın milli pavilyonları müxtəlif nominasiyalar üzrə yüksək mükafatlara layiq görülüb.
Elçin Əmirbəyov qeyd edib ki, Azərbaycan hökuməti və ölkənin biznes sektoru Bakının namizədliyini tam şəkildə dəstəkləyir. Azərbaycanın iqtisadi gücü və sabitliyi sayəsində Ümumdünya “Ekspo 2025” Bakı layihəsi bütün sərgi iştirakçıları və qonaqlar üçün möhtəşəm təcrübə vəd edir. O, sərgi üçün təklif edilən mövzudan da danışıb. Qeyd edib ki, bu mövzu “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusudur. Bu mövzu həm ümumbəşəri xarakter daşıyır, eyni zamanda, Azərbaycan üçün müstəsna əhəmiyyət kəsb edir. Ona görə ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan insan kapitalının inkişafına xüsusi diqqət ayırıb.
Beynəlxalq Sərgilər Bürosunun qiymətləndirmə missiyasının rəhbəri Cai-Çul Çoy səfərin əsas məqsədlərindən danışaraq deyib: “Biz Bakıda böyük qonaqpərvərliyin şahidi olduq. Müxtəlif yüksək səviyyəli görüşlər keçirdik. Missiyanın ilkin rəyi müsbətdir. Azərbaycan, Bakı 2025-ci ildə sərgiyə ev sahibliyi etmək qüdrətindədir. Bakı şəhəri sərginin keçirilməsi üçün uyğundur. Müfəssəl layihə may ayında hazır olacaq. Bu ilin noyabr ayında konkret namizəd elan ediləcək”.
Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini Dimitri Kerkentzes isə Azərbaycanda sadə vətəndaşların da bu sərgiyə müsbət yanaşdığını bildirib.
Sonra suallar cavablandırılıb.
Samir Şərifov bildirib ki, Azərbaycanın “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi etməsi ilə bağlı maliyyə məsələlərinin dəqiqləşdirilməsi və ətraflı araşdırılması məqsədilə mütəxəssislər cəlb edilib, bunun üzərində hesablamalar aparılır. O əlavə edib ki, Bakının ev sahibi seçiləcəyi təqdirdə, yeddi il ərzində hər il üçün təxminən 120 milyon avroyadək xərc gözlənilir. Ümumi olaraq, Ümumdünya Sərgisinin meydançasının qeyd olunan ərazidə tikilib hazırlanması üçün həmin dövr ərzində ümumi xərclərimiz 765 milyon avro məbləğində qiymətləndirilir.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

