Prezident İlham Əliyev: Azərbaycan xalqı öz taleyinin sahibidir
20.04.2018 [10:39]
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 56-cı kitabı çapdan çıxıb
“Azərbaycan bir sabitlik adasıdır. Azərbaycanda daxili sabitlik, xalqla iqtidar arasında birlik, vəhdət vardır. Azərbaycanda iqtisadi siyasət möhkəm sosial siyasətlə tamamlanır. Bizim xarici siyasətimiz də birmənalıdır, açıqdır, aydındır və müstəqildir. Bizim müstəqilliyimizin, müstəqil siyasətimizin təməlində də iqtisadi müstəqillikdir. Əgər iqtisadi müstəqillik olmasaydı, əgər biz xarici kreditlərdən asılı olsaydıq, müstəqil siyasət apara bilməzdik. Müstəqillik ən böyük dəyərdir, ən böyük sərvətdir. Müstəqillik o deməkdir ki, xalqımız azaddır, taleyimiz öz əlimizdədir. Azərbaycan xalqı, nəhayət ki, öz taleyinin sahibidir”.
AZƏRTAC xəbər verir ki, “İnkişaf məqsədimizdir” çoxcildliyinin 56-cı kitabında yer alan bu fikirlər dövlətimizin başçısının 2013-cü il mayın 10-da Ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində söylədiyi nitqdən götürülüb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 56-cı kitabındakı materiallar 2013-cü ilin aprelindən mayınadək olan dövrü əhatə edir. Bu kitab Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqinin mətni ilə başlanır.
Nəşrdə dövlətimizin başçısının Avstriyaya rəsmi səfəri, Latviya prezidentinin Azərbaycana rəsmi səfəri zamanı apardığı danışıqlara, keçirilən tədbirlərə dair materiallar, prezidentlərin mətbuata birgə bəyanatları ilə bağlı informasiyalar toplanıb.
Çoxcildliyin bu kitabına Azərbaycan Prezidentinin İndoneziya, ABŞ, Çexiya, Rumıniya, Yunanıstan, İsrail, İspaniya, Gürcüstan, Türkiyə və digər dövlətlərin, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, Avropa Parlamenti, ATƏT, NATO, BP şirkəti və digər beynəlxalq qurumların ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə iştirak etmək üçün Bakıya gəlmiş nümayəndə heyətlərini qəbul etməsinə, paytaxtımızda keçirilən I Cənubi Qafqaz Forumunda və digər beynəlxalq tədbirlərdə iştirakına dair materiallar daxil olunub. Azərbaycan Prezidenti bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini regionun inkişafına əngəl törədən Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək verməyə çağırıb.
Kitabda dövlətimizin başçısının Azərbaycanda həyata keçirilən uğurlu daxili və xarici siyasətə, iqtisadi potensialın möhkəmlənməsi, ordu quruculuğu, regionların sosial-iqtisadi inkişafının təmin olunması istiqamətində önəmli nailiyyətlərə və ölkə həyatının digər sahələrinə dair nitqləri, çıxışları, habelə “Ali audit qurumlarının potensialının gücləndirilməsinin müasir çağırışları” mövzusunda IV beynəlxalq konfransın, “MDB müsəlmanları sülh və sabit inkişaf tərəfdarıdırlar” beynəlxalq elmi-praktik konfransın, Kənd Təsərrüfatı Kreditləri üzrə Beynəlxalq Konfederasiyanın 43-cü konfransının, “Bakı Ürək Günləri” III Beynəlxalq Konqresinin iştirakçılarına müraciətlərinin mətnləri də yer alıb.
Bu cilddə, həmçinin dövlətimizin başçısının Hacıqabul, Abşeron, Qobustan və Şamaxı rayonlarına, Mingəçevir və Sumqayıt şəhərlərinə səfərlərinə, bölgələrdə ictimaiyyət nümayəndələri ilə görüşlərinə, bir sıra mədəni-məişət, sosial və sənaye müəssisələrinin açılışında iştirakına dair materiallar toplanıb.
Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilib.
“Azərnəşr” tərəfindən buraxılan 56-cı kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57

