/ / Elçin Əhmədov: Prezident İlham Əliyev Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyini bəyan etdi
Elçin Əhmədov: Prezident İlham Əliyev Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyini bəyan etdi
21.04.2018 [09:59]
Aprelin 11-də ölkə qanunvericiliyinə uyğun olaraq azad, demokratik, ədalətli və şəffaf şəkildə keçirilmiş prezident seçkilərində Azərbaycan Respublikası vətəndaşları öz siyasi iradələrini bir daha ifadə edərək dövlət başçısı İlham Əliyevə yenidən böyük inam və etimad göstərdi.
Prezident İlham Əliyev aprelin 18-də keçirilmiş andiçmə mərasimində ötən 15 il ərzində Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salaraq müasir dövrdə dövlət siyasətinin prioritet istiqamətlərini açıqladı.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.
Elçin Əhmədov deyib ki, dövlət başçısı prezident seçkilərində Azərbaycan xalqının görülən işlərə yüksək qiymət verdiyini, xüsusilə inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs verdiyini bildirdi.
Ümummilli lider Heydər Əliyev siyasətinə sadiq qalaraq və son 15 il ərzində bu yolla gedərək böyük uğurlara imza atdığımızı, Azərbaycan xalqının təhlükəsizlik, sabitlik şəraitində yaşadığını bildirən Prezident İlham Əliyev bu dövr ərzində dünyanın müxtəlif bölgələrində, o cümlədən bizim bölgəmizdə, eləcə də Avropada çox təhlükəli proseslərin - qanlı toqquşmaların, müharibələrin, vətəndaş müharibələrinin, dövlət çevrilişlərinin baş verdiyini diqqətə çatdırdı.
Dövlət başçısı bildirib ki, Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Ona görə, xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, bizim böyük nailiyyətimizdir. Prezident İlham Əliyev diqqətə çatdırdı ki, sabitlik pozulanda inkişafdan söhbət gedə bilməz və sabitlik pozulanda xarici müdaxilə baş verir, ölkələr idarəolunmaz vəziyyətə düşür, qardaş qanı tökülür və ölkələrin gələcəyi böyük sual altına düşür.
Azərbaycanda ötən 15 il ərzində demokratik inkişafın çox sürətlə getdiyini, ölkəmizdə bütün azadlıqların təmin edildiyini və demokratik inkişaf baxımından çox uğurlu illər olduğunu, siyasi islahatları dərinləşdirərək bütün azadlıqları - söz azadlığını, mətbuat azadlığını, sərbəst toplaşma azadlığını, siyasi fəaliyyət azadlığını təmin etdiyimizi diqqətə çatdıran dövlət başçısı bu gün Azərbaycan vətəndaşlarının 80 faizinin internet istifadəçiləri olduğunu, eləcə də internetin Azərbaycanda azad olduğunu bildirib.
Eyni zamanda, Prezident antimilli qruplaşmanın tam marginallaşdığını vurğulayaraq bildirdi ki, bu seçkilər onların Azərbaycanın siyasi səhnəsində yerinin olmadığını bir daha göstərdi.
Dövlət başçısı Azərbaycanın son 15 il ərzində beynəlxalq aləmdə böyük uğurlara imza atdığını, dünyadakı mövqelərimizin möhkəmləndiyini, Azərbaycanın çox müsbət beynəlxalq reputasiyaya malik olan bir ölkə olduğunu və əldə edilmiş nəticələr, qəbul edilmiş qərarların bunu bir daha təsdiqlədiyini bildirdi və qeyd etdi ki, bunun ən bariz nümunəsi bizim 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına seçilməyimiz olub. Bu, gənc müstəqil dövlət üçün çox böyük nailiyyətdir və bu, onu göstərir ki, dünya birliyinin mütləq əksəriyyəti bizi dəstəkləyir.
Prezident İlham Əliyev 15 il ərzində qonşu dövlətlərlə daha da sıx münasibətlərin qurulduğunu, ikitərəfli münasibətlərimizin indi ən yüksək səviyyədə olduğunu bildirməklə yanaşı, çoxtərəfli əməkdaşlığın da Azərbaycanın təşəbbüsü ilə baş verdiyini, bizim təşəbbüsümüzlə dörd qonşu ölkə ilə dörd çoxtərəfli əməkdaşlıq formatı yaradıldığını və bunun işlək formatlar kimi bütün qonşu ölkələr, o cümlədən Azərbaycan üçün böyük fayda verdiyini, eyni zamanda, qonşularla isti münasibətlərimizin regional sabitliyə, təhlükəsizliyə də öz müsbət təsirini göstərdiyini qeyd etdi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalı olduğunu bildirən Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycan heç vaxt imkan verməz ki, bizim ərazimizdə ikinci qondarma erməni dövləti yaradılsın.
Son 15 il ərzində ordu quruculuğu prosesinin sürətlə getdiyini bildirən dövlət başçısı bu gün Azərbaycan Ordusunun dünya miqyasında təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından güclü ordular sırasında olduğunu vurğuladı. O, Aprel döyüşlərini şanlı tariximiz, böyük qələbəmiz kimi dəyərləndirməklə yanaşı, Cocuq Mərcanlı qəsəbəsinin bizim dirçəliş rəmzimizə çevrildiyini bildirdi.
Prezident İlham Əliyev bütün sahələrdə qazanılan uğurlarla yanaşı, sənaye istehsalının 2,6 dəfə, valyuta ehtiyatlarının 24 dəfə artdığını və bu gün 44 milyard dollara çatdığını bildirərək, ölkəmizə 230 milyard dollardan çox sərmayə qoyulduğunu diqqətə çatdırdı. Bundan əlavə, dövlət başçısı qeyd etdi ki, Davos Dünya İqtisadi Forumu Azərbaycanı rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görüb, inkişaf etməkdə olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə üçüncü yerdəyik. Bu göstəricilər, özlüyündə, hər şeyi açıq-aydın bildirir, onu göstərir ki, iqtisadi sahədə əldə edilmiş uğurlar tarixi nailiyyətlərdir.
Azərbaycan Prezidenti bütün bu uğurların ancaq müstəqillik dövründə mümkün olduğunu, müstəqilliyimizin üstünlüklərinin nədən ibarət olmasını diqqətə çatdıraraq dedi: “Bu gün müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük xoşbəxtlikdir. Biz bundan sonra da müstəqillik və qələbələr yolu ilə gedəcəyik”.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

