Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

15.05.2018 [09:08]

Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşovun başçılığı ilə Tbilisidə səfərdə olan deputat qrupu mayın 14-də Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin bütün sahələrdə, o cümlədən parlamentlər arasında inkişaf perspektivləri müzakirə olunub.
İ.Kobaxidze görüşdən məmnunluğunu ifadə edib, Gürcüstanın və Azərbaycanın strateji tərəfdaş olduğunu bildirib. Parlamentin sədri ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və ikitərəfli münasibətlərə böyük önəm verdiyini bildirib.
Ə.Amaşov Milli Məclis sədrinin salamlarını İ.Kobaxidzeyə çatdırıb, Azərbaycan tərəfinin də Gürcüstan ilə əlaqələrin hərtərəfli inkişafına böyük önəm verdiyini vurğulayıb.
Qeyd olunub ki, Azərbaycan-Gürcüstan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi iqtisadi, siyasi, ticarət, energetika və digər sahələrdə əlaqələrin inkişafına geniş imkanlar açır. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial var.
Söhbət zamanı, həmçinin turizm sahəsində əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu vurğulanıb.
Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov da iştirak edib.

Paylaş:
Baxılıb: 511 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31