/ / Elçin Mirzəbəyli: Prezident İlham Əliyevin xəbərdarlığı Ermənistanın yeni hakimiyyətinə verilən şansdır
Elçin Mirzəbəyli: Prezident İlham Əliyevin xəbərdarlığı Ermənistanın yeni hakimiyyətinə verilən şansdır
08.06.2018 [08:56]
Ermənistanda və Azərbaycanın işğal altında olan ərazilərində formalaşdırılmış separatçı bölgədə baş verən hadisələr, Yerevandakı kriminal rejimə və onun Xankəndidəki oyuncaq törəməsinə qarşı keçirilən kütləvi aksiyalarda səsləndirilən şüarlar, etiraz bəyanatları Azərbaycan Prezidentinin illər ərzində BMT-nin və digər beynəlxalq təşkilatların kürsülərindən səsləndirdiyi fikirlərin etirafıdır.
Bu fikri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib. E.Mirzəbəyli qeyd edib ki, Prezident İlham Əliyev Ermənistanda uzun illər boyu qanunsuz yollarla hakimiyyətə sahiblənmiş və kütləvi etiraz aksiyaları nəticəsində istefaya məcbur edilmiş hərbi-cinayətkar xuntanın quldur, qaniçən, insanlıq əleyhinə cinayətlər törədən, bəşəri dəyərlərə, qanunun aliliyinə, beynəlxalq hüquqa meydan oxuyan rejimin nəinki azərbaycanlıların, hətta ermənilərin də düşməni olduğunu bəyan edib, dünyanı bu rejimin cinayətkar mahiyyətinə və əməllərinə diqqətlə yanaşmağa çağırıb. Amma təəssüf ki, bu cinayətkar rejimin bəlli bir zaman kəsiyində himayə olunması terroru dövlət siyasətinə çevirən, qəddar uşaq qatillərindən ibarət cinayətkar qrupun hakimiyyətinin ömrünün uzanmasına səbəb olub. Bunun ziyanı isə yalnız Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı aparılan danışıqlar prosesinə, regionda davamlı sülhün və əmin-amanlığın bərpa olunmasına deyil, həm də erməni xalqına və onun mənafeyinə dəyib. İşğal faktoru üzərindən yürüdülən militarist siyasət, neofaşizm təbliğatı, qonşu dövlətlərə qarşı ərazi iddialarının, qonşu xalqlara qarşı dözümsüzlüyün təşviqi və yarıtmaz idarəçilik Ermənistanı regionda həyata keçirilən bütün layihələrdən kənarda qoyub, əhalinin ölkədən qaçmasına, yaxud olduqca ağır, məşəqqətli sosial şərtlər altında yaşamasına zəmin yaradıb. İşğal eyforiyası iflas, total depressiya ilə əvəz olunub. Azərbaycanın öz ədalətli mövqeyinə, təbii resurslarına, insan potensialına söykənərək yürütdüyü sabit və uzaqgörən siyasət dövlətimizin başçısının da qeyd etdiyi kimi, Ermənistanı iqtisadi, siyasi, nəqliyyat dalanına çevirib. Bu dalandan yeganə çıxış yolu isə işğala son qoyulmasıdır.
Siyasi ekspert bildirib ki, Azərbaycanın işğal edilmiş ərazilərində, Dağlıq Qarabağda formalaşdırılmış separatçı, cinayətkar rejimə qarşı həyata keçirilən etirazlar da buradakı real vəziyyət haqqında Prezident İlham Əliyevin bu günədək səsləndirdiyi fikirlərin təsdiqidir. Xankəndidə etiraz aksiyası keçirən ermənilər qanunsuz silahlı birləşmələrin əlində girov olduqlarını, heç bir hüquqlarının tanınmadığını, zorla hərbi əməliyyatlara cəlb edildiklərini, özlərini həbs düşərgəsində hiss etdiklərini bildirirlər. Azərbaycan Prezidenti ən yüksək kürsülərdən dəfələrlə bəyan edib ki, işğal altındakı torpaqlarımızda yaşayan etnik ermənilər İrəvandakı cinayətkar rejimin və onun Xankəndidəki oyuncaq əlaltılarının girovlarıdır. Bu ərazilər beynəlxalq və milli hüququn nəzarətindən kənarda terror qruplarının və digər qanunsuz hərbi birləşmələrin təlim mərkəzinə çevrilib. Törədilən cinayətlərin, buraxılan səhvlərin etiraf edilməsinin, ilk növbədə, bütün bunlardan nəticə çıxarılmasına yol açmalı olduğunu deyən siyasi ekspertin fikrincə, əgər Ermənistanın yeni hakimiyyəti baş verənlərdən nəticə çıxaracaqsa, öz xalqının mənafeyi naminə konstruktiv mövqe sərgiləyəcəksə, şübhəsiz ki, o zaman dayanıqlı sülh mümkün olacaq. Ermənistanın bir dövlət kimi mövcudluğu Azərbaycandan asılıdır. Çünki regionun iqtisadi inkişafının açarı Azərbaycanın əlindədir. İşğala son qoyularsa, bu qapılar Ermənistanın da üzünə açıla bilər. Əks təqdirdə, Ermənistanı indikindən daha ağır günlər gözləyir. Proseslər son və həlledici mərhələyə qədəm qoyur. Azərbaycan Prezidentinin regionun inkişafını, təhlükəsizliyini, bütün bölgə xalqlarının rifah içində yaşamasını arzulayan, yürütdüyü siyasətlə bunu əməldə sübuta yetirən bir lider kimi növbəti xəbərdarlığı da bununla bağlıdır. Prezident İlham Əliyevin xəbərdarlığı Ermənistana və onun yeni hakimiyyətinə verilən şansdır. Bu şansdan istifadə etməklə münaqişənin dinc və ədalətli həllinə nail olmaq mümkündür. Bu halda Ermənistan bir dövlət kimi mövcudluğunu qoruya, iqtisadiyyatını inkişaf etdirə, erməni xalqının rifahını təmin edə bilər. Əks təqdirdə, Azərbaycanın ardıcıl siyasəti, iqtisadi və hərbi gücü, daim artmaqda olan geosiyasi əhəmiyyəti torpaqlarımızın işğaldan azad edilməsi üçün əsas vasitəyə çevriləcək. Bu halda isə Ermənistanı indikindən daha acınacaqlı bir perspektiv gözləyir.
Xəbər lenti
Hamısına baxDünya
26 Sentyabr 17:24
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58

