Erməni katolikosu II Qaregini həbs gözləyir
12.06.2018 [08:49]
Ermənistanda vətəndaşlar onun vəzifəsindən istefasını və məsuliyyətə cəlb olunmasını tələb edirlər
Ermənilərin uzun illərdir ki, azərbaycanlılara qarşı soyqırımı və işğal siyasətində erməni kilsəsi hər zaman mühüm rol oynayıb. Hələ ötən əsrin əvvəllərində başlanan bu planda erməni kilsəsi vahid mərkəz kimi çıxış edib. Erməni siyasi partiyaları, əsasən də “Daşnaksutyun” partiyası, erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı basqınlarında aparıcı rol oynamağa başlayanda bütün proseslər kilsə tərəfindən idarə edilib, tədbirlər kilsələrdə keçirilib, kilsələr silah anbarı kimi istifadə olunub. Eləcə də kilsə xadimləri azərbaycanlılara qarşı hücumlarla bağlı çağırışlar ediblər.
Hazırda da Azərbaycan torpaqlarına qarşı işğalçılıq ideologiyasının, qondarma soyqırımı iddialarının əsas ilhamvericilərindən biri məhz erməni kilsəsi və onun başında dayanan katolikos II Qaregindir. Bu gün Dağlıq Qarabağ münaqişəsinin həllinin dalana dirənməsində, ermənilərin işğalçılıq siyasətini davam etdirməyə ruhlandırılmasında onun “əməyi” çox yüksəkdir. II Qaregin dəfələrlə işğalçılıq siyasətini davam etdirmək məqsədilə maliyyə yardımları üçün erməni diasporuna çağırışlar edib. Hətta 2016-cı ilin aprel döyüşlərindən sonra Xankəndində açılmış xüsusi hesaba din xadimləri də xeyli vəsait köçürüblər. Belə ki, Eçmiədzin Kilsəsi və bütün ermənilərin katolikosunun həmin hesaba ayrı-ayrılıqda 500 min dollar köçürməsi haqda erməni KİV-ləri məlumatlar yaymışdılar.
Bütün bunlardan əlavə, II Qareginin Ermənistanda şəxsi biznesi də böyükdür və o, qanunsuz yollarla böyük sərvətə yiyələnib. Xatırladaq ki, II Qaregin bütün ermənilərin katolikosu və ali patriarx postuna 1999-cu ildə seçilib. Onun Ermənistanda və xaricdə böyük biznesinin olduğu isə heç kimə sirr deyil. Hətta bir müddət əvvəl Qareginin adı İsveçrənin HSBC bankının hesablarında ortaya çıxıb. Bankın açıqladığı siyahıda Ermənistan 10 nəfərlə yer alıb. Məlumatlara görə, onlardan 4-ü erməni əsilli və ya vətəndaşlığındadır. Məlumata görə, təkcə 2006-2007-ci illərdə “ikinci Qaregin Nerses” adlı şəxsin hesabına 1,1 milyon dollar qoyulub. İndinin özündə də Ermənistanda bəzi biznes sahələri bu şəxsin nəzarətindədir. Bütün bunlarla isə ermənilər barışmaq istəmirlər. Baş verənlər hökumət başçısı Nikol Paşinyanı da ciddi narahat edir. Serj Sarkisyanın hakimiyyətdən qovulmasından sonra əhali II Qareginlə də haqq-hesab çəkmək niyyətindədir.
Artıq bir neçə gün öncə İrəvanda bütün ermənilərin katolikosu II Qareginin qərargahı yerləşən binanın qarşısında etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları II Qareginin bütün ermənilərin ali patriarxı və katolikosu vəzifəsindən istefasını tələb edirlər. Etiraz aksiyalarında iştirak edənlər II Qaregini qanunsuz sahibkarlıqla məşğul olmaqda və digər məsələlərdə günahlandırırlar. Etirazçılar arasında sıravi vətəndaş və din xadimlərinin də olması Eçmiədzini narahat edib və bütün ermənilərin katolikosu II Qareginin mətbuat katibi V.Məlikyan onların görüşə dəvət edildiyini açıqlayıb. Erməni mediası bu etirazlara az yer verməyə çalışsa da, “https://ru.armeniasputnik.am” saytının verdiyi xəbərə görə, bu görüş baş tutub. II Qareginin adından etirazçılarla görüşən yepiskop Arşak Xaçaturyanın ilk açıqlaması isə katolikosun istefaya getmək fikrində olmaması yönündə olub. O, din xadimlərinin bəzi problemləri, narazılıqları olduğunu və bunların nəzərə alınacağını desə də, kilsə və onun başında dayanan şəxslə bağlı etirazları başa düşmədiyini bildirib. Hətta ultimatum şəklində etirazları anlamadığını bəyan edib. Erməni yepiskop kilsənin maraqlarını qorumaq üçün baş nazir Nikol Paşinyanın hadisələrə müdaxilə etməyəcəyinə də eyham vurub. Onun sözlərinə görə, hakimiyyət kilsədaxili məsələlərdən kənarda dayanmalıdır.
Doğrudur, baş nazir N.Paşinyan da guya Ermənistanda dövlətlə dinin ayrı-ayrılıqda fəaliyyət göstərdiyini söyləsə də, hazırda erməni dini liderinə qarşı bəzi siyasi ittihamlar da ortaya çıxıb. Belə ki, ittihamlardan biri də Serj Sarkisyanın ilk dəfə prezident kreslosuna yiyələndiyi seçkilərdən sonra baş verən 2008-ci ilin mart hadisələri zamanı İrəvanda keçirilən dinc etiraz aksiyasının gülləbaran edilməsində katolikos II Qareginin birbaşa məsuliyyət daşımasıdır. Ən azı ona görə ki, məhz II Qaregin Ermənistanın o vaxtkı hakimiyyətinə belə cinayətkar addım atmaq üçün öz razılığını və xeyir-duasını verib. Bu səbəbdən də nümayişçilər II Qareginin həmin hadisələrə görə məsuliyyətə cəlb olunmasını tələb edirlər. Bu isə həm də onu deməyə imkan verir ki, sadə erməni əhalisi anlayır ki, II Qaregin də erməni xalqının başına gələn bəlalarda Koçaryan və Sarkisyan qədər cavabdehlik daşıyır. Bu da məlumdur ki, indiyə qədər region və Ermənistan üçün dönüş nöqtəsi sayılan bütün ciddi hadisələr zamanı kilsə özünün məqsədlərinə uyğun olaraq müdaxilələr edib. Hazırkı proseslər isə göstərir ki, indiki hakimiyyət Koçaryan-Sarkisyan cütlüyündən qalan bütün hər şeyi, o cümlədən katolikosu da yeniləmək niyyətindədir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

