“The Jewish Voice” qəzeti: Erməni antisemitizmi yenidən baş qaldırır
12.06.2018 [08:50]
ABŞ-ın geniş oxucu auditoriyasına malik “The Jewish Voice” qəzetində redaktor Fern Sidmanın “Erməni antisemitizmi yenidən baş qaldırır” sərlövhəli məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə bir çox ekspertlərin Ermənistanın yəhudi icmasının rəhbəri Rima Varzhapetyanın yəhudi olduğuna şübhə ilə yanaşdıqları bildirilir. Qeyd edilir ki, bir çoxları onun antisemit hökumətin siması olduğunu düşünürlər. “Pew” Araşdırma Mərkəzinin məlumatına münasibət bildirən Varzhapetyan isə bununla razılaşmadığını bildirib. Rəqəmlər isə yalan demir.
Martın 28-də “Pew” Araşdırma Mərkəzi tərəfindən dərc edilən məlumata əsasən, Mərkəzi və Şərqi Avropanın 18 ölkəsi arasında Ermənistan yəhudilərə qarşı ən az tolerant olan ölkə seçilib. Respondentlərin 32 faizi bildirib ki, ermənilər yəhudiləri hətta soydaşları kimi də qəbul etmirlər. Bu rəqəm kəskin görünsə də, əslində, təəccüblü deyil.
Mərkəz 2015-ci ilin iyun ayından 2016-cı ilin iyul ayına qədər keçirdiyi sorğuya əsaslanaraq, 2014-cü ildə Antiböhtan Liqası tərəfindən keçirilən səsvermənin nəticələrini təsdiqləyir. Bu da onu göstərir ki, ermənilərin əksəriyyəti antisemitizm nəzəriyyələrinin bir çoxunun “doğruluğuna” inanır. Onlar, həmçinin yəhudilərin biznes dünyası (72 faiz) və beynəlxalq maliyyə bazarlarında (68 faiz) böyük hakimiyyətə malik olmalarına, İsrailə yaşadığı ölkədən daha loyal olduğuna (68 faiz), insanların yəhudilərə davranışlarına görə nifrət etmələrinə (63 faiz), yəhudilərin özlərindən başqa heç kəsə önəm vermədiklərinə (60 faiz), özlərini digər xalqlardan üstün hesab etmələrinə (53 faiz), qlobal işlərdə böyük hakimiyyətə malik olmalarına (51 faiz), ABŞ hakimiyyətinin üzərində yəhudilərin böyük təsirinin olmasına (51 faiz) inanırlar.
Məqalədə bildirilir ki, Ermənistanda antisemitizmə tipik rəsmi cavab onun varlığını rədd etməkdir. Ermənistanın paytaxtı Yerevanda Holokost xatirəsinə ucaldılan abidə 2004-2005-ci illərdə bir neçə dəfə vəhşicəsinə dağıdılıb. Lakin polis bunu inkar edərək “abidə özü çöküb” məlumatını verib və beləliklə, bununla bağlı araşdırma aparılmayıb.
Ermənilərin “168 Saat” qəzetində dərc olunan bir məqalədə jurnalist Emil Danielyan yazır ki, erməni antisemitizmin kökləri 1960-cı və 1970-ci illərə gedib çıxır. Bəzi sovet tarixçilərinin fikrincə, gənc türklər “erməni soyqırımı”nı törədərkən “sionistlər” tərəfindən idarə olunublar. Bir çox erməni millətçiləri bu gülünc nəzəriyyədən istifadə edirdilər. Milliyyətçi qüvvələr ötən bir neçə il ərzində mətbuatda antiyəhudi şərhlər yaymaqla daha da aktivləşdilər. “Tribe Worshippers”in tanınmış nümayəndəsi Armen Avetisyan 2003-2004-cü illərdə Ermənistan mediasında ən çox haqqında danışılmış insan oldu. Müsahibələrdən birində Avetisyan bütün yəhudiləri Ermənistandan sürgün etməklə təhdid etdi. Hətta ALM televiziya şəbəkəsinin sahibi Tiqran Karapetyan yəhudiləri lənətləməkdən həzz aldı.
Danielyan, həmçinin qeyd edib ki, 2006-cı ildə Ermənistanda Holokost xatirəsinə həsr olunmuş tədbirə yerli yəhudi icmasının müxtəlif nümayəndələri, erməni dövlət rəsmiləri və ictimai xadimlər dəvət edilsə də, yalniz deputat Mkrtiç Minasyan orada iştirak etmək qərarına gəlmişdi.
Müəllif vurğulayır ki, erməni antisemitizmi ciddi problemdir və bu məsələ inkar olunmamalı, nəzərdən qaçırılmamalıdır. Bəlkə də bu səbəbdən İsrail Ermənistanla ikitərəfli əlaqələrə belə az maraq göstərir, amma onun əhalisi müsəlman olan qonşusu və yüksək dərəcədə tolerant ölkə sayılan Azərbaycanı bağrına basır.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24

