Vüqar Rəhimzadə: Azərbaycan və Türkiyə XXI əsrin enerji xəritəsini birlikdə yaradır
15.06.2018 [07:40]
“İyunun 12-də Azərbaycan dünya enerji tarixində daha bir möhtəşəm uğura imza atdı. Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin rəsmi açılış mərasimi keçirildi. Bu tarixi hadisə həm Azərbaycan-Türkiyə dostluq və qardaşlığının ən yüksək səviyyəyə çatdığını, həm də Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələsində etibarlı tərəfdaşa çevrildiyini nümayiş etdirir. TANAP-ın istifadəyə verilməsi mərasimində çıxış edən möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı ölkələrimiz, bölgəmiz və Avrasiya üçün önəmlidir. “Türkiyənin gücü bizim gücümüzdür və bizim gücümüz birliyimizdədir. Bu gün dünyada bir-birinə bu qədər yaxın olan, bir-birini bu qədər dəstəkləyən ikinci ölkələr tapmaq çox çətindir” deyən dövlətimizin başçısı xüsusi olaraq vurğulayıb ki, iki qardaş ölkə XXI əsrin enerji tarixini birlikdə yazır”. Bu fikirləri KİV-ə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, bizim təşəbbüsümüzlə həyata keçirilən regional və qlobal layihələr uzaqgörən və düşünülmüş siyasətin, güclü siyasi iradənin nəticəsində mümkün olub: “Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” çoxlarına əfsanə kimi görünsə də, uğurla reallaşdırıldı. Bu tarixi sənədin bəhrəsi kimi Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri açıldı. Təbii ki, bu uzaqgörən siyasət davam etdirildi. Möhtərəm Prezidentimiz İlham Əliyevin siyasi iradəsi nəticəsində 2014-cü ildə XXI əsrin layihəsi adlandırılan “Cənub Qaz Dəhlizi”nin təməli qoyuldu, bu günlərdə isə bu meqalayihənin təntənəli surətdə açılış mərasimi keçirildi. “Cənub Qaz Dəhlizi”nin əsas seqmenti olan TANAP-ın istifadəyə verilməsi isə bu möhtəşəm uğurların davamıdır”.
“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, bu gün Azərbaycan və Türkiyənin birgə səyləri regionda inkişafa, sülh və təhlükəsizliyə mühüm töhfələr verir: “TANAP-ın istifadəyə verilməsi Azərbaycan-Türkiyə əməkdaşlığının növbəti zəfəridir. TANAP-ın istifadəyə verilməsi mərasimində çıxış edən möhtərəm Prezidentimiz İlham Əliyev bildirib ki, bu gün bu tarixi gündə də biz birlikdəyik. “Bu, onu göstərir ki, bizim təşəbbüsümüzlə irəli sürülən istənilən layihə həyatda öz əksini tapır. Çünki bunun arxasında düşünülmüş siyasət, güclü iradə və bizim qardaşlığımız dayanır” deyən dövlətimizin başçısı dünyaya mühüm mesajlar verib. Sözsüz ki, bu, bir daha onu göstərir ki, Azərbaycan və Türkiyə dost, qardaş ölkə olmaqla yanaşı, strateji müttəfiqdirlər və bütün məsələlərdə, bütün sferalarda bir-birilərini dəstəkləyirlər. Bu mənada Azərbaycan və Türkiyə XXI əsrin enerji xəritəsini birlikdə cızır”.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35

