Azərbaycan Milli Məclisinin sədri Ümumçin Xalq Nümayəndələri Yığıncağının sədri ilə görüşüb
21.06.2018 [10:19]
Çin Xalq Respublikasında səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 20-də Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşu ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Çin-Azərbaycan əlaqələrinin tarixi köklərinin olduğunu bildirən Li Canşu qədim İpək Yolunun hər iki xalqı sıx tellərlə bir-birinə bağladığını deyib. O, ölkələrimiz arasında əlaqələrin hazırda yüksək səviyyədə olduğunu bildirərək, bu münasibətlərin xalqlarımızın maraqlarına söykənərək qarşılıqlı faydalı şəkildə genişləndiyini diqqətə çatdırıb.
İki ölkə arasında münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin əhəmiyyətini vurğulayan Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ildə Çinə səfəri zamanı dövlət başçılarının ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişafı ilə bağlı mühüm qərarlar qəbul etdiklərini məmnunluqla xatırladıb.
Li Canşu bu yaxınlarda ölkəmizdə keçirilmiş prezident seçkilərində İlham Əliyevin inamlı qələbə qazanmasını yada salaraq, bu qələbənin Azərbaycan xalqının Ona olan böyük etimadının göstəricisi olduğunu deyib. Əmin olduğunu bildirib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edəcək.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təbriklərini çatdıran Li Canşu ölkəsinin Azərbaycanın inkişafına sevindiyini və bu inkişafı dəstəklədiyini bildirib.
Çin rəsmisi Milli Məclisin sədri Oqtay Əsədovun Çinə səfərinin ikitərəfli əlaqələrimizin, o cümlədən parlamentlərarası münasibətlərin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
Li Canşu ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu diqqətə çatdırıb.
Çinə rəsmi səfərə dəvətə görə təşəkkürünü bildirən Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanın Çin ilə münasibətlərin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verdiyini bildirib. O, Prezident İlham Əliyevin ölkələrimizi xoş ənənələrə malik dostluq və əməkdaşlıq münasibətlərinin birləşdirməsi ilə bağlı fikrini yada salaraq, hazırda əlaqələrimizin müxtəlif sahələrdə yüksək inkişaf dinamikası ilə seçildiyini diqqətə çatdırıb.
İkitərəfli əlaqələrin inkişafında yüksək səviyyəli rəsmi səfərlər zamanı əldə edilmiş razılaşmaların müstəsna əhəmiyyət kəsb etdiyini bildirən O.Əsədov dövlət başçıları İlham Əliyev və Si Cinpin arasında mövcud olan qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin ölkələrimiz arasında fəal siyasi dialoqun əsasını təşkil etdiyini deyib. Bu siyasi dialoq, öz növbəsində, iki ölkə arasında iqtisadi, hərbi, nəqliyyat, turizm, humanitar və başqa sahələrdə əlaqələrin genişlənməsində mühüm rol oynayır.
Milli Məclisin sədri Azərbaycan Prezidenti İlham Əliyevin Çinə 2015-ci ildə dövlət səfərindən sonra münasibətlərimizin keyfiyyətcə daha yüksək səviyyəyə qalxdığını deyib. Ölkələrimizin aparıcı siyasi qüvvələri olan Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında sıx əməkdaşlıq münasibətlərinin mövcud olduğunu qeyd edən O.Əsədov bu əlaqələrin, öz növbəsində, bütün sahələrdə əməkdaşlığın genişlənməsinə mühüm töhfələr verdiyini vurğulayıb. “Sevindirici haldır ki, partiyalararası qarşılıqlı səfərlər intensiv xarakter alıb”, - deyən Milli Məclisin sədri Çin Kommunist Partiyasının 19-cu qurultayında qəbul olunmuş qərarların Azərbaycanda da yaxından izlənildiyini diqqətə çatdırıb.
Milli Məclisin sədri dövlətlərarası münasibətlərin inkişafında parlamentlərin böyük rolundan bəhs edərək, Azərbaycan nümayəndə heyətinin Çinə hazırkı səfərinin qanunverici orqanlar arasında əməkdaşlığın genişlənməsinə də töhfə verəcəyinə əminliyini bildirib.
Oqtay Əsədov Çinin Azərbaycanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmətini yüksək qiymətləndirərək, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasında qəbul olunan qətnamələrə Çinin verdiyi dəstəyi xatırladıb. O, iki ölkə arasında əlaqələrin inkişafı üçün etibarlı hüquqi bazanın yaradıldığını qeyd edərək, qarşılıqlı ticarət dövriyyəsinin daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu deyib.
Azərbaycanın Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olduğunu xatırladan O.Əsədov bunun ölkələri və xalqları bir-birinə yaxınlaşdıran, əməkdaşlığı təşviq etməklə dövlətlərin iqtisadi inkişafına təkan verən bir strategiya olduğunu deyib. O, Azərbaycanın sahib olduğu tranzit-logistika imkanlarının “Bir kəmər, bir yol” təşəbbüsünün reallaşmasına əməli töhfələr verdiyini diqqətə çatdırıb.
Milli Məclisin sədri ölkələrimizin mədəni, təhsil, turizm və digər sahələrdə əməkdaşlığının genişlənməsi üçün yaxşı imkanların olduğunu deyib.
Azərbaycan nümayəndə heyətinə Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Siyavuş Novruzov, deputatlar Əliağa Hüseynov, Xanlar Fətiyev, Rauf Əliyev, Malik Həsənov, Hikmət Məmmədov, Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.
Xəbər lenti
Hamısına baxGündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
İqtisadiyyat
24 Sentyabr 21:40
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19

