Belarusun Azərbaycana silah satması Ermənistanda siyasi vəziyyəti gərginləşdirib
26.06.2018 [09:44]
Baş nazir N.Paşinyan işğalçı ölkənin diplomatik cəbhədə məğlubiyyətini öz rəqiblərinin ayağına yazaraq onlardan xilas olmaq istəyir
İrəvanda küçə hərəkatı ilə hakimiyyəti ələ keçirən Nikol Paşinyan və onun dəstəsi xarici və daxili siyasətdə son dövrlər baş verən hadisələr fonunda dalana dirənib. Azərbaycanın Belarusdan “Polonez” raket sistemi alması, Naxçıvanda torpaqlarımızın bir hissəsinin azad edilməsi və ordumuzun əlverişli mövqeyə hakim olması hazırda yeni baş nazirə qarşı irəli sürülən ittihamların başında gəlir. Amma N.Paşinyan yaranmış vəziyyətdən keçmiş baş nazir və ətrafından daha çox indiki prezident və parlamentdəki digər fraksiyaların rəhbərlərinə qarşı istifadə etməyə çalışır.
Belə ki, bu yaxınlarda Azərbaycanın Belarusdan “Polonez” raket sistemi alması, iyunun 11-dən sonra isə ölkəmizin bu sistemləri nümayiş etdirməsi ilə erməni diplomatiyasının məğlubiyyəti özünü göstərib. Bu məyusluqdan qurtulmaq üçün N.Paşinyan “Polonez” məsələsindən daxili siyasət üçün istifadə etməyə çalışır. Belə ki, yerli mətbuatda Ermənistan parlamentində ikinci fraksiya olan “Çarukyan” blokunun rəhbəri Q.Çarukyanın Belarusla yaxın əlaqələri olması qabardılır və Azərbaycana silah satışının Belarusun təkcə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzrə müttəfiqi olan Ermənistanla münasibətlərinə deyil, Çarukyana da zərbə olduğu qabardılır. Dolayısı yolla N.Paşinyan bu hadisədən istifadə edib, gələcəkdə onun əsas rəqibi sayılacaq Q.Çarukyandan xilas olmaq istəyir. N.Paşinyanın bu addımı çox güman ki, onsuz da parlament daxilində gərgin olan münasibətlərin daha da kəskinləşməsinə səbəb olacaq.
Belarusun Azərbaycana “Polonez” sistemi satması faktından təkcə Çarukyana qarşı deyil, Ermənistana rəhbərlik etdiyi son 3 ayda özünə müsbət imic toplamağa çalışan Armen Sarkisyanın da siyasətinə zərbə kimi istifadə olunur. Belə ki, Paşinyan daha bir rəqibinə - prezident Armen Sarkisyana qarşı təbliğat aparır. Prezident A.Sarkisyanı həddindən çox nəzakətli olmaqda günahlandıran baş nazirə yaxın yazarlar ona Belarus prezidentinə yazdığı məktubunun mətni ilə hücum edirlər. Beləliklə, “Polonez” raketlərinin Azərbaycana satılması Ermənistanda daxili siyasi çəkişmələr üçün bəhanə kimi istifadə olunur.
Hakimiyyətin daxilində və müttəfiqləri arasında münasibətlərin gərginləşməsinə parlamentdə kifayət qədər yerə malik olan Respublika Partiyasının lideri hesab edilən K.Karapetyana qarşı addımlar da əlavə olunur. N.Paşinyanın təhlükəsizlik və hüquq-mühafizə orqanlarına yeni təyin etdiyi kadrların erməni oliqarxlara qarşı təqibi və həbs addımları, antikorrupsiya əməliyyatları birbaşa keçmiş hakimiyyət nümayəndələrinin maraqlarına toxunduğundan qarşıdurmanın daha da kəskinləşəcəyi güman edilir.
Hakimiyyəti təsadüfən ələ keçirsə də, kifayət qədər kadr ehtiyatı olmayan N.Paşinyanın seçkilərə qədər strateji cəhətdən əhəmiyyətli olan vəzifələri tutmaq cəhdləri yönündəki fəaliyyətində Ermənistan prezidenti Armen Sarkisyanı, həm də Rusiya ilə kifayət qədər normal münasibətləri olan Q.Çarukyanı hədəf seçməsi təsadüfi deyil.
Q.ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxAnalitik
02 Oktyabr 10:17
Gündəm
02 Oktyabr 10:14
Analitik
02 Oktyabr 09:45
Sosial
02 Oktyabr 09:34
YAP xəbərləri
02 Oktyabr 09:32
Analitik
02 Oktyabr 09:20
Sosial
02 Oktyabr 08:50
MEDİA
02 Oktyabr 08:37
Gündəm
02 Oktyabr 08:10
Dünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17

