Türkiyə demokratiya yolunda daha bir uğurlu addım atdı
26.06.2018 [10:05]
Qardaş ölkədə keçirilən 24 iyun seçkilərinin nəticələri çox haqlı olaraq Türkiyə xalqının aparılan siyasətə, öz hüquqlarına və müstəqilliyinə verdiyi dəyər kimi qiymətləndirilir
Qardaş Türkiyə növbəti dəfə bütün dünyaya demokratiyaya sadiqliyini, insanların azad seçiminə hörmətini nümayiş etdirdi. Bu ölkədə iyunun 24-də keçirilən növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərinin nəticələri belə deməyə əsas verir. Yüksək səviyyədə təşkil olunan səsvermənin nəticələrinə görə, Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçilib və onun sədri olduğu Ədalət və İnkişaf Partiyası (AKP) seçicilərin etimadını qazanıb.
Türkiyədə seçicilər bundan sonra da “yola davam” deyiblər
Türkiyədən verilən məlumatlara görə, qardaş ölkədə növbədənkənar prezident və 27-ci çağırış parlament seçkiləri seçicilərin böyük fəallığı şəraitində keçib. Yerli vaxtla saat 8:00-dan etibarən məntəqələrə üz tutan vətəndaşlar azad şəkildə siyasi iradələrini ifadə ediblər. Səhər saatlarından başlayaraq səsvermə məntəqələrinin qarşısında növbələr yaranıb. Həmçinin bütün ölkə boyunca səsverməni beynəlxalq müşahidəçilər izləyiblər. Belə ki, səsvermə prosesini izləmək üçün 34 ölkədən 650 KİV təmsilçisi və 500-dən çox beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.
Türkiyə Respublikasının Ali Seçki Komissiyasının (ASK) məlumatına görə, ölkə üzrə 60 milyona yaxın vətəndaşın səsvermə hüququ olub. Onlardan təxminən 3,5 milyonu xarici ölkələrdəki diplomatik korpuslarda səsvermə qeydiyyatından keçib.
Ali Seçki Komissiyasının sədri Sədi Güvən qardaş ölkədə keçirilən seçkilərin nəticələri barədə məlumat verərək bildirib ki, ölkə üzrə 59.354.840 seçicinin 87 faizdən çoxu səsvermədə iştirak edib.
Seçicilərin 52,6 faizi prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğana etimad göstərib. Məhərrəm İncə seçicilərin 30 faizinin səsi ilə ikinci yerdə qərar tutub.
Parlament seçkilərində isə Ədalət və İnkişaf Partiyası ilə Millətçi Hərəkat Partiyasının birləşdiyi Cümhur İttifaqı birinci yeri qazanıb. Beləliklə, Türkiyə Böyük Millət Məclisindəki 600 mandatın 293-nü Ədalət və İnkişaf Partiyası qazanıb. Digər mandatların 146-sı Cümhuriyyət Xalq Partiyasının, 67-si Xalqların Demokratik Partiyasının, 49-u Millətçi Hərəkat Partiyasının, 45-i isə İYİ Partiyanın payına düşüb.
Seçkilərdə Türkiyə cəmiyyətinin Rəcəb Tayyib Ərdoğana və onun lideri olduğu siyasi partiyanın iştirakı ilə yaradılan Cümhur İttifaqına etimad göstərməsi heç də təsadüfi deyil. Praqmatik siyasətçi olan Rəcəb Tayyib Ərdoğan ölkəni inamla idarə edir, son dərəcə mürəkkəb geosiyasi proseslər fonunda milli maraqları qətiyyətlə qoruyur. Onun qəbul etdiyi qərarlar və atdığı qətiyyətli addımlar sayəsində qardaş ölkə regionda söz sahibinə çevrilib və mövqeyi əhəmiyyətli dərəcədə möhkəmlənib. Seçkilərin nəticəsi ölkə vətəndaşlarının aparılan siyasətdən razı olduqlarını ifadə edir. Seçicilər bu siyasətə böyük inamlarını ifadə edərək bundan sonra da “yola davam” deyiblər.
Qardaş ölkənin cəmiyyəti seçkilərin nəticəsini toy-bayram kimi qeyd edir
Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi, həmçinin Ədalət və İnkişaf Partiyası ilə Millətçi Hərəkat Partiyasının birləşdiyi Cümhur İttifaqının parlamentə seçkilərdə birincilik qazanması Türkiyə cəmiyyətində böyük coşqu yaradıb. İnsanlar seçkilərin nəticələrini toy-bayram kimi qeyd edirlər. Seçkilərin ilkin nəticələri elan olunduqdan sonra Türkiyənin bütün bölgələrində, küçə və meydanlarda, o cümlədən AKP-nin mərkəzi qərargahı da daxil olmaqla bütün şəhər və rayon şöbələrinin qarşısında möhtəşəm izdiham yaşanır. İnsanlar qarşılıqlı olaraq bir-birlərini təbrik edərək xoş arzularını dilə gətirirlər.
Prezident Rəcəb Tayyib Ərdoğan iyunun 25-də gecə Türkiyə vaxtı ilə saat 2:50-də ölkədə keçirilən növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərində möhtəşəm qələbə münasibəti ilə sədri olduğu Ədalət və İnkişaf Partiyasının Ankaradakı Mərkəzi Qərargahında “balkon konuşması” ilə partiyadaşlarına, tərəfdarlarına xitab edib. Seçkilərin azad, ədalətli və şəffaf təşkil olunduğunu diqqətə çatdıran dövlət başçısı deyib ki, ölkədəki seçki fəallığı Türkiyə xalqının öz hüquqlarına və müstəqilliyinə verdiyi dəyərdir. Qələbəyə görə bütün partiyadaşlarına, eləcə də Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçalı başda olmaqla bütün MHP mənsublarına minnətdarlıq edib və qarşıda duran vəzifələrdən danışıb. Qeyd edək ki, dövlət başçısı İstanbulda da Türkiyə xalqına müraciət ünvanlayıb. Səsvermədə iştirak edən bütün vətəndaşlara təşəkkürünü ifadə edən Türkiyə Prezidenti bildirib ki, xalq yüksək seçki fəallığı ilə bütün dünyaya demokratiya dərsi verib.
Siyasi partiyaların təmsilçiləri də seçkilərin nəticələrindən razılıqlarını ifadə edirlər. Millətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı Türkiyədə keçirilən növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərindəki möhtəşəm qələbə münasibəti ilə Prezident Rəcəb Tayyib Ərdoğanı təbrik edib. Xüsusi olaraq vurğulamaq lazımdır ki, seçkilərdə prezidentliyə namizəd olan Məhərrəm İncə səsvermənin nəticələrini tanıdığını bəyan edib. Qeyd edək ki, Məhərrəm İncə seçkilərə Türkiyədə ana müxalifət sayılan Cümhuriyyət Xalq Partiyasının namizədi kimi qoşulmuşdu.
Azərbaycan Türkiyənin uğuruna hamıdan çox sevinir
Dünyada Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan iki dövlət tapmaq mümkün deyil. İki ölkənin münasibətləri xalqımızın Ümummilli lideri Heydər Əliyevin ifadə etdiyi “bir dövlət, iki millət” fəlsəfəsinə əsaslanır. Biz Türkiyənin uğurlarını öz uğurlarımız hesab edirik. Qardaş ölkədə də eyni əhval-ruhiyyə hakimdir. Türkiyə bütün məsələlərdə, o cümlədən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həllində Azərbaycanın ədalətli mövqeyini həmişə qətiyyətlə dəstəkləyir.
Azərbaycan qardaş ölkədə keçirilən prezident və parlament seçkilərinin nəticələrinə də hamıdan çox sevinir və bu sevinci, həmrəyliyi ən yüksək səviyyədə ifadə edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanı seçkilərdə əldə etdiyi inamlı qələbə münasibətilə təbrik edib. Prezident İlham Əliyev qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə daha da inkişaf edib, iqtisadi sahədə böyük uğurlar qazanıb, beynəlxalq aləmdə mövqeləri daha da möhkəmlənib. Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğana Türkiyə xalqının firavanlığı və inkişafı naminə yeni uğurlar arzulayıb.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41

