Ermənistan cəmiyyəti çaşqınlıq içərisindədir
29.06.2018 [09:49]
Azərbaycanda keçirilən möhtəşəm hərbi parad, eləcə də uğurlu Naxçıvan əməliyyatı işğalçı ölkədə ciddi təşviş yaradıb
Azərbaycan Ordusunun Naxçıvan istiqamətində həyata keçirdiyi əks həmlə əməliyyatı Ermənistanı əməlli-başlı təşvişə salıb. İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibəti ilə Bakıda keçirilən möhtəşəm hərbi parad da işğalçı tərəfin, necə deyərlər, “kürkünə birə salıb”. Ermənistanın “Hetq armenia” saytı yazır ki, Azərbaycan hərbi heyətini mütəmadi olaraq çalışdırır, irimiqyaslı təlimlər keçirir və strategiya hazırlayır. Bildirilir ki, artıq Azərbaycan Belarus istehsalı olan “Polonez” raket kompleksi və İsraildən “LORA” raketləri alıb. Bundan başqa, Azərbaycan PUA-lar da istehsal etməyə başlayıb. Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimin qondarma müdafiə naziri Levon Mnaçakanyan etiraf edir ki, Azərbaycan ordusu ən yeni hərbi texnika ilə təchiz edilib. “Bu isə o deməkdir ki, bu gün başlayacaq münaqişəyə cavab vermək üçün günlər deyil, saatlar lazım olacaq. Ermənistanda isə hökumət korrupsiya şousu göstərməklə məşğuldur”. Erməni mediasının məlumatına görə, dırnaqarası qəhrəmanlar antiqəhrəmana çevriliblər.
Bütövlükdə, Ermənistanda sadə vətəndaşlar kimə və nəyə inanacaqlarını bilmirlər. Ölkədə baş verənləri obyektiv izah etmək çox çətindir. Politoloq Yervand Bodoyan hesab edir ki, korrupsiya ifşası adlanan proqramda şou elementləri var. Ölkənin yeni rəhbərliyi öz reytinqini qaldırmaq istəyir. Digər tərəfdən isə bu yolla guya ölkədəki mənfi hallarla mübarizəyə dair verdikləri sözü yerinə yetirirlər. Onun sözlərinə görə, bu gün erməni xalqı şokdadır. İnsanlar hələ bir müddət əvvəl ölkənin əsas qəhrəmanları hesab edilən şəxslərin saxlanmasının şokunu yaşayırlar. Onlar baş verənlərin məntiqi izahını anlamırlar. Xalqı maraqlandıran əsas məsələ başqadır - iqtisadiyyat nə zaman dirçələcək? Ekspert hesab edir ki, ictimaiyyət artıq hökumətdən xahiş etməyəcək. Onlar tələb edəcək və hökumət qarşısında məhz sosial problemlərlə bağlı şərtlər qoyacaqlar. Şou vaxtı artıq keçir. Xüsusi xidmət orqanlarının indi əsas hədəfi adı korrupsiya qalmaqalında hallanan Ermənistan müdafiə nazirinin keçmiş müavini Manvel Qriqoryanın həyat yoldaşı Nazik Amiryandır. Onun barəsində polis axtarış elan edib. Bunu Ermənistan polisinin Analitik, informasiya və KİV-lə əlaqələr bölməsinin rəisi Edqar Canoyan bildirib. Onun sözlərinə görə, Nazik Amiryan əvvəlcə saxlanılıb. Evə buraxıldıqdan sonra həbsinə qərar verilən Amiryan gizlənir. Polis onun axtarışı üzrə əməliyyatı davam etdirir. Manvel Qriqoryan və onun oğlu - Eçmiədzin şəhərinin keçmiş meri Karen Qriqoryan isə dövlət əmlakını mənimsəməkdə ittiham olunaraq artıq həbs ediliblər. Bu işdə onlara Ermənistanın keçmiş ekologiya naziri, Manvel Qriqoryanın həyat yoldaşı Nazik Amiryan da köməklik göstərib. 19 iyun tarixində ordu üçün istehsal edilən və satışı qadağan olunan ət konservləri ilə dolu yük maşını ələ keçirilib. Bu zaman sürücülər bildiriblər ki, konservləri maşına Nazik Amiryanın göstərişi ilə yükləyiblər.
Qeyd edək ki, İrəvan meri Taron Marqaryanı da həbs gözləyir. Bir neçə gündür işə çıxmayan şəhər administrasiyası rəbərinin artıq istefa ərizəsi yazdığı bildirilir. “Joxovurd” qəzeti yazır ki, meriyada qeyri-müəyyən vəziyyət yaranıb. Məmurlar nə edəcəklərini bilmirlər. Nəşr, həmçinin qeyd edir ki, onsuz da baş nazir Nikol Paşinyan Marqaryanı paytaxt meri postunda saxlamağı planlaşdırmırdı. Bu ilin mayında isə nümayişçilər İrəvan meriyasına girərək Marqaryanın istefasını tələb etmişdilər. Bütün bunlar isə işğalçı ölkədə daxili gərginliyin uzun müddət səngiməyəcəyini təsdiqləyir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36

