Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır
30.06.2018 [09:23]
İyunun 26-da keçirilən hərbi parad Azərbaycan Silahlı Qüvvələrinin gücünü bir daha əyani şəkildə nümayiş etdirdi
Xəbər verildiyi kimi, iyunun 26-da Bakının Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə hərbi parad keçirilib. Paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə xidmətlərinin, eləcə də Türkiyə Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4000 nəfərədək şəxsi heyəti iştirak edib. Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar, eləcə də hərbi gəmi və katerlər nümayiş olunub. Əksər ekspertlərin də vurğuladıqları kimi, Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilmiş hərbi parad ölkəmizdə ordu quruculuğu işinin necə yüksək səviyyədə təşkil olunmasının əyani nümayişidir. Ölkəmizin ərazi bütövlüyünün bərpası məsələsində arxalana biləcəyimiz yeganə güc isə məhz milli ordumuzdur. Hərbi paradda çıxış edən Prezident, Ali Baş Komandan İlham Əliyev də bildirdi ki, Azərbaycan işğalla heç vaxt barışmayacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və bərpa edəcək. Qeyd etmək gərəkdir ki, hazırda ordumuzun gücü, ən müasir silahlarla təchiz olunması, döyüş tapşırıqlarını qüsursuz yerinə yetirə bilməsi hərbi-siyasi reallıqdır.
Öz növbəsində məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Azər Badamov da deyib ki, iyunun 26-da keçirilən hərbi paradda nümayiş olunan müasir hərbi texnika və canlı qüvvə bir daha Azərbaycan Ordusunun dünyanın ən inkişaf etmiş ölkələrinin orduları ilə bir sırada olduğunun göstəricisidir. Millət vəkili bildirib ki, Ermənistanın apardığı işğal siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyü pozulub və torpaqlarımızın 20 faizi işğal altındadır. Bu işğala son verilməsi üçün Azərbaycan özünün hərbi gücünü artırmalıdır və artırır: “Azərbaycan Silahlı Qüvvələri böyük inkişaf yolu keçib və qarşısına qoyulan hər bir tapşırığı yerinə yetirmək iqtidarındadır. Regionun ən güclü ordusu olan Azərbaycan Ordusunun gücü göz önündədir və bu parad düşmənlərimizə bir mesaj idi. Bu gün müasir Azərbaycan Ordusu ən yeni texnologiyalara əsaslanan silahlarla, raket sistemləri ilə, müdafiə texnikası ilə təchiz olunub. Düşmən də artıq bunu anlayır və hərbi gücümüzə bələddir. Düşünürəm ki, növbəti paradımız qələbə paradı olacaq. Azərbaycanın gücü, iradəsi bunu deməyə əsas verir”.
Milli Məclisin deputatı Tahir Mirkişili də iyunun 26-da keçirilən hərbi paradın Azərbaycan Ordusunun gücünün əyani nümayişi olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, bu gün ordumuz öz qüdrətinə görə fərqlənir: “Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən hərbi parad möhtəşəm idi. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həmin paraddakı nitqi zamanı bəyan etdiyi kimi Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Silahlı Qüvvələrimiz ən müasir texnika ilə təmin olunub. Ordumuzun gücünü işğal altında olan torpaqlarımızın bir hissəsinin azad olunması da təsdiqlədi. Bu möhtəşəm hərbi parad dostları sevindirdi, düşmənləri qorxuya saldı. Azərbaycan Ordusu hazırda qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək iqtidarındadır. Ordumuz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı hər an işğaldan azad etməyə hazırdır”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36

