Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bakıda Dayanıqlı İnkişaf Məqsədlərinin milliləşdirilməsi və prioritetləşdirilməsi üzrə seminar keçirilir

Bakıda Dayanıqlı İnkişaf Məqsədlərinin milliləşdirilməsi və prioritetləşdirilməsi üzrə seminar keçirilir

03.07.2018 [09:44]

İyulun 2-də Bakıda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) milliləşdirilməsi və prioritetləşdirilməsi üzrə seminar işə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbiri açan Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov deyib ki, Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi ilə bağlı öhdəlikləri layiqincə yerinə yetirir. Bununla əlaqədar ölkəmizdə Əlaqələndirmə Şurası yaradılıb və bu Şura müvafiq hökumət qurumlarının səylərini əlaqələndirir. Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı maarifləndirmə işləri aparılıb. Azərbaycan ictimaiyyəti artıq Dayanıqlı İnkişaf Məqsədlərinə dair hədəflər barədə məlumatlıdır. Qısa müddət ərzində ölkəmizdə bu istiqamətdə 8 Dövlət Proqramı, 31 strategiya, 25-dən çox normativ hüquqi akt araşdırılıb və prioritetlərin müəyyənləşdirilməsi ilə bağlı işlər görülüb. Azərbaycan prioritet olaraq 17 məqsədi, 107 hədəfi və 150 göstəricini özü üçün seçib. Hökumətimizin apardığı fəaliyyət nəticəsində qarşıya qoyulan məqsədlərə nail olunacaq və Azərbaycan BMT-nin bu qlobal layihəsinin həyata keçirilməsinə öz töhfəsini verəcək. İnanıram ki, 2030-cu ildə dünya daha ədalətli, insanların hazırda qarşılaşdıqları problemlərin həllini tapacağı bir dünya olacaq.
BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi və İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai seminarın təşkilinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycan regionda BMT-nin MAPS Missiyasını (Aktuallaşdırma, Sürətləndirmə və Siyasətə Dəstək) qəbul edən ilk dövlətdir. 2030-cu ilə qədər olan gündəlik BMT-yə daxil olan dövlətlər tərəfindən qəbul edilib. Gündəliyə daxil prioritetlər planetimizdə sülh və tərəfdaşlığın inkişafına öz töhfəsini verəcək. Bu işdə də hökumətlər və vətəndaş cəmiyyətləri birgə işləməlidirlər.
Tədbir “Azərbaycanın ehtiyaclarına cavab verən siyasətlərin təşviq olunması” və “DİM-lərin prioritetləşdirilməsi: reallıq yoxlaması” mövzularında plenar iclaslarla davam edib.
Seminar iyulun 4-də başa çatacaq.

Paylaş:
Baxılıb: 722 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30