/ / Hikmət Babaoğlu: Vətəndaşlarımızın həmrəyliyinin əsasında Azərbaycan Prezidentinə və Onun fəaliyyətinə inam dayanır
Hikmət Babaoğlu: Vətəndaşlarımızın həmrəyliyinin əsasında Azərbaycan Prezidentinə və Onun fəaliyyətinə inam dayanır
06.07.2018 [09:35]
Heç bir ölkənin enerji sistemi baş verə biləcək qəzalardan tamamilə sığorta olunmayıb. Xüsusən ekstremal vəziyyətdə belə halların baş verməsi mümkündür.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib. Deputat xatırladıb ki, Mingəçevirdəki İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə bağlı iyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında müşavirə keçirildi. Prezident müşavirədə çox ciddi tapşırıqlar verdi. Ancaq hadisənin baş verməsi bir sıra məsələləri üzə çıxardı. Bəlli oldu ki, Azərbaycanda dayanıqlı enerjinin bərpası ilə bağlı həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də qonşu ölkələrlə enerji sektorunun inteqrasiya edilməsidir. Qəzanın nəticələrinin tezliklə və qısa müddətdə aradan qaldırılması bir daha onu göstərdi ki, Azərbaycanda qonşu ölkələrlə enerji kommunikasiyalarının inteqrasiya olunması vaxtında atılan strateji və uzaqgörən bir addım idi. Bu məsələ ilə bağlı dövlətimizin başçısı qonşu Rusiya və Gürcüstana öz təşəkkürünü bildirdi. Prezident İlham Əliyev məsələlərin başvermə səbəblərinin araşdırılması ilə bağlı Dövlət Komissiyası yaratdı və bu komissiya, heç şübhəsiz, yekun nəticələrlə bağlı həm Azərbaycan Respublikasının Prezidentini, həm də cəmiyyəti məlumatlandıracaq.
Son 15 il ərzində ölkəmizdə 2500 meqavat gücündə yeni elektrik stansiyalarının tikildiyini bildirən millət vəkili vurğulayıb ki, hazırda Azərbaycanın enerji potensialı 6400 meqavata bərabərdir və bu da çox ciddi bir rəqəmdir. Bu potensial, bu imkanlar nəinki istehlakçıların enerji tələbatını ödəməyə, eyni zamanda, elektrik enerjisi ixracı üçün də şərait yaradır. Lakin çox təəssüf ki, enerji sektorunda çalışan bəzi məmurların və rəhbər şəxslərin yol verdiyi nöqsanlar nəticəsində yeni yaradılan və lokal enerji mənbələrinin fəaliyyətini koordinasiya etmək mümkün olmayıb. Beləliklə, sadəcə bir blokda baş verən qəza bütün ölkənin elektrik təchizatına mənfi təsir göstərib. Prezident müşavirədə bu məsələyə də diqqət çəkərək bildirdi ki, bunun səbəbləri aydınlaşdırılmalıdır və bu vaxta qədər yol verilmiş nöqsanlar aradan qaldırılmalıdır ki, gələcəkdə bir daha Azərbaycanda bu cür qəzalar baş verməsin. Enerji sektoru mürəkkəb bir sektordur. Ayrı-ayrı enerji istehsal edən mənbələrin fəaliyyətinin koordinasiya olunması üçün də yeni planların və layihələrin hazırlanması bu gün aktualdır. Dövlətimizin başçısı qeyd etdi ki, Bakıda, Sumqayıtda, Şirvanda, Astarada, Xaçmazda, Şəkidə və digər bölgələrdə elektrik stansiyaları yaradılmışdır. Amma bunların fəaliyyəti arasında, görünür, koordinasiya düzgün müəyyənləşdirilmədiyinə görə Mingəçevirdəki İstilik Elektrik Stansiyasına alternativ ola biləcək və yaxud orada fəsad baş verən zaman ölkənin enerji böhranının qarşısını ala biləcək bu yardımçı təsərrüfatların istismarının düzgün təşkil olunmaması bu cür fəsadlara gətirib çıxarmışdır. Əslində, bu hadisə onu göstərdi ki, fövqəladə vəziyyətdə Azərbaycan xalqı soyuqqanlı davranmağı, mürəkkəb şəraitdə cəmiyyət üzvləri bir-birinə dəstək göstərməyi bacarır. Bu, Azərbaycan vətəndaşlarının həmrəyliyinin bir nümunəsi idi. Prezident İlham Əliyev müşavirədə Azərbaycan cəmiyyətinin bu davranışlarını yüksək qiymətləndirərək qeyd etdi ki, Azərbaycan cəmiyyəti yetkin cəmiyyətdir və baş verənləri anlayışla qarşılamağı bacarır.
Milli Məclisin deputatı vurğulayıb ki, doğrudan da bu gün, sözün əsl mənasında, Azərbaycanda vətəndaş həmrəyliyi var. Bu həmrəyliyin əsasında da Azərbaycan Prezidentinə və Onun fəaliyyətinə olan inam dayanır. Çünki Azərbaycan vətəndaşları bilirlər ki, ölkəmizin enerji təhlükəsizliyinin təmin olunması üçün uzun illərdir ardıcıl məqsədyönlü siyasət həyata keçirilir və bu siyasət Azərbaycanda dayanıqlı enerji təchizatını təmin edir. Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan cəmiyyəti bu çətin sınaqdan şərəflə çıxa bilmişdir. Azərbaycanın bütün dövlət orqanları, xüsusilə də Fövqəladə Hallar Nazirliyi, daxili işlər orqanları, Bakı Nəqliyyat Agentliyinin birgə və koordinasiyalı fəaliyyəti sayəsində həm ölkəmizdə birinci dərəcəli strateji obyektlərin qorunması, həm ictimai nəqliyyatın tənzimlənməsində heç bir problem yaşanmadı. Bu problem lokal səviyyədə qaldı və yaranmış qəzanın fəsadları ən qısa müddətdə aradan qaldırıldı. Bu da Azərbaycanda dövlət qurumlarının nə qədər effektiv və koordinasiyalı fəaliyyət göstərməsinin bir nümunəsidir. Bu, bir növ həm də Azərbaycanda elektrik enerji sisteminin test olunması idi. Qəza nəticəsində mümkün və mövcud olan boşluqlar üzə çıxdı. Bunların aradan qaldırılması ilə bağlı dövlət başçısı müşavirədə qeyd etdi ki, bütün strateji obyektlər mobil elektrik generatorları ilə təmin edilsin ki, gələcəkdə belə hallar baş verərsə, birinci dərəcəli strateji obyektlərin mühafizəsi daim diqqət mərkəzində saxlanılsın. Eyni zamanda, ölkəmizin enerji təchizatı sistemi xarici auditorlar tərəfindən qiymətləndirilsin, problemlər həll edilsin. Bütün bunlar şübhəsiz ki, enerji sektorumuzun sağlamlaşdırılmasına xidmət edəcək və gələcəkdə bənzər problemlərin baş verə bilmə ehtimalının qarşısını alacaq.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15

