/ / Allahşükür Paşazadə: Əfqanıstanda davamlı sülhün bərqərar olması regionun sabitliyi və inkişafı baxımından həyati əhəmiyyət daşıyır
Allahşükür Paşazadə: Əfqanıstanda davamlı sülhün bərqərar olması regionun sabitliyi və inkişafı baxımından həyati əhəmiyyət daşıyır
12.07.2018 [10:10]
İyulun 10-11-də Ciddə və Məkkə şəhərlərində İslam Əməkdaşlıq Təşkilatı və Əfqanıstan hökumətinin birgə təşkilatçılığı ilə Əfqanıstana dair Beynəlxalq Üləma Konfransı keçirilib. Tədbirdə əksər müsəlman ölkələrindən, habelə Əfqanıstanda yaşayan etnik azlıqları, dini təriqətləri və siyası qrupları təmsil edən 150-dən çox din xadimi və nümayəndələr iştirak edib. Konfransda çıxış edən İƏT-in baş katibi Yusif Əl-Osaymin İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının islami qaydaların terrorçu qruplar tərəfindən yanlış izahının qarşısının alınması məqsədilə beynəlxalq müstəvidə Əfqanıstana dair üləma konfransının çağırılmasına qərar verdiyini bildirərək bu ölkədə milli barışığa nail olmaq və ekstremizmlə mübarizədə irəli sürülən ikitərəfli və çoxtərəfli təşəbbüslərin məhz beynəlxalq müstəvidə nəzərdən keçirilməsini və bu istiqamətdə üləmaların, din xadimlərinin öz töhfələrini vermələrinə ciddi ehtiyac olduğunu vurğulayıb.
Konfransın hədəflərinə toxunan baş katib Əfqanıstanda milli barışıq prosesinin sürətləndirilməsi və İslam təlimi işığında terrorçu və ekstremist fikirlərin dağıdılmasının qarşıya qoyulmuş əsas məqsədlər olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Səudiyyə Ərəbistanı hökuməti adından çıxış edən İslam məsələləri, dəvət və irşad naziri Əbdüllətif bin Əbdüləziz Ali Şeyx İki Müqəddəs Məscidin Xadimi Kral Salman bin Əbdüləzizin salamlarını konfrans iştirakçılarına çatdıraraq Əfqanıstanda davamlı sülhün və milli barışığın bərqərar olmasının İki Müqəddəs Məscidin Xadiminin daim diqqət və marağında olduğunu, islami dəyərlərin yanlış təbliğinin qarşısının alınmasında üləmaların üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.
Konfransda iştirak edən Azərbaycan nümayəndə heyətinin başçısı, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Əfqanıstanın maddi resurslarla zəngin, eyni zamanda, əlverişli geostrateji coğrafi mövqeyə malik olduğunu söyləməklə bu ölkədə davamlı sülhün və əmin-amanlığın bərqərar olmasının regionun geosiyasi sabitliyi və inkişafı baxımından həyati əhəmiyyət daşıdığını vurğulayıb. Azərbaycanın bu istiqamətdə artıq bir neçə beynəlxalq konfransa - 2017-ci ilin dekabr ayında “Asiyanın ürəyi-İstanbul prosesi”nin 7-ci nazirlər toplantısına, 2018-ci ilin iyun ayında isə Əfqanıstana dair Beynəlxalq Təmas Qrupunun toplantısına ev sahibliyi etdiyini xatırladan şeyxülislam Əfqanıstanda sülh və barışığın, müasirlik və tolerantlığın təşviqində, habelə islami dəyərlərin yanlış izahından doğan radikalizmlə mübarizədə görkəmli müsəlman din xadimlərinin və üləmaların həlledici rol oynaya biləcəyini, bu cür yığıncaqların səmərəliliyi üçün davamlı olmasının vacibliyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Konfransın ikinci günü nümayəndə heyətlərinin rəhbərləri Ciddə şəhərində Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz və Məkkə Əyalətinin əmiri Xalid Əl-Feysəl tərəfindən qəbul edilib. Azərbaycan nümayəndə heyətinin rəhbəri şeyxülislam Allahşükür Paşazadə ilə görüşü zamanı Kral Salman bin Əbdüləziz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi salamlarının çatdırılmasını xahiş edərək ölkələrimiz arasındakı münasibətlərin səviyyəsindən məmnunluğunu ifadə edib. O, Azərbaycanın İslam dünyasındakı rolunu və mövqeyini yüksək qiymətləndirib.
Öz növbəsində, dövlətimizin başçısının səmimi salamlarını Krala çatdıran Şeyxülislam Səudiyyə Ərəbistanı dövlətinin xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman ölkəmizə göstərmiş olduğu dəstəyi yüksək qiymətləndirib.
Görüşlərdə şeyxülislam Allahşükür Paşazadəni Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev müşayiət edib.
Konfrans Yekun kommunikenin qəbulu ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35
YAP xəbərləri
23 Sentyabr 16:20
İqtisadiyyat
23 Sentyabr 16:19
Formula 1
23 Sentyabr 15:54
İqtisadiyyat
23 Sentyabr 15:43
Sosial
23 Sentyabr 15:32
Hadisə
23 Sentyabr 15:22
Sosial
23 Sentyabr 15:20
İqtisadiyyat
23 Sentyabr 14:58
İdman
23 Sentyabr 14:33
Dünya
23 Sentyabr 14:10
Dünya
23 Sentyabr 13:56
İdman
23 Sentyabr 13:44
İqtisadiyyat
23 Sentyabr 13:18
Sosial
23 Sentyabr 13:11
Gündəm
23 Sentyabr 13:03
Gündəm
23 Sentyabr 12:40
Formula 1
23 Sentyabr 12:25
Gündəm
23 Sentyabr 12:19
Dünya
23 Sentyabr 12:08
Dünya
23 Sentyabr 12:00
Siyasət
23 Sentyabr 11:45
Elm
23 Sentyabr 11:43
Dünya
23 Sentyabr 11:41
İqtisadiyyat
23 Sentyabr 11:39
Hadisə
23 Sentyabr 11:38
İqtisadiyyat
23 Sentyabr 11:33
İqtisadiyyat
23 Sentyabr 11:32
Siyasət
23 Sentyabr 11:31
Gündəm
23 Sentyabr 11:29
YAP xəbərləri
23 Sentyabr 11:28
İqtisadiyyat
23 Sentyabr 11:26
Gündəm
23 Sentyabr 11:25
Sosial
23 Sentyabr 11:22
Elm
23 Sentyabr 11:22
İqtisadiyyat
23 Sentyabr 11:19
Mədəniyyət
23 Sentyabr 10:56
İqtisadiyyat
23 Sentyabr 10:52
İqtisadiyyat
23 Sentyabr 10:47
İqtisadiyyat
23 Sentyabr 10:45
Gündəm
23 Sentyabr 10:37
Dünya
23 Sentyabr 10:34
İqtisadiyyat
23 Sentyabr 10:28
İqtisadiyyat
23 Sentyabr 10:26
Sosial
23 Sentyabr 10:25
Sosial
23 Sentyabr 10:24
Analitik
23 Sentyabr 09:40
Analitik
23 Sentyabr 09:17
Elm
23 Sentyabr 08:59
Sosial
23 Sentyabr 08:37
Gündəm
23 Sentyabr 08:14
Dünya
22 Sentyabr 23:34

