Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Professor Aygün Əttar: Gəncədəki təxribat Azərbaycanın qüdrətlənməsini qəbul etmək istəməyən düşmən qüvvələrin əməlidir

Professor Aygün Əttar: Gəncədəki təxribat Azərbaycanın qüdrətlənməsini qəbul etmək istəməyən düşmən qüvvələrin əməlidir

13.07.2018 [09:28]

Gəncə şəhərində törədilən qanlı hadisələr Azərbaycanın inkişafını və qüdrətlənməsini qəbul etmək istəməyən düşmən qüvvələrin əməlidir. Bu ağır hadisələr Azərbaycan dövlətinə qarşı qəsd cəhdidir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyədə yaşayan və çalışan azərbaycanlı professor Aygün Əttar söyləyib.
Azərbaycandakı sabitlik və inkişafın ölkəmizdən kənarda yaşayan hər bir azərbaycanlı tərəfindən iftixar yeri olduğunu bildirən professor Aygün Əttar qeyd edib ki, Azərbaycanın uğurla həyata keçirdiyi beynəlxalq iqtisadi layihələr, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu və TANAP bir sıra qüvvələri ciddi narahat etməyə başlayıb. Aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələri xalqımızın Prezident İlham Əliyevə olan etimadını bir daha nümayiş etdirdi. Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı Bakıda keçirilən möhtəşəm parad düşmənə göz dağı verdi. Bütün bu nailiyyətlər, əlbəttə, bizi istəməyən düşmən qüvvələri hiddətləndirir.
Aygün Əttar deyib: “Azərbaycan xalqı heç bir halda bu cür terror aktlarını, qətl və sui-qəsd hallarını sakit qəbul edə bilməz. Ölkə ictimaiyyəti kimi biz xaricdə yaşayan azərbaycanlılar da törədilən cinayətlərə kəskin etiraz səsimizi ucaldırıq. Əminik ki, vətəndaşlarımız Prezident İlham Əliyevin ətrafında daha sıx birləşərək bu cür xoşagəlməz hadisələrin dəf olunmasına, bir daha təkrar edilməməsinə əlavə güc verəcək”.

Paylaş:
Baxılıb: 561 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30