Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Jalə Əliyeva: Azərbaycanı istəməyənlər heç zaman məqsədlərinə nail ola bilməyəcəklər

Jalə Əliyeva: Azərbaycanı istəməyənlər heç zaman məqsədlərinə nail ola bilməyəcəklər

13.07.2018 [09:35]

“Gəncədə baş verən hadisə müəyyən məkrli dairələrin düşünülmüş təxribatıdır. Azərbaycan cəmiyyəti belə təxribatlara qarşı daim sərt mövqe nümayiş etdirir”. Bu fikri Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva deyib.
J.Əliyeva bildirib ki, cəmiyyətimiz dini radikalizmə qarşıdır. Onun sözlərinə görə, radikal ekstremistlərin Gəncədə iğtişaş törətmək cəhdinin iflasa uğraması da bu faktın göstəricisidir.
“Bu hadisələr göstərir ki, Azərbaycanı sevməyən qüvvələr hələ də öz niyyətlərindən əl çəkməyiblər. Çox təəssüf ki, ölkə xaricindən idarə olunan “sapı özümüzdən olan baltalar” bu günə qədər Azərbaycana qarşı tutduqları antimilli mövqelərini davam etdirirlər. Lakin onların növbəti təxribatı da iflasa uğradı. Çünki dini radikalizmin cəmiyyətimizdə heç bir dayaqları yoxdur. Həmçinin Azərbaycanda vətəndaş həmrəyliyi, xalq-iqtidar birliyi mövcuddur. Məhz bu amillər Azərbaycana qarşı təxribatları, məkrli niyyətləri puç edir. Ölkəmizdə illərin sınağından keçən elə bir iqtidar-xalq birliyi var ki, bu birlik mövcud olduğu müddətdə heç bir qüvvə öz arzusuna çatmayacaq. Son prezident seçkiləri bir daha dünyaya nümayiş etdirdi ki, Azərbaycanda əldə olunan bütün nailiyyətlərlə yanaşı, ən mühüm uğur xalq-iqtidar birliyinin olmasıdır. Xalqımız öz Prezidentinə, dövlətinə güvənir və bizi istəməyənlər heç zaman məqsədlərinə nail ola bilməyəcəklər. Azərbaycan öz inkişaf yolundan heç zaman dönməyəcək”, - deyə deputat qeyd edib.

Paylaş:
Baxılıb: 605 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30