Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi bir qrup türkiyəli jurnalistlə görüşüb

Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi bir qrup türkiyəli jurnalistlə görüşüb

21.07.2018 [09:45]

Xəbər verildiyi kimi, Türkiyə-Azərbaycan Media Forumunda iştirak etmək üçün Türkiyənin Qəzetçilər Birliyi və Anadolu Yayımçılar Dərnəyinin təşkilatçılığı ilə bu ölkənin 40-dan artıq jurnalisti Azərbaycanda səfərdədir. Onlar iki gün ərzində Bakıda Azərbaycan jurnalistləri ilə bir araya gələcək, jurnalistikanın aktual problemlərinə dair məsələləri müzakirə edəcəklər. Bakıda fəaliyyət göstərən İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası, Azərbaycan Mətbuat Şurası və “Yeni çağ” media qrupu da bu forumun təşkilatçıları sırasındadır.
AZƏRTAC xəbər verir ki, forumda iştirak etmək üçün Bakıya gələn türkiyəli jurnalistlərin bir qrupu iyulun 20-də Prezident Administrasiyasında Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla görüşüb.
Görüşdə Əli Həsənov Azərbaycanda son zamanlar yaşanan proseslərdən, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlu nəticələrindən, Azərbaycanın ötən 15 ildəki inkişafından, iqtisadi, siyasi, sosial sahələrdə görülən işlərdən, qardaş ölkələrimizin liderliyi ilə həyata keçirilən “Cənub Qaz Dəhlizi” layihəsindən, onun region və Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfəsindən danışıb.
Azərbaycanın və qardaş Türkiyənin regionda artan rolunu vurğulayan Prezidentin köməkçisi türkiyəli jurnalistlərin suallarını cavablandırıb.

Paylaş:
Baxılıb: 653 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30