Müdafiə Nazirliyi: David Tonoyanın bəyanatı Ermənistan əhalisini ruhlandırmağa xidmət edir
24.07.2018 [09:22]
Ermənistan ordusundakı son korrupsiya qalmaqalı fonunda müdafiə naziri David Tonoyanın guya 200 milyon dollarlıq kredit razılaşmasında nəzərdə tutulmuş silahların Rusiya tərəfindən Ermənistana tam tədarükünün başa çatdırılması barədə bəyanatı bu ölkə əhalisinin süni şəkildə ruhlandırılması cəhdindən başqa bir şey deyil.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Nazirliyin açıqlamasında qeyd olunub ki, bir müddət əvvəl Ermənistan tərəfi 200 milyon dollarlıq kredit razılaşmasında nəzərdə tutulmuş Rusiya istehsalı olan silahların Ermənistana tədarükündə ciddi problemlərin olduğunu bildirib. Lakin, qısa müddət keçdikdən sonra Ermənistanın müdafiə naziri David Tonoyan əvvəl deyilənlərə zidd olaraq vicdan əzabı çəkmədən, həyasızcasına bütün aləmə car çəkir ki, guya Rusiya Ermənistana silah tədarükünü tam başa çatdırıb. Ermənistana çatdırılan müasir, modernizə edilmiş silahlar arasında Rusiya ordusunun belə silahlanmasına verilməyən silahların olması barədə Tonoyanın dediklərinə gəldikdə, bu, öz xalqını aldatmaqdan başqa bir şey deyil. Ermənistan tərəfinin mütəmadi olaraq bu cür məlumatlar yayması ordudakı son korrupsiya qalmaqalı fonunda ölkə əhalisinin süni şəkildə ruhlandırılması məqsədilə daxili auditoriyaya hesablanıb.
“Müdafiə naziri kimi, D.Tonoyan bilməli idi ki, Rusiya öz Silahlı Qüvvələrini hər hansı silah növü ilə tam təmin etmədən həmin silahı xarici ölkələrə tədarük etmir. Şübhəsiz ki, Ermənistanın müdafiə nazirinin fəxrlə bəhs etdiyi silahlar doğrudan da Rusiya ordusunun silahlanmasında yoxdur. Səbəb isə sadədir: həmin silahlar artıq köhnəlib və istifadəyə yararsızdır”, - deyə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36

