XV Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi keçirilir
14.10.2009 [09:42]
Dünən Bakıda Heydər Əliyev adına İdman-Konsert kompleksində XV Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi (BINE-2009) öz işinə başlayıb. “Iteca Caspian LTD” şirkəti tərəfindən təşkil olunan sərgiyə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Sənaye və Ticarət Palatası və Azərbaycan Stomatoloqlar Assosiasiyası tərəfindən dəstək verilib. 3 gün davam edəcək sərgidə yerli tibb müəssisələri ilə yanaşı, Türkiyə, ABŞ, Almaniya, Rusiya, Belarus, Litva, Ukrayna, İran, Hindistan və digər ölkələrdən gələn 74 şirkət iştirak edir.
Sərginin rəsmi açılış mərasimində çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev 15 ildən bəri ənənəvi olaraq keçirilən BINE sərgisinin nəinki Cənubi Qafqazda, eyni zamanda, Xəzər dənizi hövzəsi regionunda lider sərgiyə çevrildiyini və bu sərgiyə olan marağın getdikcə artdığını bildirdi. Onun sözlərinə görə, dünyanı bürüyən maliyyə böhranı sosial sahələrə də öz zərbəsini vurmaqdadır. Bir sıra ölkələrdə keçirilməsi nəzərdə tutulan müxtəlif təyinatlı beynəlxalq sərgilər təxirə salınıb. Sərgilərin keçirilməsinin ölkə iqtisadiyyatı ilə sıx bağlı olduğunu qeyd edən natiq, maliyyə böhranının Azərbaycandan yan keçdiyini və ölkə iqtisadiyyatına hər hansı bir şəkildə təsir etmədiyini vurğuladı. Nazir müavini qeyd etdi ki, ötən 6 ayda ölkədə ümumi daxili məhsulun (üDM) həcmi 4 faiz artıb ki, bu da Azərbaycanda iqtisadi inkişafın göstəricisidir.
Dövlət büdcəsi gəlirlərinin ilbəil artdığını diqqətə çatdıran E.Ağayev, buna uyğun olaraq səhiyyə sektoruna ayrılan maliyyə vəsaitlərinin də hər il yüksəldiyini bildirdi.
Son 2 ildə respublikada 300 tibb müəssisəsinin tikildiyini və rekonstruksiyadan sonra təhvil verildiyini qeyd edən natiq, bu müəssisələrdə tibb sənayesinin ən müasir avadanlıqlarının quraşdırıldığını dedi. Səhiyyə sektorunun inkişafının daim dövlətin diqqət mərkəzində olduğunu qeyd edən E.Ağayev yeni istifadəyə verilən tibb müəssisələrinin əksəriyyətinin rəsmi açılış mərasimində Prezident İlham Əliyevin, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO VƏ İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın iştirak etdiyini xatırlatdı.
Nazir müavini, həmçinin, uzun illərdən bəri tikintisi yarımçıq qalmış iki mühüm səhiyyə ocağının-Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutu və Milli Onkologiya Mərkəzlərinin istifadəyə verilməsini dövlətin vətəndaşlarımızın sağlamlığının qayğısına qalmasının bariz nümunəsi kimi qiymətləndirdi. ölkədə peşəkar tibbi kadrların hazırlanmasına xüsusi diqqət yetirildiyini qeyd edən natiq, buna misal kimi, Azərbaycan Dövlət Tibb Universiteti üçün Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitlər hesabına iki klinikanın - cərrahiyyə və terapiya tədris korpuslarının tikildiyini qeyd etdi. Tədbirin əhəmiyyətindən danışan Elsevər Ağayev, sərginin yerli şirkətlərimizin özlərinə yeni tərəfdaşlar tapmaq üçün gözəl imkan yaratdığını söylədi və onlara işlərində müvəffəqiyyətlər arzuladı.
Son illərdə respublikada səhiyyə sektorunda çox böyük irəliləyişlərə nail olunduğunu və ciddi addımlar atıldığını qeyd edən Azərbaycan Sənaye və Ticarət Palatasının vitse-prezidenti Mehman Əhmədov daha sonra BINE-nin yubiley sərgisinin fəaliyyətə başlamasını əlamətdar hadisə adlandırdı. O, sərginin Azərbaycan şirkətləri üçün əməkdaşlıq baxımından yeni-yeni imkanlar açacağına əminliyini vurğuladı.
“Iteca Caspian LTD” şirkətinin prezidenti Fərid Məmmədov isə ötən 15 il ərzində keçirilən sərgilərə dünyanın 25 ölkəsindən 1200-dən artıq şirkətin qatıldığını vurğuladı. F.Məmmədov dedi ki, keçirilən bu sərgilər nəticəsində yerli şirkətlərimiz xarici şirkətlərlə bir sıra müqavilələr imzalayıb, müştərək müəssisələr təsis edilib, səhiyyə sahəsində müasir texnologiyalar və avadanlıqlar ölkəmizə gətirilib. Onun sözlərinə görə, artıq 3 ildir ki, BINE sərgisi “UFİ”-ümumdünya Sərgi Sənayesi Assosiasiyasının keyfiyyət nişanına layiq görülüb ki, bu da Azərbaycanda keçirilən səhiyyə sərgilərinin yüksək səviyyədə təşkil olunmasından xəbər verir.
Qeyd edək ki, BINE sərgisi ilə yanaşı, IV Azərbaycan Beynəlxalq Stomatologiya Sərgisi və III Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb Sərgisi də öz işinə başlayıb. Stomatologiya sərgisində ziyarətçilərə stendlərdə ağız boşluğunun gigiyenası vasitələri, stomatologiya avadanlıqları və birdəfəlik istehlak malları təqdim olunur.
Sonuncu sərgidə isə peşəkar kosmetika, “solyarilər”, dərinin qaralması üçün kosmetika, estetik klinikalar, SPA və gözəllik salonları üçün avadanlıqlar, bədən quruluşunun korreksiya edilməsi üçün avadanlıqlar, tibb müəssisələri və otellər üçün birdəfəlik gigiyenik istifadə məhsulları və s. malar ziyarətçilərə təqdim olunur.
Sərgi öz işini oktyabrın 15-də başa vuracaq.
Səlim LOÄžMANOÄžLU
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30

