/ / Bakıda İslam Konfransı Təşkilatına üzv dövlətlərin Mədəniyyət Nazirlərinin VI konfransı işə başlayıb
Bakıda İslam Konfransı Təşkilatına üzv dövlətlərin Mədəniyyət Nazirlərinin VI konfransı işə başlayıb
14.10.2009 [09:46]
İslam ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri konfransı açaraq, təşkilatçılığa və qonaqpərvərliyə görə başda Prezident İlham Əliyev olmaqla Azərbaycan xalqına təşəkkür edib, mədəniyyətlərin qovuşuğunda yerləşən Azərbaycanın sivilizasiyalararası dialoqa böyük töhfələr verdiyini deyib. ölkəmizin İSESKO ilə əməkdaşlığını yüksək qiymətləndirən Əbdüləziz bin Osman əl-Tuveycri ümidvar olduğunu bildirib ki, Azərbaycan müdrik rəhbəri ilə daha böyük uğurlar qazanacaq.
İKT-yə üzv ölkələrin mədəniyyət istiqamətində əlaqələrinin daha da dərinləşməsi üçün bir neçə proqram hazırlandığını diqqətə çatdıran baş direktor, eyni zamanda turizm sahəsində də əməkdaşlığı genişləndirməyin əhəmiyyətini vurğulayıb. Əbdüləziz bin Osman əl-Tuveycri İslam Konfransı Təşkilatına üzv dövlətlərin Mədəniyyət Nazirlərinin VI Konfransının mədəniyyət sahəsində əməkdaşlığı dərinləşdirmək baxımından əhəmiyyətini vurğulayıb.
İslam Konfransı Təşkilatına üzv dövlətlərin Mədəniyyət Nazirlərinin V Konfransına sədrlik etmiş Liviyanın mədəniyyət naziri Nouri Habeidi ötən müddətdə görülmüş işlər haqqında danışıb.
İSESKO-nun nümayəndəsi Abdel Moez Bouxari çıxışında bildirib ki, Azərbaycanın İslam mədəniyyətinin tarixində özünəməxsus yeri vardır. Milli və müasir sivilizasiyaların qovuşuğunda yerləşən bu diyar İslam mədəniyyətinə əvəzsiz töhfələr verib.
Natiq təhsil sahəsində əməkdaşlığa diqqətin artırılmasının vacibliyini vurğulayıb. İSESKO-nun nümayəndəsi deyib ki, Bakı konfransında mədəniyyət, mədəniyyətlərarası dialoq, mədəni turizm, incəsənət, mədəni irs və digər sahələrdə regional və beynəlxalq layihələrin həyata keçirilməsinə təşəbbüs göstərməli və bu sahələrdə olan problemlərimizin həlli istiqamətində konkret addımlar atmalıyıq.
Tədbirdə İslam Konfransı Təşkilatına üzv dövlətlərin Mədəniyyət Nazirlərinin VI Konfransına sədrlik Azərbaycana keçib. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, 2007-ci ilin noyabrında Liviyanın Tripoli şəhərində keçirilən İslam ölkələrinin Mədəniyyət Nazirlərinin V Konfransında Bakı şəhərinin 2009-cu il üçün “İslam Mədəniyyətinin Paytaxtı” elan olunması və nazirlərin VI Konfransının Bakıda keçirilməsi qərara alınmışdı. Bununla əlaqədar olaraq “Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009” mədəniyyət ilinin proqramına 100-dən artıq milli və beynəlxalq miqyaslı tədbir daxil edilib. Nazir “Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009” çərçivəsində keçirilmiş tədbirlər haqqında məlumat verib.
Ə.Qarayev İslam Konfransı Təşkilatına üzv dövlətlərin Mədəniyyət Nazirlərinin VI Konfransının təşkilinə göstərdiyi diqqətə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirib.
O, həmçinin, deyib ki, Azərbaycan hazırda böyük inkişaf dövrünü yaşayır. Azərbaycan dövləti öz imkanlarından istifadə edərək başqa istiqamətlərdə olduğu kimi, mədəniyyət sahəsində islahatlar, proqramlar həyata keçirir. ölkəmizin bütün mədəniyyət müəssisələrində yenidənqurma və bərpa işləri aparılır, onlar ən müasir texnologiyalarla təmin edilir. Bu istiqamətdə həm Avropa, həm də İslam ölkələrinin mütərəqqi təcrübəsindən istifadə olunur.
Nazir Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın mədəniyyət sahəsinə göstərdiyi diqqəti xüsusi vurğulayıb. Azərbaycan dövlətinin İslam mədəniyyətinə aid abidələrin, tarixi irs nümunələrinin qorunması və mühafizəsi istiqamətində ən yüksək səviyyədə tədbirlər keçirdiyini diqqətə çatdıran Ə.Qarayev təəssüflə bildirib ki, Ermənistanın işğalı altında olan ərazilərimizdə mədəniyyət ocaqları, dini abidələr, məscidlər dağıdılıb. Nazir ümidvar olduğunu bildirib ki, Bakı konfransı əməkdaşlığımızın genişləndirilməsinə müsbət təsir göstərəcək.
Konfrans işini “Dialoq və mədəni müxtəlifliyin təşviqi” mövzusunda “dəyirmi masa” ilə davam etdirib. Bildirilib ki, “dəyirmi masa” 2008-ci ildə Bakıda keçirilmiş Avropa ölkələrinin mədəniyyət nazirlərinin konfransında əsası qoyulan “Mədəniyyətlərarası dialoqa dair Bakı prosesi” çərçivəsində həyata keçirilir.
Diqqətə çatdırılıb ki, bu konfransdan əvvəl Bakıda İslam dünyasının mədəni strategiyasının yerinə yetirilməsinə dair məşvərətçi şuranın IX iclası olub. İclasda konfransda qəbul ediləcək sənədlər müzakirə edilib. Bildirilib ki, oktyabrın 16-17-də Bakıda TüRKSOY mədəniyyət nazirlərinin daimi Şurasının 26-cı toplantısı keçiriləcək.
“Dəyirmi masa”da Liviya, Mərakeş, Fələstin, Bolqarıstan, Suriya, Sudan, Polşa, Gürcüstan, Avstriya, Malayziya, Misir, Səudiyyə Ərəbistanı və digər ölkələrin təmsilçiləri çıxış ediblər. Vurğulanıb ki, bu “dəyirmi masa”nı “Bakı prosesi: sivilizasiyalararası dialoqa yeni çağırış” kimi qiymətləndirmək olar. çıxışlarda müxtəlif təkliflər səsləndirilib, mövcud problemlər və onların həlli yollarından danışılıb.
Bildirilib ki, müzakirələrdə irəli sürülən fikirlər müxtəlif mədəniyyətlərarası dialoqun təşviqinə töhfəsini verəcək. Bunun üçün real işlər və konkret təkliflər irəli sürülməlidir. “Dəyirmi masa”ya yekun vuran Əbülfəs Qarayev deyib ki, biz artıq “Dialoq paytaxtı” ideyası üzərində düşünməliyik. Bakı şəhəri “Dialoq paytaxtı” statusunu ilk olaraq öz üzərinə götürə bilər. Bu, olduqca böyük məsuliyyətdir. İnanıram ki, bu təklif iştirakçılar tərəfindən müsbət qiymətləndiriləcək. Nazir vurğulayıb ki, 2011-ci ildə Azərbaycanda “ümumdünya mədəniyyətlərarası dialoq forumu” təşkil ediləcək. Bu forum Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşacaq.
Sonra konfransın gündəliyi təsdiq edilib. Konfrans işini İslam dünyası üçün mədəni strategiyanın həyata keçirilməsi sahəsindəki səylər ətrafında müzakirələrlə davam etdirib. İslam Konfransı Təşkilatına üzv dövlətlərin Mədəniyyət Nazirlərinin VI Konfransı oktyabrın 15-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46

