Azərbaycanın yaratdığı müasir infrastruktur Xəzəri mühüm nəqliyyat arteriyasına çevirə bilər
15.08.2018 [09:02]
Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması, Azərbaycan da daxil olmaqla, bütün Xəzəryanı ölkələrin tarixində çox mühüm hadisədir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev söyləyib.
Milli Məclisin deputatı deyib: “Bu məsələ uzun illərdir müzakirə olunurdu, bununla bağlı müxtəlif formatlarda danışıqlar aparılırdı. Nəhayət, Xəzərin hüquqi statusu ilə bağlı sahil dövlətlərinin ikitərəfli və çoxtərəfli görüşləri öz məntiqi nəticəsini verdi. Mətbuata bəyanatı zamanı Prezident İlham Əliyevin qeyd etdiyi kimi, imzalanmış Konvensiya Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti, iqtisadi, nəqliyyat xarakterli məsələlərin, xalqlarımızın həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək məsələlərin həlli üçün geniş perspektivlər açır”.
Musa Quliyev qeyd edib ki, beynəlxalq əməkdaşlığa xüsusi önəm verən Azərbaycan qonşu dövlətlərlə birgə irimiqyaslı layihələr həyata keçirir. Eyni zamanda, Azərbaycan öz əlverişli coğrafi yerləşməsinə görə Asiya və Avropa qitələri arasında körpü rolunu oynayır və Avrasiya məkanında aparıcı rola malik olan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində önəmli yer tutur. Azərbaycan mövcud nəqliyyat potensialını və tranzit imkanlarını artırmaq məqsədilə böyük sərmayələr qoyur, ölkə daxilində və regionda irimiqyaslı infrastruktur layihələrini həyata keçirir. Dövlətimizin başçısının mətbuata bəyanatında vurğuladığı kimi, Azərbaycan qitələri birləşdirəcək nəqliyyat infrastrukturuna fəal surətdə sərmayə yatırır və reallaşdırdığı layihələr Xəzəri mühüm nəqliyyat arteriyası kimi nəzərdən keçirməyə imkan verir. Bu baxımdan qeyd edə bilərik ki, Azərbaycanın yaratdığı müasir infrastruktur Xəzəri mühüm nəqliyyat arteriyasına çevirə bilər.
Konvensiyada Azərbaycanın təkliflərinin yer almasını ölkəmizin regiondakı nüfuzunun göstəricisi kimi dəyərləndirən deputat bildirib ki, “Xəzər beşliyi” dövlət başçılarının imzaladığı sənəd xoş məram, etimad, qarşılıqlı ehtiram, müştərək mənafe və mehriban qonşuluq əlaqələri sayəsində reallaşdı. “Hesab edirəm ki, region ölkələri, xüsusən Azərbaycan Konvensiyadan daha çox iqtisadi fayda götürəcək. Sənədə görə Xəzərin karbohidrogen ehtiyatlarının Qərb bazarlarına daşınması üçün dənizin dibindən kəmərlərin çəkilməsi üzərində olan maneə aradan qaldırılır. Bütün bunları nəzərə alaraq qeyd edə bilərik ki, Xəzər dənizinin karbohidrogen, su, bioloji ehtiyatlarının səmərəli istifadəsi üçün çox mühüm bir sənəd imzalanıb. Bu Konvensiya regionda sülhə, barışa, iqtisadi inkişafa, dostluğa xidmət edəcək”, - deyə Milli Məclisin deputatı vurğulayıb.
Xəbər lenti
Hamısına baxİdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35

