/ / Bəhruz Quliyev: “Böyük Ermənistan” xülyası bu ölkəni xəritədən silinmək təhlükəsi ilə üz-üzə qoyub
Bəhruz Quliyev: “Böyük Ermənistan” xülyası bu ölkəni xəritədən silinmək təhlükəsi ilə üz-üzə qoyub
17.08.2018 [09:10]
Ermənistanın uzun illərdən bəri işğalçılıq siyasəti aparması bu ölkənin özünü beynəlxalq aləmdən təcrid etməsi ilə nəticələnib. Bunu “Trend”ə siyasi ekspert Bəhruz Quliyev Yerevanın mərkəzində, “Respublika meydanı” metro stansiyasında Azərbaycan da daxil olmaqla, Türkiyə, İran və Gürcüstan ərazilərini “böyük Ermənistan”ın ərazisi kimi təqdim edən saxta “xəritə”nin yerləşdirilməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanın ərazi bütövlüyünə təcavüz etmiş Ermənistanın sonradan işğalçılıq siyasətini qonşu dövlətlərə qarşı da yürütməsi ehtimalı daim bu ölkənin gündəmində qalmaqdadır: “Əbəs deyil ki, Türkiyənin Van və digər əraziləri, eləcə də Gürcüstanın Cavaxetiya, o cümlədən İranın Ermənistanla sərhədyanı əraziləri “böyük Ermənistan” adlı qondarma xəritədə yer alır. Bütün bunlar belə qənaətə gəlməyə zəmin yaradır ki, Ermənistanda kimin hakimiyyətdə olmasına baxmayaraq, torpaq iddiası, etnik təmizləmə, terrorçuluq və s. bu kimi siyasət ümumdövlət strategiyasına çevrilib”.
B.Quliyev xatırladıb ki, hətta Serj Sarkisyan hakimiyyətdə olduğu vaxt gələcək nəsillərin növbəti müharibələrə hazır olmasının vacibliyi barədə sərsəm fikirlər irəli sürməklə demək istəyirdi ki, Ermənistan Azərbaycanın ərazilərini işğal edib və qarşıda Türkiyə, Gürcüstan və İran kimi dövlətlərin də əraziləri dayanır: “Söz yox ki, Sarkisyan həmin ifadələrində “böyük Ermənistan” xülyasının reallaşdırılması üçün erməni xalqını işğalçılıq siyasətinə dəstək göstərməyi davam etdirməyə səsləyib”.
Siyasi ekspertin sözlərinə görə, bu kimi utopiyalara dalaraq, Ermənistan bir sıra regional və beynəlxalq iqtisadi və s. layihələrdən kənarda qalıb: “Əgər bu gün hər hansı bir erməni acından ölürsə, yeməyə çörək tapmırsa, bütün bunların əsas səbəbi kimi məhz işğalçılıq siyasəti nəticəsində ölkənin təcrid olunmuş vəziyyətini göstərə bilərik. Eyni zamanda, bu gün Ermənistan digər qonşu ölkələrdən fərqli olaraq, monoetnik dövlətə çevrilib. Bu ölkədə yaşayan yeganə etnik azlıq yezidi kürdlərdir ki, son illər onlar da müxtəlif üsullarla sıxışdırılmağa başlanıb. Onlara qarşı kəskin diskriminasiya siyasəti aparılır və bu xalqın nümayəndələrinin əksər hissəsi Rusiyaya və dünyanın digər ölkələrinə köç edirlər. Onu da qeyd etmək istərdim ki, hələ SSRİ-nin “yenidənqurma illəri”ndə işğalçılıq ambisiyaları ilə çıxış edən ermənilərin siyasi başbilənləri “Ermənistan yalnız ermənilərə məxsusdur” xarakterli şüarlar səsləndirirdilər. Əlbəttə, biz indi Ermənistanda həmin şüarların acınacaqlı nəticələrini görməkdəyik”.
B.Quliyev əlavə edib ki, bu dövlətin apardığı yanlış siyasət nəticədə onun süqutu, məhvi ilə başa çatacaq: “Biz hazırda Ermənistanda cərəyan edən prosesləri müşahidə edirik və görürük ki, hətta hansı yolla olursa-olsun baş vermiş hakimiyyət dəyişikliyi xalqın sosial rifahına müsbət təsir göstərmir. Artıq xalq “inqilab” yolu ilə hakimiyyətə gələn Paşinyan hakimiyyətini də tənqid atəşinə tutur. Bütün bunların məntiqi nəticəsi bilavasitə bu ölkənin özünü təcrid etməsi ilə əlaqələndirilməlidir. Əgər Ermənistan bənzər xülyalarından, utopiyalarından əl çəkməyəcəksə, dünyanın ən güclü iqtisadiyyatçısı belə bu ölkəni düşdüyü ağır vəziyyətdən, böhrandan çıxara bilməyəcək. Ümumiyyətlə, bu gün Ermənistanın iddia etdiyi “Dənizdən-dənizə böyük Ermənistan” xəritəsi, sadəcə, kağız üzərində qalacaq bir xülyadır. Reallıqda isə bu ölkə xəritədən silinmək təhlükəsi ilə üz-üzədir”.
Xəbər lenti
Hamısına baxGündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16

