Milli Məclisdə “Siyasi plüralizm və parlament təcrübəsi” mövzusunda “dəyirmi masa” keçirilib
15.09.2018 [10:22]
Sentyabrın 14-də Milli Məclisdə Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı və parlamentdə təmsil olunan siyasi partiya nümayəndələrinin, beynəlxalq gənclər təşkilatları üzvlərinin iştirakı ilə “Siyasi plüralizm və parlament təcrübəsi” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC-ın məlumatına görə, tədbirdə Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova bildirib ki, parlamentin tərkibi Azərbaycanın siyası palitrasını özündə tam şəkildə əks etdirir. Parlamentdə 11 siyasi partiya təmsil olunur. Sədr müavini iştirakçılara parlamentin qanun yaradıcılığı prosesi, ölkədə insan hüquqlarının təminatı, digər ölkələrlə və parlamentlərlə qarşılıqlı əməkdaşlığın perspektivləri barədə məlumat verib. Bahar Muradova Azərbaycanın beynəlxalq təşkilatlarla və dünya dövlətləri ilə əlaqələrindən, mövcud münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində görülən işlərdən bəhs edib.
Sədr müavini qeyd edib ki, bu tədbir ölkəmiz üçün əlamətdar bir vaxta, müsəlman Şərqində ilk demokratik cümhuriyyət qurmuş Azərbaycan parlamentinin 100 illik yubileyi ərəfəsinə təsadüf edir. Sentyabrın 21-də Milli Məclisin binasında 50-dək ölkənin nümayəndəsi, parlament rəhbərləri, beynəlxalq təşkilatların rəsmilərinin iştirakı ilə təntənəli yubiley tədbirləri keçiriləcək.
Bahar Muradova bildirib ki, bu tədbirin əsas məqsədi Azərbaycanda parlamentarizmin, dövlətçiliyin yaranması və inkişafı məsələləri ətrafında iştirakçıları məlumatlandırmaqdır. Həmçinin Azərbaycan parlamentinin keçdiyi yol, bu müddət ərzində vətəndaş cəmiyyətinin formalaşması, siyasi plüralizmin inkişafı və parlamentarizm ənənələrinin möhkəmlənməsi istiqamətində atılan addımlar, nailiyyətlərimiz, uğurlarımız barədə fikir mübadiləsinin aparılmasıdır.
Tədbirdə çıxış edən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Siyavuş Novruzov tədbir iştirakçılarına Azərbaycan Xalq Cümhuriyyətinin, parlamentin yaranması tarixi, seçki sistemi haqqında geniş məlumat verib. Qeyd olunub ki, bu gün Yeni Azərbaycan Partiyası parlamentdə 68 deputatla təmsil olunur. Parlamentin strukturu barədə məlumat verən Siyavuş Novruzov komitələrin iş prinsipindən də danışıb. Diqqətə çatdırıb ki, Azərbaycan parlamenti bir çox beynəlxalq təşkilatların üzvüdür. Bu cür qarşılıqlı əlaqələr Azərbaycanda qanunvericilik təşəbbüsünün təkmilləşməsinə xidmət göstərir.
“Hər birinizin məlumatlı olduğu və bizim ən ağrılı problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün parlamentin mövqeyi yekdildir. Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. İşğal altında olan torpaqlarımızın geri qaytarılması istiqamətində parlament də öz fəaliyyətini göstərir. Əsas məqsədimiz odur ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır və bir milyondan çox qaçqın və məcburi köçkün öz yurduna qaytarılmalıdır”, - deyə Siyavuş Novruzov qeyd edib.
Sonra toplantıda Avropa Demokratik Gənclər İcmasının (DEMYC) sədri Havier Hurtado təmsil etdiyi qurum barədə geniş məlumat verib. Bildirilib ki, DEMYC əməkdaşlıq platformasıdır və Avropanın ən güclü siyasi gənclər təşkilatlarından biridir. 1964-cü ildə təsis olunub. Havier Hortado, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində təşkilatın dəstəyini təklif edib, münaqişə tərəfləri arasında dialoqun yaranmasına dəstək ola biləcəklərini söyləyib.
Tədbirdə iştirak edən Milli Məclisin deputatları, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə, Vəhdət partiyasının sədri Tahir Kərimli, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, BAXCP-nin sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev ölkənin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən söhbət açıblar. Qeyd olunub ki, 25 ildən artıqdır davam edən münaqişə bütün regionun təhlükəsizliyi üçün ciddi təhdiddir.
Tədbirdə Şanxay Əməkdaşlıq Təşkilatının Gənclər Şurasının sədri Talaybek Dayirbekov, DEMYC-in baş katibi Marqarita Saltinin, Mərakeş parlamentinin üzvü Abdulmecid Fassi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək öz fikirlərini bildirib, tədbirin əhəmiyyətindən danışıblar.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

