/ / Dayanıqlı ərzaq və kənd təsərrüfatının dayanıqlı inkişaf məqsədlərinin əldə olunmasına töhfəsinin sürətləndirilməsi müzakirə edilib
Dayanıqlı ərzaq və kənd təsərrüfatının dayanıqlı inkişaf məqsədlərinin əldə olunmasına töhfəsinin sürətləndirilməsi müzakirə edilib
25.09.2018 [09:27]
Bakıda dayanıqlı ərzaq və kənd təsərrüfatının dayanıqlı inkişaf məqsədlərinin əldə olunmasına töhfəsinin sürətləndirilməsi müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası (DİMƏŞ) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə Bakıda milli seminar keçirilib. Seminar dayanıqlı ərzaq və kənd təsərrüfatının Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin nail olunmasına töhfəsinin sürətləndirilməsi mövzusuna həsr olunub.
FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığı çox yüksək qiymətləndirdiyini deyib. Bildirib ki, FAO Azərbaycanla 2016-2020-ci illəri əhatə edən əməkdaşlıq sazişi imzalayıb. Sazişə əsasən, yaxın zamanlarda layihələrin icrasına başlanılacaq. “Bu layihələr üzərində 2 ildir işləyirik”, - deyən M.Çakmak Azərbaycanda kənd təsərrüfatında məhsuldarlığın artımı ilə yanaşı, qida təhlükəsizliyinə xüsusi diqqət yetirilməsinin önəmini vurğulayıb.
Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov qeyd edib ki, Azərbaycan hökuməti FAO ilə əməkdaşlıqdan məmnundur: “Düşünürük ki, bu əməkdaşlıq Azərbaycanda kənd təsərrüfatının inkişafına və modernləşdirilməsinə, ərzaq təhlükəsizliyi probleminin daha yüksək səviyyədə həll olunmasına öz töhfəsini verəcək. Kənd təsərrüfatının inkişafı problemləri bilavasitə dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi ilə sıx əlaqədardır”.
Bildirilib ki, hökumətin həyata keçirdiyi uğurlu aqrar siyasət nəticəsində Azərbaycanda insanların qıdalanması ilə bağlı problemlər həll olunub. Azərbaycan hökuməti kənd təsərrüfatının inkişaf etdirilməsinə önəm verir. Kənd təsərrüfatının inkişafı dayanıqlı inkişaf məqsədləri ilə bilavasitə bağlıdır. Kənd təsərrüfatı məhsullarının istehsalı ümumi iqtisadi konsepsiyanın həyata keçirilməsində mühüm rol oynayır.
“Azərbaycanda əhalinin 47 faizi kənddə yaşayır. Dayanıqlı inkişaf məqsədlərində qarşıya qoyulan bir sıra hədəflər, o cümlədən işsizliyin və yoxsulluğun aradan qaldırılması, iqtisadiyyatın şaxələndirilməsi kontekstində Azərbaycanın kənd təsərrüfatının inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır. 12-13 il ərzində Azərbaycanda yoxsulluq həddi 50 faizdən təxminən 5 faizə endirilib. Kənd təsərrüfatının inkişafı, ilk növbədə, kənddə yaşayan insanların həyatının yaxşılaşdırılmasına, iş yerlərinin artırılmasına, əmək məhsuldarlığının yüksəlməsinə gətirib çıxaracaq ki, bu da bütövlükdə, Azərbaycan əhalisinin ümumi yaşayış səviyyəsinin yüksəlməsinə səbəb olacaq”, - deyə Baş nazirin müavini qeyd edib.
Son illər kənd təsərrüfatı sahəsində aparılan islahatlar nəticəsində kənd təsərrüfatı istehsalının xeyli artdığını deyən Əli Əhmədov kənd təsərrüfatı istehsalının Azərbaycanın ümumi məhsulunun formalaşmasında, eyni zamanda, ümumi iqtisadi konsepsiyanın həyata keçirilməsində daha mühüm rol oynadığını diqqətə çatdırıb.
Baş nazirin müavini deyib: “Azərbaycanda ixrac potensialının artırılmasında da biz kənd təsərrüfatına böyük inamla baxırıq. Güman edirəm ki, Azərbaycanın kənd təsərrüfatı, bütövlükdə, ixrac potensialının daha da yüksəlməsinə öz töhfəsini verəcək. Kənd təsərrüfatının inkişaf etdirilməsi əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm vəzifələrdən biridir. Bunun üçün Azərbaycan hökuməti bütün qlobal layihələrdə yaxından iştirak edir”.
Ölkəmizdə qeyri-neft sektoruna xüsusi diqqət yetirildiyini deyən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, bu sektorun əsas aparıcı istiqamətlərindən biri də aqrar sektordur. Azərbaycanın aqrar sahədə əldə etdiyi nailiyyətlər nümunəvi xarakter daşıyır.
Nazir qeyd edib ki, Azərbaycanın ən böyük uğurlarından biri 2001-2015-ci illərdə yoxsulluğun səviyyəsini 4,9 faizə endirməsidir. Qarşımızda duran vəzifə 2030-cu ilə kimi yoxsulluğu 0 səviyyəsinə endirməkdir.
“Kənd Təsərrüfatı Nazirliyi beynəlxalq qurumlarla, xüsusən FAO ilə sıx əməkdaşlıq edir. Hesab edirəm ki, FAO-nun Azərbaycan üçün 2016-2020-ci illər ölkə proqramı çərçivəsində nəzərdə tutulan bir sıra tədbirlərin birgə icrası dayanıqlı inkişaf məqsədlərinin əldə olunmasına öz müsbət töhfəsini verəcək. Biz bu il təşkilatla konkret sahələr üzrə, o cümlədən toxumçuluq, heyvandarlıq sahəsində bir sıra layihələrin icrasını planlaşdırırıq. Bu sahədə həyata keçirilən tədbirlər birgə işimizin əhəmiyyətini daha da artıracaq. Hər iki qurum məşğulluq sahəsində “Aqrar Məşğulluğun Artırılması Layihəsi”nin birgə icrasını planlaşdırır. Bu layihə həm məşğulluğun, həm də aqrar sahədə məhsuldarlığın artırılmasına xidmət edəcək. Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyi və FAO qadınların məşğulluğunun artırılması sahəsində xüsusi proqram nəzərdə tutub”, - deyə nazir vurğulayıb.
BMT-nin rezident əlaqələndiricisi Qulam İsakzai bildirib ki, hazırda dünyada 850 milyon insan aclıq içində yaşayır. Uşaqların üçdəbiri yetərincə qidalanmır. Biz çalışmalıyıq növbəti 12 ildə yoxsulluğu və aclığı azaldaq. Bu baxımdan kənd təsərrüfatı və ərzaq dayanıqlı inkişaf məqsədinin mərkəzində dayanır. Kənd təsərrüfatı bir sıra DİM-lərin əldə olunmasına kömək edir. Bitkiçilik, heyvandarlıq, meşəçilik, balıqçılıq dünyada ən iri işəgötürəndir və yoxsul əhali üçün əsas qida və gəlir mənbəyidir. 2018-ci ildə Azərbaycanın qeyri-neft iqtisadiyyatı 2,1 faiz artıb. Biz çalışırıq ki, dayanıqlı inkişaf məqsədlərinin bütün sektorlar, o cümlədən kənd təsərrüfatında nail olunmasına töhfə verək. BMT FAO ilə bu sahədə yaxından əməkdaşlıq edir.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev qurumun regionlarda fəaliyyəti, aqrar sahədə mövcud vəziyyət, kənd təsərrüfatı sektorunun inkişafı barədə danışıb.
Seminar sessiyalarla işini davam etdirib.
Tədbirdə kənd təsərrüfatı, ərzaq, meşə təsərrüfatı və balıqçılıq fəaliyyətlərinin Azərbaycanda DİM-lərə nail olunması üçün verəcəyi töhfənin artırılması yolları və lazımi tədbirlər müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
22 Sentyabr 14:25
Gündəm
22 Sentyabr 13:59
Dünya
22 Sentyabr 13:46
Dünya
22 Sentyabr 13:19
Xəbər lenti
22 Sentyabr 12:53
Gündəm
22 Sentyabr 12:47
Sosial
22 Sentyabr 12:40
Elm
22 Sentyabr 12:31
Dünya
22 Sentyabr 12:29
Gündəm
22 Sentyabr 12:28
Dünya
22 Sentyabr 12:27
Dünya
22 Sentyabr 12:26
Sosial
22 Sentyabr 12:24
Dünya
22 Sentyabr 12:23
İdman
22 Sentyabr 12:21
İqtisadiyyat
22 Sentyabr 12:17
İdman
22 Sentyabr 11:56
Mədəniyyət
22 Sentyabr 11:53
Elm
22 Sentyabr 11:51
Sosial
22 Sentyabr 11:49
Hadisə
22 Sentyabr 11:42
Daxili siyasət
22 Sentyabr 11:26
Sosial
22 Sentyabr 11:23
Sosial
22 Sentyabr 11:22
İqtisadiyyat
22 Sentyabr 11:22
İdman
22 Sentyabr 11:20
Sosial
22 Sentyabr 11:17
Analitik
22 Sentyabr 10:59
YAP xəbərləri
22 Sentyabr 10:56
YAP xəbərləri
22 Sentyabr 10:51
Elm
22 Sentyabr 10:35
Dünya
22 Sentyabr 10:32
YAP xəbərləri
22 Sentyabr 10:31
İqtisadiyyat
22 Sentyabr 10:23
Dünya
22 Sentyabr 10:15
Dünya
22 Sentyabr 10:13
Sosial
22 Sentyabr 10:11
Xəbər lenti
22 Sentyabr 09:46
İqtisadiyyat
22 Sentyabr 09:40
Siyasət
22 Sentyabr 09:16
Gündəm
22 Sentyabr 08:54
Gündəm
22 Sentyabr 08:30
Hadisə
22 Sentyabr 07:52
Sosial
22 Sentyabr 07:23
Dünya
21 Sentyabr 23:34
İqtisadiyyat
21 Sentyabr 23:19
Sosial
21 Sentyabr 22:56
Dünya
21 Sentyabr 22:20
Dünya
21 Sentyabr 21:43
Dünya
21 Sentyabr 21:15
Dünya
21 Sentyabr 20:58
Dünya
21 Sentyabr 20:26
Dünya
21 Sentyabr 19:41
Sosial
21 Sentyabr 19:34
Dünya
21 Sentyabr 19:14
YAP xəbərləri
21 Sentyabr 19:00
İqtisadiyyat
21 Sentyabr 18:41
Sosial
21 Sentyabr 18:15
YAP xəbərləri
21 Sentyabr 18:10
Sosial
21 Sentyabr 18:10
YAP xəbərləri
21 Sentyabr 18:06
Sosial
21 Sentyabr 18:05
YAP xəbərləri
21 Sentyabr 17:53
Dünya
21 Sentyabr 17:47
İdman
21 Sentyabr 17:31
Dünya
21 Sentyabr 17:25
İdman
21 Sentyabr 16:46
YAP xəbərləri
21 Sentyabr 16:41
Elm
21 Sentyabr 16:19
Elm
21 Sentyabr 15:48

