Milli Məclisin növbəti iclası keçirilib
06.10.2018 [10:48]
İclasda bir sıra qanunlara əlavə və dəyişikliklər edilib
Oktyabrın 5-də Milli Məclisin növbəti iclası keçirilib. Milli Məclisin sədri Oqtay Əsədov iclası açaraq gündəliyi təqdim edib. Əvvəlcə Azərbaycan Respublikası Vergi Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə olunub. Bundan əlavə, Gömrük Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihəsi də birinci oxunuşda nəzərdən keçirilib.
Plenar iclasda “Banklar haqqında” Qanunda edilməsi nəzərdə tutulan dəyişikliklərə də birinci oxunuşda baxılıb. Bildirilib ki, bu Qanunun 57-8-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bank ən azı üç hüquqi və ya fiziki şəxs tərəfindən açıq səhmdar cəmiyyəti formasında yaradılır və fəaliyyət göstərir. Bundan əlavə, cəmiyyətin icra orqanının səlahiyyətləri müqaviləyə əsasən başqa hüquqi şəxsə və ya fərdi sahibkara (idarəçiyə) verilə bilməz.
Sənədə həmçinin “bankın Audit Komitəsinin üzvlərini təyin və azad etmək, Audit Komitəsinin əsasnaməsini təsdiq etmək” məzmunlu 25.1.5-1-ci maddə əlavə ediləcək. Dəyişikliyə əsasən bu Qanunun 10-cu maddəsinin müvafiq tələblərinə uyğun gəlməyən, habelə bankın digər idarəetmə orqanlarının üzvü olan şəxslər bankın Audit Komitəsinin üzvü ola bilməz və səhmdarların Müşahidə Şurasının qərarı ilə Audit Komitəsinin üzvləri vəzifəsindən azad edilməlidirlər. Bundan başqa, Qanuna bir sıra texniki dəyişikliklər də ediləcək.
Qeyd edilib ki, “Banklar haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının təklifləri əsasında Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu Qanun arasında ziddiyyətlərin aradan qaldırılması məqsədilə hazırlanıb.
İclasda Mülki Məcəlləyə dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə olunub. Bildirilib ki, Məcəlləyə “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli Fərmanının 9.2-ci bəndinin icrası, habelə bu sahədə məmur-vətəndaş təmasının minimum səviyyəyə çatdırılması, şəffaflığın artırılması, sağlam və təhlükəsiz elektron informasiya mübadiləsinin təmin edilməsi məqsədilə bir sıra dəyişikliklər edilir. Qanunla təklif olunan dəyişikliklər daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının qeydiyyatının və dövriyyəsinin elektron qaydada təşkili ilə bağlı müddəalarının hüquqi əsasının formalaşdırılmasını, həmçinin ipoteka kağızının tərtib olunması, ipoteka qoyan tərəfindən imzalanmasını, onun notariat qaydasında təsdiqlənməsi və digər prosedurların elektron qaydada həyata keçirilməsini nəzərdə tutur.
Deputatlar həmçinin “İpoteka haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə birinci oxunuşda baxıblar. Dəyişikliyə əsasən, daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı sənədsiz adlı qiymətli kağız formasında rəsmiləşdirilir. Qanun layihəsinə görə, daşınmaz əmlak üzərində ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə, dövlət qeydiyyatı orqanı elektron sistem vasitəsilə ipoteka kağızı haqqında məlumatları əldə edir.
Birinci oxunuşda nəzərdən keçirilən Cinayət Məcəlləsində təklif olunan dəyişikliklərə görə dağ-mədən müəssisələrinin və ya yeraltı qurğuların, faydalı qazıntıların çıxarılması ilə əlaqəsi olmayan layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, istismara buraxılması və ya istismarı zamanı yerin təkinin qorunması və istifadə edilməsi qaydalarının pozulması, habelə faydalı qazıntıların yerləşdiyi ərazidə qanunsuz tikinti aparılması əhəmiyyətli zərərə səbəb olduqda altı min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Sənədə həmçinin “Bu Məcəllənin 255.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda - cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə edilməklə və ya edilməməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır” məzmunlu 255.2-ci maddə əlavə edilir.
İclasda İnzibati Xətalar, Cinayət məcəllələrində, “İnzibati icraat haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyesti haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə də birinci oxunuşda baxılıb.
Birinci oxunuşda nəzərdən keçirilən “Pasportlar haqqında” Qanunda edilən dəyişikliklərə görə, diplomatik pasportlar Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri nəzdində təsis edilən hərbi attaşelik aparatlarının zabit heyətinə, həmçinin beynəlxalq təşkilatlardakı hərbi nümayəndələrinə və onların müavinlərinə, eyni zamanda, müvafiq icra hakimiyyəti orqanının xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinə də veriləcək.
İclasda İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinə birinci oxunuşda baxılıb. Sənədə “Qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulması” məzmunlu yeni 516-1-ci maddə əlavə olunub. Yeni maddəyə əsasən, dəfn barədə məlumatın dəfnlərin vahid reyestrində yerləşdirilməməsinə və ya vaxtında yerləşdirilməməsinə görə vəzifəli şəxslər 100 manatdan üç yüz manatadək məbləğdə cərimə edilirlər.
Qəbiristanlıqların qorunması tələblərinin, habelə dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarının pozulmasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə olunacaqlar.
Bundan başqa, qəbir yerlərinin rezervasiyası tələblərinin pozulması, dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə tətbiq ediləcək.
Plenar iclasda həmçinin birinci oxunuşda “Bələdiyyələrin statusu haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə edilib. Bildirilib ki, qəbiristanlıqların salınması və idarə olunması məsələlərində bələdiyyələrin üzərinə düşən vəzifələrin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilmədiyi hallarda məsuliyyət məsələsini təmin etmək məqsədilə sənədin 4-cü maddəsinə bəzi dəyişikliklər edilməsi təklif olunur.
Birinci oxunuşda nəzərdən keçirilən “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanunda edilən dəyişikliyə əsasən sənədin 8-ci maddəsinin 2-ci bəndinin üçüncü abzasında “Bələdiyyələrin ərazisində” sözləri “Bələdiyyələrin ərazisində qəbiristanlıqların salınması, saxlanılması, qorunması, idarə olunması, abadlaşdırılması və bələdiyyələrin ərazisində” sözləri ilə əvəz ediləcək.
Məsələ ilə bağlı çıxış edən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, yaxın vaxtlarda Nazirlər Kabineti tərəfindən nümunəvi qəbiristanlıqların yaradılması və idarə olunması ilə bağlı sərəncam olacaq. Sənəddə qəbiristanlıqlar üçün yerlərin ayrılması, idarə olunması, formaları kimi məsələlər öz əksini tapacaq. Millət vəkili deyib ki, bəzən insanlar tərəfindən qəbiristanlıqlarda qabaqcadan yerlər alınır. Onun sözlərinə görə, hökumət tərəfindən hazırlanan sənəd belə problemlərin qarşısını alacaq. Bu qədər dəm-dəsgaha, artıq xərclərə ehtiyac qalmayacaq.
S.Novruzov qeyd edib ki, qanuna əsasən, bələdiyyələrin üzərinə yasla bağlı xərclərin qoyulması onların işində çətinliklər yarada bilər: “Əgər kiminsə dəfn etməyə imkanı yoxdursa, o zaman bələdiyyələr belə insanlara yalnız dəfn mərasimində yardım etməlidir. Amma yas mərasimini ev sahibi öz istəyinə uyğun şəkildə keçirməlidir. Əgər yas mərasiminin təşkili də bələdiyyələrə həvalə edilsə, onda çoxları bələdiyyəyə müraciət edəcək və bu da onların üzərinə yük olacaq”.
Qeyd edək ki, iclasda müzakirə edilən bütün qanun layihələri səsə qoyularaq təsdiq edilib.
Gündəlikdə olan məsələlərin qəbul edilməsindən sonra millət vəkilləri cari məsələlərlə bağlı çıxışlar ediblər. Çıxış edənlər ilk olaraq 5 oktyabr Beynəlxalq Müəllim Günü ilə əlaqədar təhsil işçilərini təbrik ediblər.
“Son dövrlərdə bir qrup insan Dağlıq Qarabağ adı altında müxtəlif kütləvi aksiyalar keçirir. Qarabağla heç bir bağlılığı olmayan insanların bu məsələni ortaya atması cəmiyyətdə çaşqınlıq yaradır”. Bu fikirləri isə YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. S.Novruzov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli dövlətimizin siyasətinin əsasını təşkil edir. Onun sözlərinə görə, Azərbaycan Prezidenti bu istiqamətdə bütün beynəlxalq təşkilatların tribunasından nəinki işğal olunmuş ərazilər, eyni zamanda Azərbaycanın tarixi torpaqları ilə bağlı həqiqətləri dünyaya çatdırır: “Azərbaycan Prezidenti danışıqlarla bağlı mütəmadi olaraq vətəndaşlara məlumat verir”.
S.Novruzov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ən qətiyyətli mövqe cənab Prezident tərəfindən göstərilir: “Azərbaycan xalqının verdiyi mandatla problemin həlli istiqamətində işlər davam edir. Qarabağ bütün azərbaycanlılarındır. Azərbaycan bütün danışıqlarda, ordunun gücləndirilməsində bu məsələyə hazırlığını sübut edir. Bu il ölkədə keçirilən iki hərbi parad buna nümunədir. Azərbaycan sülh tərəfdarı olduğunu həmişə bəyan edib, amma sülh olmadığı təqdirdə hərbi yola əl atacağını da hər zaman açıqlayıb. Lakin bundan sui-istifadə edənlər torpaqlarından didərgin düşən qaçqın və məcburi köçkünlərə çağırış edərək onları mənəvi terrorla üz-üzə qoyurlar”.
“Birinci Qarabağ müharibəsində on minlərlə insan döyüşüb, mübarizə aparıb. Lazım gəlsə yenə hər kəs döyüşə gedəcək. Burada mənim-sənin məsələsi ola bilməz. Bir milyon qaçqını təhdid etməklə nəyə xidmət edirlər? Bu gün qaçqınlar üçün evlər, mənzillər tikilir. Təbii ki, onlar öz yurd-yuvalarına qayıdacaqlar. Lakin onları mənəvi terrora məruz qoymağa, onları aşağılamağa heç kimə ixtiyar verilməyib. Dağlıq Qarabağ münaqişəsi hər hansı futbol meydançasında keçirilən mitinqlə həll olunan məsələ deyil. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqları dövlətimiz həyata keçirir. Dövlətimiz bu münaqişənin beynəlxalq hüquq çərçivəsində, ədalətli şəkildə həll olunmasına çalışır. Biz problemin sülh yolu ilə həllinə çalışırıq, olmayacağı təqdirdə hərbi yola əl atacağıq. Görəsən, indi mitinq keçirənlər bu müharibədə iştirak edəcəklərmi? O mitinqi edənlərin övladları gəlib orada iştirak edəcəklərmi? Necə ki, vaxtilə “bir maşın erməni başı gətirəcəm” deyənlər həmin mitinqdə ön sırada dayanmışdılar. Çünki onlar bulanıq suda balıq tutmağa öyrəşiblər və buna çalışırlar. Azərbaycanın ərazi bütövlüyü onlar üçün əsas şərt deyil, onlar üçün əsas şərt siyasi oyunbazlıq etməkdir. Azərbaycan xalqı da bunu görür və bunun nəticəsi olaraq da həmin insanları boykot edir. Çünki məhz həmin insanların ucbatından bu gün qaçqın və məcburi köçkünlər öz torpaqlarını itiriblər, evlərindən didərgin düşüblər. Bu şəxslər Dağlıq Qarabağ adı altında insanların hissləri ilə oynamamalıdırlar”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.
“Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi Ümummilli lider Heydər Əliyev tərəfindən düzgün müəyyən edilib və bu gün də həmin siyasət həyata keçirilir. Vaxtilə parlamentdə Ulu öndərin təşəbbüsü ilə Dağlıq Qarabağ münaqişəsinə dair ictimai müzakirələr təşkil olunanda bəzi siyasi qüvvələr həmin müzakirələrdə iştirak etmədilər. Hansı ki, həmin müzakirələrə bütün siyasi qüvvələr dəvət olunmuşdu. Bu gün isə onların ayrı-ayrı yerlərdən səsləri gəlir”. Bu fikirləri isə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib. B.Əliyev bildirib ki, Prezident İlham Əliyev vaxtilə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik edəndə bu siyasəti qətiyyətlə davam etdirirdi: “Bu siyasət nəticəsində 2005-ci ildə AŞPA-da çox ciddi qətnamə qəbul edildi, qeyd olundu ki, Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon Ermənistan tərəfindən işğal edilib, bu gün Dağlıq Qarabağ bir qrup separatçının əlindədir, azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı həyata keçirilib. Budur Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət. Amma gəlin görək, başqaları ortaya nə qoyacaqlar? Heç olmasa, bir parça kağız gətirsinlər ki, hansısa bir qeyri-hökumət təşkilatı ilə beynəlxalq arenada Qarabağla bağlı müzakirələr aparıblar, Azərbaycan xalqının haqq səsini orada ifadə ediblər və dəstək alıblar. Belə bir fakt yoxdur”.
Millət vəkili qeyd edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurla inkişaf edir: “Ərazilərimizin azad edilməsi istiqamətində aparılan işlər də sübut edir ki, Azərbaycan heç zaman öz torpaqlarını heç kimə güzəştə getməyəcək. Azərbaycan öz torpaqlarını sülh yolu ilə azad etmək istəyir, ancaq bu alınmasa, əlbəttə ki, torpaqlarımız hərb yolu ilə azad ediləcək”.
Millət vəkili Məlahət İbrahimqızı çıxışında bu il azərbaycanlıların Ermənistandan son deportasiya olunmalarından 30 il ötdüyünü bildirib. O, bununla əlaqədar olaraq Milli Məclisdə konfrans keçirilməsini təklif edib.
Millət vəkili Çingiz Qənizadə isə Rusiya Dövlət Dumasının MDB işləri və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin fikirlərini pisləyib. Bununla belə millət vəkili qeyd edib ki, onun fikirlərini Rusiyanın mövqeyi kimi qəbul edə bilmərik. Ç.Qənizadə Duma komitəsinin rəhbərliyində olan şəxsin belə bir mövqe nümayiş etdirməsinin qəbuledilməz olduğunu deyib: “Təbii ki, biz onun fikirlərini Rusiyanın mövqeyi kimi qəbul edə bilmərik. Zatulin iddia edir ki, əgər Dağlıq Qarabağda müharibə başlasa, bu, Azərbaycanın dağılması ilə nəticələnə bilər. Daha sonra iddia edir ki, Azərbaycanın siyasəti sənədlərdə əks olunduğu kimi deyil”.
Millət vəkili bildirib ki, K.Zatulin kiminsə şəxsi fikirlərini əsas götürüb bunu Azərbaycan dövlətinin siyasəti kimi təqdim etməyə çalışıb: “Təbii ki, biz bunu qətiyyətlə pisləyirik”.
Ç.Qənizadə K.Zatulinin ermənilərə bağlı olmasına da diqqət çəkib: “Zatulin Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimdə keçirilən “parlament seçkiləri”ndə iştirak edib və həmin şəxs Azərbaycan Xarici İşlər Nazirliyinin “arzuolunmaz şəxslər” siyahısına daxil edilib”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49

