/ / Sahibə Qafarova: Fransa bələdiyyə başçılarının işğal olunmuş ərazilərimizə səfərləri Ermənistanın işğalçılıq siyasətinin təşviqinə xidmət edir
Sahibə Qafarova: Fransa bələdiyyə başçılarının işğal olunmuş ərazilərimizə səfərləri Ermənistanın işğalçılıq siyasətinin təşviqinə xidmət edir
25.10.2018 [08:39]
Ötən ay Fransanın bir neçə bələdiyyə başçıları tərəfindən Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfərinin həyata keçirilməsi və orada mövcud olan qondarma separatçı rejim təmsilçiləri ilə “bəyannamə” imzalanması, ilk növbədə, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması deməkdir.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Sahibə Qafarova deyib.
Sahibə Qafarova qeyd edib ki, belə qanunsuz səfərlərin həyata keçirilməsi Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış terrorçu rejimin təbliğinə və işğalçılıq siyasətinin təşviqinə xidmət edir. Bu səfərin təşkili və Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış terrorçu rejimlə imzalanan “bəyannamə” Fransanın özünün də qanunvericiliyi ilə ciddi ziddiyyət təşkil edir. “Çünki Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci il mayın 24-də “Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi” haqqında imzalanmış təmimi təlimata əsasən yerli özünüidarəetmə qurumlarına Fransa tərəfindən tanınmamış ərazi vahidlərinin separatçı qurumları ilə hər hansı şəkildə müqavilələr bağlamaq, səfərlər həyata keçirmək və birgə tədbirlər təşkil etmək qadağandır. Deməli, qanunsuz səfər çərçivəsində imzalandığı iddia edilən “Dostluq haqqında Bəyannamə” heç bir hüquqi qüvvəyə malik deyil. Bu isə bir daha sözügedən bələdiyyə sədrlərinin Fransanın özünün qəbul etdiyi qanunlara qarşı saymazyana münasibətini ortaya qoyur. Paradoksal hal odur ki, Fransa hökuməti və müvafiq qurumlar bu qanunsuzluğun nəticələrinin aradan qaldırılması üçün lazımi qətiyyəti göstərmir”, - deyə Milli Məclisin deputatı vurğulayıb.
S.Qafarova digər bir məqama diqqət çəkərək vurğulayıb ki, bu qanunsuz səfərdə iştirak edənlərdən biri olan Fransa Milli Məclisinin sabiq deputatı Fransua Roşebluan həmişə erməni lobbisinin təsirində fəaliyyət göstərib, ermənilərdən daha artıq erməniliyi ilə seçilib: “Sirr deyil ki, Fransada erməni diasporunun təsiri altında fəaliyyət göstərən, erməni diasporunun maliyyələşdirdiyi bir qrup vardır. Bu qrup hər vəchlə Azərbaycan ilə Fransa arasında mövcud olan münasibətlərə xələl yetirməyə, bu əlaqələri pozmağa çalışır. Bu şəxslərdən biri də Fransua Roşebluandır. O, Avropa Şurası Parlament Assambleyasında fəaliyyət göstərdiyi dövrdə də daima ermənilərin maraqlarından çıxış edir, dünya erməniliyinin mənafeyini qorumaq üçün əlindən gələni edirdi. Hətta biz bircə dəfə belə onun Fransa ilə bağlı məsələlərdə, ya da ümumi Avropanı maraqlandıran problemlərin müzakirəsində iştirak edən görməmişik. Bunun əksinə, Ermənistanın işğalçılıq siyasəti, bu ölkədə mövcud olan problemlər AŞPA-da müzakirə olunarkən F.Roşebluan dərhal ortaya atılır, erməniləri ən qatı şəkildə müdafiə edirdi. O, həmçinin Azərbaycana qarşı radikal mövqedə dayanırdı. Ona görə də, bu gün Fransua Roşebluanın da bu səfərdə iştirakı çox aydın şəkildə səfərin sifarişlə icra edildiyini göstərir”.
Milli Məclisin deputatı qeyd edib ki, Fransa yerli özünüidarəetmə orqanlarının bu kimi qanunsuz addımları Fransanın da təmsil olunduğu ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli səylərinə xələl yetirir. “Çünki işğal və azərbaycanlıların etnik təmizlənməsi əsasında qurulan status-kvonun və Ermənistanın danışıqlardan yayınmaq üçün müraciət etdiyi manipulyasiyaların təşviqinə xidmət edən və təxribat xarakteri daşıyan bu səfər, həmçinin işğaldan əvvəl azərbaycanlıların yaşadığı Qarabağın tarixi mərkəzi Şuşa və Laçın şəhərlərinin hazırkı terrorçu qondarma “yerli hakimiyyətləri” ilə “bəyannamə” imzalaması insanlığa qarşı cinayət olan etnik təmizləmələrin, soyqırımlarının nəticələri ilə razılaşmaq, Ermənistanın işğalçılıq və soyqırımı siyasətinə dəstək vermək anlamına gəlir. Şübhəsiz bu, ilk növbədə, ATƏT-in Minsk qrupunun üzvü kimi Fransanın beynəlxalq öhdəlikləri ilə ziddiyyət təşkil edir”, - deyən deputat əlavə edib ki, bu, Fransanın vasitəçi kimi nüfuzuna ciddi zərər vurur, onun vasitəçiliyinə olan etimadı sarsıdır.
Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan ictimaiyyəti Fransa hökumətindən beynəlxalq hüququn, Fransa qanunvericiliyinin və Azərbaycan qanunlarının kobud şəkildə pozulması ilə müşayiət olunan bu qanunsuz səfərlə bağlı dərhal ölçü götürülməsini və adekvat münasibət göstərilməsini gözləyir. Fransa hökumətinin Dağlıq Qarabağdakı qondarma separatçı rejimi tanımaması barədə açıqlaması əlbəttə ki, yetərli hesab oluna bilməz. Fransa Minsk qrupunun və BMT Təhlükəsizlik Şurasının üzvü kimi, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqa uyğun ədalətli həllinə nail olunması, Təhlükəsizlik Şurasının bununla bağlı qətnamələrinin icrasının təmin olunması yönündə ciddi iradə ortaya qoyulmalıdır. Arzu edirik ki, Fransa hökuməti bu və digər məsələlərdə Azərbaycanla mövcud olan münasibətlərin ruhuna və özünün beynəlxalq öhdəliklərinə uyğun davransın. “Fransa şirkətləri ölkəmizdə dövlət sifarişi ilə həyata keçirilən dəyəri 2 milyard dollardan artıq olan bir çox layihələrin iştirakçısıdır. Əgər Fransa Azərbaycana və Ermənistanın işğalçılıq siyasətinə münasibətdə bu mövqeyini davam etdirəcəksə, Azərbaycan tərəfindən də adekvat addımların atılması qaçılmaz olacaq. Çünki Azərbaycan beynəlxalq öhdəliklərinə ciddi surətdə əməl edən, sözü ilə əməli üst-üstə düşən, ikitərəfli əlaqələrində qarşılıqlı hörmət və etimad prinsiplərinə söykənən, beynəlxalq hüquqa istinad edən müstəqil dövlətdir. Azərbaycan tərəfdaşlıq etdiyi dövlətlərdən də bu prinsiplərə uyğun davranışlar sərgiləməsini gözləyir”, - deyə Sahibə Qafarova qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

