Nikol Paşinyan Avropadan pul dilənir
02.11.2018 [09:22]
Avropa İttifaqı isə onun “demokratiya nağılları”na inanmır
Öz işğalçı siyasətinə görə bütün regional layihələrdən kənarda qalan - təcrid vəziyyətinə düşən, siyasi böhran və iqtisadi tənəzzülün məngənəsində olan Ermənistan növbədənkənar parlament seçkiləri ərəfəsindədir. Elə 17-18 oktyabr tarixlərində Avropa İttifaqının (Aİ) xarici fəaliyyət xidmətinin yüksəkvəzifəli rəsmisi Tomas Mayr Hartinq və Aİ-nin yardımlarını əlaqələndirən Vasillis Maraqosun Ermənistana səfəri zamanı da növbədənkənar parlament seçkiləri məsələsi diqqət mərkəzində olub. Yayılan məlumatlara görə, səfərin nəticəsi kimi Aİ seçkilərin şəffaf və beynəlxalq standartlara uyğun keçirilməsi məqsədilə Ermənistana 3 milyon avro vəsaitin ayrılması ilə bağlı qərar qəbul edib. Bu məqamda xatırlatmaq yerinə düşər ki, Aİ Ermənistanda 2017-ci ilin aprelində keçirilmiş bundan öncəki parlament seçkilərinin təşkili üçün vaxtilə 7 milyon avro ayırmışdı. Amma beynəlxalq müşahidə missiyasının hesabatına əsasən, seçki prosesində ciddi qanun pozuntularına yol verilib ki, buraya da saxtakarlıq, rüşvət müqabilində səslərin alınması, dövlət qulluqçuları və özəl sektor nümayəndələrinə təzyiqlərin edilməsi kimi faktlar daxildir. Bütün bunlar, şübhəsiz ki, Aİ-nin çətin vəziyyətə düşməsinə səbəb olmuşdu. Çünki bu qurum öz qiymətləndirməsində Ermənistandakı seçki prosesinin o qədər də bərbad olmadığını əsaslandırmağa çalışmışdı. Lakin beynəlxalq müşahidə missiyasının hesabatında yer alan məqamlar tamamilə fərqli reallıqları əks etdirirdi...
Öz növbəsində cari ilin aprel ayında hakimiyyəti ələ keçirən Nikol Paşinyan da seçkilərin antidemokratik şəraitdə keçdiyini bildirərək parlamentin legitim olmadığını ifadə etmişdi. Ekspertlər bütün bunların müqabilində belə bir sualın aktual olduğunu qeyd edirlər: Görəsən Paşinyan ölkədə hərbi diktatura rejiminin saxlanılmasında Avropa İttifaqının Sarkisyan hökuməti ilə əlbir olduğunu demək istəyirmiş?!
Bu məqamda vurğulamaq yerinə düşər ki, siyasətçidən daha çox küçələrin hay-küyçüsü kimi tanınan olan Nikol Paşinyan elə ilk vaxtlardan “siyasi dilənçi” obrazında Avropaya üz tutub. O, Avropa İttifaqının və NATO-nun təşkil etdiyi beynəlxalq tədbirlərdə pul dilənməklə məşğul idi. Amma görünən odur ki, populist çıxışları və vədləri ilə öz xalqını manipulyasiyaya məruz qoyan Paşinyan Avropa siyasətçilərini aldada bilməyib. Yəni reallıq ortadadır: Avropa İttifaqı bu ölkəyə edəcəyi maliyyə dəstəyinin həcmini 2 dəfə azaldıb. Daha dəqiq desək, çoxsaylı yalvar-yaxarlardan sonra Paşinyan Avropadan cəmi 3 milyon avro qopara bilib. Üstəlik, Avropa İttifaqı rəsmiləri aşkar surətdə bu qurumdan başqa, heç bir təşkilatın Ermənistana pul ayırmaq niyyətində olmadığını bəyan ediblər. Ekspertlər qeyd edirlər ki, bu, Avropa İttifaqının Paşinyanın “demokratiya nağılları”na inanmadığını, onun populist - reallıqlardan uzaq vədlərinə alət olmaq niyyətində olmadığını göstərir. Əgər belə olmasaydı, Aİ işğalçı ölkəyə maliyyə dəstəyini azaltmaq yolunu seçməzdi.
Sadalananların fonunda digər məqam ondan ibarətdir ki, Qərb Paşinyan hökumətinin populist və yarıtmaz siyasətinin ilk “bəhrəsini” gördü. Belə ki, Venesiya Komissiyasının tövsiyələrini əks etdirən və vaxtilə Aİ tərəfindən təriflənən Seçki Məcəlləsinə dəyişikliklər paketi oktyabrın 30-da bu ölkənin parlamentində qəbul edilməyib. Bütün bunlardan sonra hər halda Avropa təsisatları avronun Ermənistana dəyər gətirmədiyini anlamağa başlayacaq.
NURLAN
Xəbər lenti
Hamısına baxAnalitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45

