Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qafar Əliyev: Sərhədlər məsələsində Azərbaycan dövlətinin maraqları, Dağlıq Qarabağ münaqişəsinin həlli nəzərə alınmalıdır

Qafar Əliyev: Sərhədlər məsələsində Azərbaycan dövlətinin maraqları, Dağlıq Qarabağ münaqişəsinin həlli nəzərə alınmalıdır

27.10.2009 [09:14]

“Bildiyiniz kimi, Türkiyədə yaşayan 2 milyondan artıq azərbaycanlı kökənli soydaşlarımız var. Onlar yüz illərdən bəri orada məskunlaşıblar. Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi meydana çıxan gündən, Türkiyə ictimaiyyətində ən çox narahatçılıq keçirənlər də məhz həmin insanlardır. Bu mənada bu günlər Türkiyə ictimaiyyətində böyük çaşqınlıq yaşanır”. Bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev SİA-ya müsahibəsində deyib. Onun sözlərinə görə, Türkiyə rəsmilərinin dəfələrlə səsləndirdiyi bəyanatlara nəzər yetirsək görərik ki, Türkiyə dövlətinin rəhbərliyi heç zaman Azərbaycanın maraqlarını kimsəyə qurban verməyəcək: “Biz yaxın müddətlərə qədər Ermənistanla eyni ittifaqın tərkibində olduğumuz üçün ermənilərin xüsusiyyətlərinə yaxşı bələdik. Biz bu fikirləri Türkiyə ictimaiyyətinə də başa salmağa çalışırdıq. Yəni, siz türklər erməniləri o qədər də sadəlöhv, avam hesab etməyin. Bundan əlavə, müəyyən xarici dövlətlər və xarici qüvvələr var ki, ermənilərin arxasında dayanıblar və onlara heç zaman imkan verməzlər ki, Türkiyənin hazırkı siyasi liderlərinin düşündüyü kimi, ermənilər güzəştə getsinlər. Ona görə biz narahatlığımızın səbəbini izah edirdik və başa salırdıq ki, sərhədlər məsələsində Azərbaycan dövlətinin maraqları, Dağlıq Qarabağ münaqişəsinin həlli nəzərə alınmalıdır”.

Paylaş:
Baxılıb: 978 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31