Azərbaycan İslam həmrəyliyinin güclənməsinə mühüm töhfələr verir
06.11.2018 [08:39]
“Fələstin Dövlətinin Asiya ölkələrindəki Səfirlərinin Konfransı”nın ölkəmizdə keçirilməsi respublikamızın beynəlxalq gündəlikdə duran məsələlərin həllinə töhfə vermək əzmini göstərməklə yanaşı, dünya ictimaiyyətinin Azərbaycana etimad və hörmətinin nümunəsidirCənubi Qafqaz regionunun lider dövləti olan, etibarlı tərəfdaş kimi tanınan Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanıdır. Respublikamız özünün çoxşaxəli və mütərəqqi xarici siyasət kursu ilə müasir dünyanın, xalqlararası əməkdaşlığın inkişafında və sivilizasiyalararası dialoqda mühüm rol oynayır. Eyni zamanda, ölkəmiz öz təklif və təşəbbüsləri ilə dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, ümumbəşəri dəyərlərin təbliği və təşviqinə, qlobal xarakterli problemlərin həllinə dəyərli töhfələr verir.
Azərbaycan İslam coğrafiyasında həmrəyliyin təmin olunmasına da xüsusi əhəmiyyət verir və bu istiqamətdə mühüm təşəbbüslər irəli sürür, praktik addımlar atır. İslam dünyasında həmrəyliyin təmin olunmasına müstəsna töhfələr verən Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi dünyaya mühüm bir çağırış oldu. Ümumiyyətlə, Azərbaycanın İslam həmrəyliyinə xidmət edən bu təşəbbüsü, bu kontekstdə ölkəmiz tərəfindən atılan addımlar yüksək qiymətləndirildi. Bununla yanaşı, Azərbaycanın müsəlman ölkələri ilə ikitərəfli və çoxtərəfli praqmatik əlaqələrə malik olması və qarşılıqlı faydalı münasibətlərin inkişafı, bütövlükdə, İslam coğrafiyasında həmrəyliyin təmin olunmasına xidmət edir. Digər tərəfdən, respublikamız müsəlman ölkələrinin təşkilatı olan İslam Əməkdaşlıq Təşkilatında (İƏT) fəal təmsil olunur və ikitərəfli, eləcə də çoxtərəfli formatda mövcud olan qarşılıqlı faydalı əlaqələr davamlı olaraq daha da möhkəmləndirilir. 2017-ci il ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunları da Azərbaycanın gücü və nüfuzunu bir daha nümayiş etdirməklə yanaşı, İslam həmrəyliyinə xidmət etdi. Dünya ictimaiyyəti müsəlman aləmini - İslam ölkələrini Şərq və Qərbin qovuşuğunda birləşdirən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində müsəlman ölkələrinin birlik və həmrəyliyinə şahidlik etdi.
Qeyd etdiyimiz kimi, İƏT-in fəal üzv dövlətlərindən olan Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi işinə praktiki əsaslarla töhfə verir. Onu da qeyd edək ki, Azərbaycan Fələstin xalqının çətin günlərində hər zaman yanında olub və İslam həmrəyliyinə sadiq qalıb. Ölkəmiz ciddi maliyyə çətinlikləri ilə üzləşən BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə cari ilin oktyabr ayında 200 min ABŞ dolları məbləğində yardım edib. 29 sentyabr 2014-cü il tarixində Fələstinin Qəzza sektorundakı humanitar böhranın aradan qaldırılması məqsədilə Azərbaycan hökuməti tərəfindən ayrılmış 635 min ABŞ dolları məbləğində yardım XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) hesabına köçürülüb. 2018-ci ilin aprelində Azərbaycanda Qoşulmama Hərəkatının aralıq nazirlər toplantısı keçirilib. Nazirlər toplantısı çərçivəsində Fələstin üzrə Qoşulmama Hərəkatının Nazirlər komitəsinin iclası baş tutub. Qoşulmama Hərəkatının gündəliyində Fələstin məsələsi xüsusi əhəmiyyət kəsb edir. Ölkəmiz 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək.
Vurğulamaq gərəkdir ki, Azərbaycan Şərqi Əl-Qüds paytaxt olmaqla Fələstin məsələsinin iki dövlət prinsipi əsasında BMT-nin müvafiq qərarları və qətnamələri əsasında həllini dəstəkləyir. Bu mövqe beynəlxalq təşkilatlar çərçivəsində konkret olaraq - birmənalı şəkildə ifadə olunur. Ümumiyyətlə, Fələstin məsələsi uzun müddətdir ki, beynəlxalq gündəlikdə duran ən aktual problemlərdən biridir. 5 noyabr tarixində Bakıda Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısının keçirilməsi ölkəmizin beynəlxalq gündəlikdə duran məsələlərin həllinə töhfə vermək əzminin, həmçinin dünya ictimaiyyəti tərəfindən ölkəmizə olan etimad və hörmətin nümunəsidir. Qeyd edək ki, tədbirdə iştirak üçün Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Maliki, Fələstin xarici işlər nazirinin Asiya, Afrika və Avstraliya məsələləri üzrə müavini Mazen Şamiyah, Fələstin Milli Fondunun rəhbəri - Nazir Mouin Elias Yousef Khouri, Fələstinin Asiya ölkələrində akkreditə olmuş 27 səfiri, Fələstin Xarici İşlər Nazirliyinin diplomatları ölkəmizə səfər ediblər. Əvvəlki illərdə də Azərbaycan Fələstin ilə əlaqədar bir sıra mühüm tədbirlərə ev sahibliyi edib. 2013-cü ildə Azərbaycanın ev sahibliyi ilə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində “Müqəddəs Əl-Qüds şəhərinin inkişafı üçün Strateji Sektor Planının maliyyələşdirilməsi”nə dair İƏT Xarici İşlər Nazirlərinin Donor Konfransı və Fələstin Dövlətinə yardım üçün “İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsi” adlı tədbirlər Bakıda keçirilib. 2017-ci ildə isə Azərbaycan BMT-nin Fələstin xalqının Ayrılmaz Hüquqlarının tətbiqi üzrə Komissiyasının, Humanitar məsələlərin Əlaqələndirilməsi üzrə Ofisinin, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və digər QHT və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə Qüds məsələsi üzrə Beynəlxalq Konfransa ev sahibliyi edib.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 4-də Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Malikini qəbulu zamanı da bu məsələlər diqqət mərkəzində olub. Dövlətimizin başçısı Azərbaycanın Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirdiyini və dəstəyini əsirgəmədiyini qeyd edərək Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısına Azərbaycanın ev sahibliyi etməsinin bunun bariz nümunəsi olduğunu vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanın BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq Fələstin məsələsinin iki dövlət prinsipi əsasında həllini dəstəklədiyini və bu mövqenin beynəlxalq təşkilatlar çərçivəsində birmənalı şəkildə ifadə olunduğunu qeyd edib. Dövlətimizin başçısı Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsinə ardıcıl sürətdə töhfə verdiyini bildirib.
Xatırladaq ki, 1992-ci ilin 15 aprel tarixində Azərbaycan Respublikası ilə Fələstin Milli Hakimiyyəti arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanıb. Hazırda isə Azərbaycanda Fələstin Dövlətinin səfirliyi fəaliyyət göstərir. 2017-ci il dekabrın 13-də Prezident İlham Əliyev İstanbulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısında iştirak edib və tədbirdə çıxış edib. Əlbəttə, dövlətimizin başçısının bu tədbirdə iştirakı, Azərbaycanın Fələstinə dəstəyi və İslam həmrəyliyinə sadiqliyi Fələstin Dövlətinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir. 2013-cü ilin 21 aprel tarixində isə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Yaxın Şərqə səfəri çərçivəsində Fələstinə səfər edib. 2011-ci ilin 28-29 iyun tarixlərində Fələstin Prezidenti Mahmud Abbas Azərbaycan Respublikasına rəsmi səfər edib. Bu, Fələstin Prezidentinin Azərbaycana ilk səfəri olub.
Nəticə etibarilə, noyabrın 5-də keçirilən “Fələstin Dövlətinin Asiya ölkələrindəki Səfirlərinin Konfransı”na paytaxt Bakının ev sahibliyi etməsi mühüm əhəmiyyətə malikdir. Yuxarıda da qeyd etdiyimiz kimi, bu, Azərbaycanın beynəlxalq səviyyədə böyük aktuallığa malik olan məsələlərin həllinə mühüm töhfələr vermək əzmində olduğunu göstərir, beynəlxalq ictimaiyyətin ölkəmizə hörmət və etimadını ifadə edir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
21 Sentyabr 23:34
İqtisadiyyat
21 Sentyabr 23:19
Sosial
21 Sentyabr 22:56
Dünya
21 Sentyabr 22:20
Dünya
21 Sentyabr 21:43
Dünya
21 Sentyabr 21:15
Dünya
21 Sentyabr 20:58
Dünya
21 Sentyabr 20:26
Dünya
21 Sentyabr 19:41
Sosial
21 Sentyabr 19:34
Dünya
21 Sentyabr 19:14
YAP xəbərləri
21 Sentyabr 19:00
İqtisadiyyat
21 Sentyabr 18:41
Sosial
21 Sentyabr 18:15
YAP xəbərləri
21 Sentyabr 18:10
Sosial
21 Sentyabr 18:10
YAP xəbərləri
21 Sentyabr 18:06
Sosial
21 Sentyabr 18:05
YAP xəbərləri
21 Sentyabr 17:53
Dünya
21 Sentyabr 17:47
İdman
21 Sentyabr 17:31
Dünya
21 Sentyabr 17:25
İdman
21 Sentyabr 16:46
YAP xəbərləri
21 Sentyabr 16:41
Elm
21 Sentyabr 16:19
Elm
21 Sentyabr 15:48
YAP xəbərləri
21 Sentyabr 15:15
YAP xəbərləri
21 Sentyabr 14:53
İdman
21 Sentyabr 14:36
Formula 1
21 Sentyabr 14:35
Elm
21 Sentyabr 14:27
YAP xəbərləri
21 Sentyabr 14:23
Siyasət
21 Sentyabr 13:34
Sosial
21 Sentyabr 13:27
Sosial
21 Sentyabr 13:25
Hadisə
21 Sentyabr 13:24
YAP xəbərləri
21 Sentyabr 13:21
Xəbər lenti
21 Sentyabr 12:45
YAP xəbərləri
21 Sentyabr 12:37
Siyasət
21 Sentyabr 12:27
İqtisadiyyat
21 Sentyabr 11:43
İqtisadiyyat
21 Sentyabr 11:42
Dünya
21 Sentyabr 11:41
Dünya
21 Sentyabr 11:40
Siyasət
21 Sentyabr 11:38
Dünya
21 Sentyabr 11:19
Siyasət
21 Sentyabr 11:12
Hadisə
21 Sentyabr 11:09
Sosial
21 Sentyabr 11:00
Dünya
21 Sentyabr 10:57
Avropa
21 Sentyabr 10:53
İqtisadiyyat
21 Sentyabr 10:47
Daxili siyasət
21 Sentyabr 10:43
Sosial
21 Sentyabr 10:40
Dünya
21 Sentyabr 10:25
Xəbər lenti
21 Sentyabr 10:21
Dünya
21 Sentyabr 09:42
Dünya
21 Sentyabr 09:16
Dünya
21 Sentyabr 08:58
Dünya
20 Sentyabr 23:18
Hadisə
20 Sentyabr 22:31
Sosial
20 Sentyabr 21:13
Dünya
20 Sentyabr 20:35
Dünya
20 Sentyabr 19:21
Dünya
20 Sentyabr 18:13
Dünya
20 Sentyabr 17:39
Dünya
20 Sentyabr 16:26
Dünya
20 Sentyabr 15:31
Dünya
20 Sentyabr 14:40
Dünya
20 Sentyabr 13:19

