/ / Azərbaycanın öz multikultural və dini tolerantlıq dəyərlərini dünya ölkələri ilə bölüşmək niyyəti yüksək qiymətləndirilib
Azərbaycanın öz multikultural və dini tolerantlıq dəyərlərini dünya ölkələri ilə bölüşmək niyyəti yüksək qiymətləndirilib
22.11.2018 [09:23]
Almaniyada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Berlində bir sıra görüşlər keçirib.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Almaniya Xarici İşlər Nazirliyinin xarici elm, təhsil, tədqiqat və mədəniyyət siyasəti üzrə müvəkkili, səfir Haydrun Tempel, din məsələləri üzrə müvəkkili, səfir Folker Berreshaym və Cənubi Qafqaz və Mərkəzi Asiya şöbəsinin diplomatı Aksel Bayerlə görüşüb.
Daha sonra Almaniya Bundestaqında xarici siyasət komitəsinin üzvü, hakim Xristian-Demokratlar/Xristian-Sosialist İttifaqı fraksiyasının Şərq Tərəfdaşlığı üzrə məruzəçisi Nikolas Löbellə görüş keçirilib.
Görüşlərdə Azərbaycanın öz multikultural və dini tolerantlıq dəyərlərini, eləcə də mədəniyyətlər və dinlər arasında əməkdaşlıq təcrübəsini dünya ölkələri ilə bölüşmək niyyəti və bu məqsədlə beynəlxalq tədbirlər həyata keçirməsi yüksək qiymətləndirilib. Bu xüsusda, Berlində keçirilmiş “Dinlər və mədəniyyətlərarası əməkdaşlıqdan dialoqa doğru” konfransının uğurlu təşkil edildiyi, Almaniya və digər dünya ölkələrinin dini icmalarının, eləcə də siyasi, elmi və mədəni dairələrinin orada yüksək səviyyədə təmsil olunduqları bildirilib. Dövlətimizin başçısı İlham Əliyevin dəstəyi ilə həyata keçirilən beynəlxalq tədbirlərin insanların multikulturalizm və tolerantlıq ruhunda maarifləndirilməsinə, dünyada sülhün və əməkdaşlığın təşviqinə mühüm töhfə verdiyi vurğulanıb və bu qəbildən olan tədbirlərin davamlı surətdə keçirilməsinin əhəmiyyəti qeyd olunub.
Allahşükür Paşazadə multikulturalizm və dini tolerantlığın Azərbaycan xalqının milli ruhundan irəli gəlməklə yanaşı, həm də dövlət siyasəti olduğunu deyib. O qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müasir müstəqil Azərbaycanın bugünkü daxili və xarici siyasətində bu dəyərlərin təşviqi, ölkəmizin etnik, dini və mədəni müxtəlifliyinin qorunub saxlanılması, eləcə də müxtəlif mədəniyyətlər və dinlər arasında körpülərin yaradılması xüsusi yer tutur. Şeyxülislam Azərbaycanın bu səylərini yüksək qiymətləndirdiyinə və dəstəklədiyinə görə Almaniya tərəfinə təşəkkür edib.
Görüşdə Azərbaycan nümayəndə heyəti, həmçinin dünyada vicdan azadlığının təmin olunması, dini radikalizmlə və ksenofobiya ilə mübarizə aparılması kimi mövzuları müzakirə edib, ölkəmizin bu sahələrdəki təcrübəsi və nailiyyətləri barədə məlumat verib. Eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparılıb, torpaqlarımızın 25 ildən artıqdır ki, Ermənistanın işğalı altında olmasına baxmayaraq, ölkəmizin bu münaqişənin sülh yolu ilə həllinə çalışdığı vurğulanıb.
Azərbaycan nümayəndə heyətinə Prezident Administrasiyanın Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Milli Məclisin deputatı Cavanşir Paşazadə daxil olub. Nümayəndə heyətini ölkəmizin Almaniyadakı səfiri Ramin Həsənov müşayiət edib.
Xəbər lenti
Hamısına baxDünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

