ATƏT-in tarixi Lissabon sammitindən 22 il ötür
04.12.2018 [10:26]
Ulu öndər Heydər Əliyev Azərbaycanın dünya birliyi tərəfindən müdafiə olunmasına, ATƏT-in üzvü olan 53 dövlətin Dağlıq Qarabağ probleminin həll edilməsində ölkəmizin milli maraqlarını əks etdirən prinsipləri dəstəkləməsinə nail oldu
Məlum olduğu kimi, SSRİ-nin dağılmasının ardından respublikamızda baş verən siyasi böhrandan istifadə edən Ermənistan Azərbaycanın tarixi torpaqlarını - Dağlıq Qarabağ və ona bitişik 7 rayonu işğal etdi. Belə ki, müstəqilliyimizin ilk illərində respublikaya rəhbərlik edən səriştəsiz qüvvələrin hakimiyyət savaşı torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsi ilə müşayiət olundu. Nəhayət, Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtmasından sonra işğal altında olan ərazilərimizin bir qismi azad edildi və münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün atəşkəs sazişi imzalandı. Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, müstəqilliyimizin ilk illərində erməni lobbisinin apardığı yalan təbliğat nəticəsində dünyanın bir sıra ölkələri və təşkilatları Azərbaycanın haqq səsini eşitmir, münaqişə ilə bağlı həqiqətləri bilmirdi. Və məhz xalqımızın Ümummilli lideri Heydər Əliyevin səyləri nəticəsində bu informasiya blokadasının yarılmasına, xalqımızın haqq səsinin dünyada eşidilməsinə nail olundu.
Bu mənada 1996-cı il dekabrın 2-3-ü tarixlərində Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçirilmiş ATƏT-in Zirvə toplantısı xüsusi yer tutur. Belə ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının baza formulu məhz bu Zirvə toplantısında müəyyən edildi. Ulu öndər Heydər Əliyev çevik və dəqiq diplomatik addımları ilə Azərbaycanın haqlı mövqeyinin dünya birliyi tərəfindən müdafiə olunmasına nail oldu. Beləliklə, işğalçı Ermənistan istisna olmaqla, ATƏT-in üzvü olan 53 Avropa ölkəsi Dağlıq Qarabağ probleminin həll edilməsində Azərbaycanın milli mənafelərini əks etdirən prinsipləri açıq şəkildə dəstəklədi. Bununla da münaqişənin sülh yolu ilə həlli üçün dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən ədalətli hüquqi bünövrə yaradıldı və vasitəçilərin vəzifələri müəyyən olundu.
Öz növbəsində sözügedən məsələyə münasibət bildirən Milli Məclisin deputatı, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə 22 il öncə keçirilmiş ATƏT-in Lissabon sammitin mühüm siyasi əhəmiyyətə malik olduğunu deyib. Millət vəkili qeyd edib ki, bu, bir xarici təşkilatın sənədlərində Azərbaycanın ərazi bütövlüyü prinsipini qeyd etdiyi ilk hal idi. Bu sammitdə əldə olunan nailiyyət sonradan digər beynəlxalq təşkilatların sənədlərində artıq ifadə olunacaq prinsipin başlanğıcı oldu. A.Mirzəzadə onu da bildirib ki, Dağlıq Qarabağ problemi ilə məşğul olan ekspertlər də vaxtaşırı Lissabon sammitinin nəticələrinin əhəmiyyətini xüsusi olaraq vurğulayırlar: “Lissabon sammitinin yekununda əldə olunan nəticə öz axarı ilə, sadəcə olaraq, bir təşkilatın istəyi kimi ortaya çıxmadı. Lissabon sammitində əldə edilən uğur Azərbaycanın, Ulu öndər Heydər Əliyevin qətiyyəti, uzaqgörən siyasəti nəticəsində mümkün oldu. Ulu öndər Heydər Əliyev ilk mərhələdə Dağlıq Qarabağ məsələsinin ATƏT-in gündəliyinə salınmasına, Azərbaycanla bağlı prinsipial qərarın qəbul edilməsinə nail oldu. Bu, çox əhəmiyyətli bir məsələdir. Sonradan Azərbaycan digər beynəlxalq təşkilatlarda da özünün ərazi bütövlüyü, Ermənistanın torpaqlarımızı işğal etməsinin yolverilməzliyi məsələsini gündəmə gətirdi və bu istiqamətdə bir çox uğurlar qazandı. Bu sıraya həm diplomatik sahədə, həm də digər sahələrdə əldə olunan nailiyyətlər aiddir”.
Millət vəkili əlavə edib ki, Azərbaycan bu gün regionun lider dövlətidir və bir çox iqtisadi layihələrin təşəbbüskarıdır: “Azərbaycan bu gün dünyanın ilk 50-liyinə daxil olan hərbi potensiala sahibdir. İki il öncə Aprel döyüşlərində əldə olunan qalibiyyət, bu ilin may ayında isə uğurlu Naxçıvan əməliyyatı və minlərlə hektar torpağın düşməndən azad edilməsi bir daha göstərdi ki, Azərbaycanın tutduğu yol, apardığı siyasət düzgündür. Bu siyasətin başlanğıcı isə 1996-cı ildə qoyulub. Birmənalı şəkildə qeyd olunmalıdır ki, hələ neft müqaviləsinin ölkəmizə gəlir gətirmədiyi, Azərbaycanda dövlət quruculuğunda bir sıra işlər görüldüyü, islahatların aparıldığı bir zamanda Azərbaycan belə böyük əhəmiyyətə malik diplomatik nailiyyət əldə etmişdi. Bu, Ulu öndər Heydər Əliyev siyasətinin uğuru idi”.
“1996-cı ildə Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçirilən ATƏT-in Zirvə toplantısında Ulu öndər Heydər Əliyev müdrik siyasəti və çevik diplomatik addımları ilə Azərbaycanın ədalətli mövqeyinin dünya birliyi tərəfindən müdafiə olunmasına nail oldu. ATƏT-in üzvü olan 53 ölkə Dağlıq Qarabağ probleminin həlli üçün Azərbaycanın milli mənafelərini əks etdirən prinsipləri müdafiə etdi və açıq şəkildə dəstəklədi”. Bu sözləri isə qəzetimizə açıqlamasında ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev deyib.
Azay Quliyev bildirib ki, sammitin yekun sənədində münaqişənin nizamlanmasının prinsiplərini əks etdirən 3 mühüm bənd yer alıb: Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək muxtariyyət statusunun verilməsi, bölgənin hər iki icmasının təhlükəsizliyinin təmin olunması.
ATƏT PA-nın vitse-prezidenti vurğulayıb ki, bununla da ATƏT çərçivəsində ilk dəfə olaraq münaqişənin sülh yolu ilə həlliylə bağlı beynəlxalq hüquqa və Azərbaycanın milli maraqlarına cavab verən prinsiplər təsbit olundu: “Azərbaycanın Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan prinsipial mövqeyinin beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunması istiqamətində fəaliyyəti cənab Prezident İlham Əliyev hazırda uğurla davam etdirir”.
Milli Məclisin deputatı Elman Nəsirli isə bildirib ki, 22 il öncə tarixə ATƏT-in Lissabon sammiti kimi daxil olmuş həmin Zirvə toplantısında Ulu öndər Heydər Əliyevin çox böyük diplomatik səyləri və məharəti sayəsində ilk dəfə ATƏT münaqişənin tənzimlənməsi ilə bağlı çox mühüm bir sənəd qəbul etdi. Həmin sənəd ATƏT-in Lissabon sammitinin yekun sənədinə əlavə idi və ATƏT-in sədri Flavio Kotti tərəfindən imzalanmışdı. Həmin sənədin qəbulu prosesi çox mürəkkəb siyasi mübarizənin məntiqi nəticəsi olaraq baş tutmuşdu. Millət vəkili qeyd edib ki, həmin vaxt münaqişə ilə bağlı ərazi bütövlüyü prinsipini Ermənistan qəbul etmir, yekun sənəddə bu prinsipin - yekun sənədin 20-ci maddəsinin qəbulunun əleyhinə çıxış edir, veto hüququ ilə hədələyirdi. Belə olan vəziyyətdə Ulu öndər Heydər Əliyev çox böyük qətiyyət və prinsipiallıq nümayiş etdirərək ATƏT rəhbərliyinə bildirdi ki, münaqişənin həlli ilə bağlı ərazi bütövlüyü prinsipi əsas prinsipdir: “Bu, eyni zamanda, ATƏT-in Helsinki Yekun Aktının ana prinsipidir. Və bu, mütləq qeyd olunmalıydı. Eyni zamanda, burada qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması, ümumiyyətlə, təhlükəsizliklə bağlı məsələlər öz əksini tapırdı. Bu sənədə ATƏT sədri öz imzasını atdı. Bu sənədin bizim üçün çox böyük siyasi-diplomatik əhəmiyyəti var. Bu gün də bizim münaqişənin həlli ilə bağlı istinad nöqtələrimizdən biri məhz ATƏT-in Lissabon sammitinin sənədidir. Ulu öndər Heydər Əliyev çox böyük diplomatik fədakarlıq hesabına mühüm bir presedentin əsasını qoydu. Sonradan beynəlxalq təşkilatlar münaqişə ilə bağlı qəbul etdikləri sənədlərdə məhz bu sənədə istinad etməli oldular. Bu gün də biz bunun şahidiyik. Münaqişənin həlli ilə bağlı BMT başda olmaqla Avropa Parlamentinin, AŞ PA-nın, İƏT-in, NATO PA-nın, Qoşulmama hərəkatının müvafiq qətnamə və sənədlərində məhz məsələ ATƏT-in Lissabon sammitində qəbul olunmuş prinsiplərə uyğun olaraq əksini tapır. Bu da, heç şübhəsiz ki, bizim çox tarixi bir qələbəmiz idi. Ulu öndərimizin müəyyən etdiyi çoxvektorlu, balanslı, tarazlaşdırılmış xarici siyasət kursumuz bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Millət vəkili vurğulayıb ki, 22 il öncə Ulu öndər Heydər Əliyevin Lissabonda əldə etdiyi tarixi nailiyyət nəticə etibarı ilə bizim münaqişənin həlli ilə bağlı sonrakı diplomatik və hərbi üstünlüyümüzün təmin edilməsində çox mühüm normativ baza rolunu oynadı.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48

