/ / ADA Universitetində azərbaycanlı diplomatların Paris Sülh Konfransındakı fəaliyyətindən bəhs edən kitabın təqdimatı olub
ADA Universitetində azərbaycanlı diplomatların Paris Sülh Konfransındakı fəaliyyətindən bəhs edən kitabın təqdimatı olub
05.12.2018 [09:57]
Dekabrın 4-də ADA Universitetində Georq Mamuliya və Ramiz Abutalıbovun müəllifliyi ilə “Ə.M.Topçubaşi. Paris arxivi. 1919-1940” (A.M.Topçibaşi. Parijskiy arxiv. 1919-1940) dörd cildlik kitabın təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib ki, Azərbaycan Prezidentinin 2015-ci ildə Əlimərdan bəy Topçubaşovun 100 illik yubileyi ilə bağlı imzaladığı Sərəncama əsasən ADA Universitetində bundan əvvəl də tədbirlər keçirilib. Həmin tədbirlərdə Topçubaşovun siyasi fəaliyyətindən bəhs olunub. Bu gün təqdimatına toplaşdığımız kitabda Azərbaycanın diplomatiya tarixindən danışılır.
Kitabın həmmüəllifi Georq Mamuliya qeyd edib ki, Paris Sülh Konfransında Azərbaycan diplomatları yalnız öz ölkələrinin deyil, bütün Qafqazın müstəqilliyi və siyasi-mənəvi birliyi uğrunda mübarizə aparıblar. Nəşrdə həmin dövrdə gedən qlobal siyasi və sosial proseslərdən bəhs olunur.
Digər həmmüəllif Ramiz Abutalıbov kitabın nəşrinə göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna minnətdarlığını bildirib. Məhz bu dəstək nəticəsində Fransa arxivlərində tarixi faktlarla bağlı araşdırmaların aparılması mümkün olub. O, Fransa arxivlərində Ceyhun Hacıbəyli və Azərbaycanın digər tarixi şəxsiyyətləri ilə bağlı zəngin məlumatların olduğunu da deyib. Sabiq səfir əlavə edib ki, kitab tarixi sənədlər və materiallar əsasında tərtib olunub. Nəşrdə 1918-ci il Azərbaycan diplomatlarının Paris Sülh Konfransındakı fəaliyyətindən bəhs olunub.
AMEA-nın Tarix İnstitutunun şöbə müdiri Sevinc Əliyeva bildirib ki, kitabda Azərbaycan Xalq Cümhuriyyəti tarixinin indiyədək məlum olmayan faktları əksini tapıb. Həmçinin əsərdə 1919-1921-ci illərdə Azərbaycan və Qafqaz xalqlarının azadlıq uğrunda mübarizəsindən danışılır.
Alim qeyd edib ki, 1918-ci il dekabrın 7-də fəaliyyətə başlayan Azərbaycan parlamentinin qərarı ilə Parisə - Versal Sülh Konfransına göndərilən nümayəndə heyəti xalqın iradəsini, onun müstəqillik əzmini ifadə etmək, bu müstəqilliyi dünyaya tanıtmaq və qəbul etdirmək missiyasını öz üzərinə götürmüşdü. Nəşrdə dövlət xadimi və diplomat, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə 1918-1920-ci illərdə Parisdə fəaliyyət göstərən Azərbaycan diplomatik missiyası haqqında bir sıra mənbələr aşkara çıxarılıb və ictimaiyyətə çatdırılıb.
Tarixçi Aydın Balıyev vurğulayıb ki, keçmiş sovet dövründə bu arxivlərə çatmaq mümkün deyildi. Müstəqilliyin bərpasından sonra bu proses bir qədər sadələşdi. Bu gün isə Azərbaycan dövlətinin dəstəyi və Ramiz Abutalıbovun yorulmaz səyi nəticəsində 4 cildlik kitab ərsəyə gəlib. Kitabda Paris Sülh Konfransında iştirak edən nümayəndə heyətinin tərkibi ilə bağlı məlumat verilir. Belə ki, 1918-ci il dekabrın 28-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti parlamentin ağsaqqallar şurasının üzvlərinin iştirakı ilə Paris Sülh Konfransına göndəriləcək nümayəndə heyətinin tərkibini müəyyən edib. Parlamentin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinə Məmmədhəsən Hacınski, Əhməd bəy Ağayev, Əkbər Şeyxülislamov, Məhəmməd Məhərrəmov, Miryaqub Mehdiyev və Ceyhun bəy Hacıbəyli daxil idilər.
Milli Məclisin deputatı, tarixçi alim Musa Qasımlı bildirib ki, diplomatlarımızın Paris Sülh Konfransı üçün hazırladıqları Memorandumda Azərbaycanın ərazi bütövlüyünə olan iddialar diplomatik dillə rədd edilir. Memorandumun ən mühüm bölmələri Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi və əhalisinə aid bölmələr idi. Qeyd olunurdu ki, Ermənistanın, Gürcüstanın və İranın konfransa təqdim etdikləri ərazi iddiaları bilavasitə Azərbaycana qarşı yönəldiyindən Cümhuriyyət ərazilərinin tarixən ona məxsus olması, Azərbaycana qarşı iddia qaldırılmış ərazilərdə əhalinin böyük əksəriyyətini ta qədimdən azərbaycanlıların təşkil etməsi tarixi faktlarla əsaslandırılıb.
Tarixçi alim Solmaz Tohidi kitabın əhəmiyyətindən bəhs edərək bildirib ki, bu nəşr Azərbaycan Xalq Cümhuriyyəti diplomatlarının, xüsusilə də Ə.M.Topçubaşovun xidmətlərinin xalqımızın diqqətinə çatdırılmasında əhəmiyyətli mənbədir. Solmaz Tohidi əhəmiyyətli tarixi faktların üzə çıxarılmasına göstərdiyi köməyə görə Georq Mamuliyaya minnətdarlığını bildirib. O deyib ki, Topçubaşovun arxivindən mühüm sənədlərin əldə olunmasında G.Mamuliyanın böyük rolu olub.
Qeyd edək ki, kitabda Azərbaycan nümayəndə heyətinin 1919-cu ildə Amerika Birləşmiş Ştatlarının Prezidenti Vudro Vilsonla görüşündən də bəhs olunur. Görüşdə ABŞ Prezidenti V.Vilsona təqdim olunmuş Memorandumda Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, onun birillik inkişaf yolundan, istiqlal uğrunda verdiyi qurbanlardan danışılırdı. V.Vilsondan Azərbaycanın istiqlaliyyətinin tanınması, ABŞ ilə Azərbaycan arasında diplomatik və iqtisadi əlaqələrin qurulması istiqamətində kömək göstərməsi xahiş edilirdi.
ADA Universitetinin rektoru Hafiz Paşayev qeyd edib ki, bu tarixi şəxsiyyətlər böyük ehtirama layiqdirlər. Onlarla bağlı bu cür tədbirlər tək bir universitetdə və tədqiqat institutunda deyil, geniş auditoriyalarda davam etdirilməlidir.
Rektor Georq Mamuliyaya və Ramiz Abutalıbova dəyərli bir kitabı ərsəyə gətirdiklərinə görə minnətdarlığını bildirib, bu cür əhəmiyyətli işin davam etdirilməsinin vacibliyini söyləyib. Mamuliyanın Cümhuriyyət tarixi ilə bağlı böyük məlumatlara malik olduğunu deyən H.Paşayev onun alimlərimizin arxiv sənədlərini əldə etmələrinə dəstək verdiyini söyləyib.
Sonda müəlliflər imzaladıqları kitabları tədbir iştirakçılarına hədiyyə ediblər.
Xəbər lenti
Hamısına baxDünya
20 Sentyabr 12:35
Dünya
20 Sentyabr 11:28
Analitik
20 Sentyabr 11:11
Dünya
20 Sentyabr 10:43
Dünya
20 Sentyabr 10:17
Dünya
20 Sentyabr 09:52
İdman
20 Sentyabr 09:20
Gündəm
20 Sentyabr 08:43
Dünya
19 Sentyabr 23:30
Hadisə
19 Sentyabr 22:40
Dünya
19 Sentyabr 22:19
Siyasət
19 Sentyabr 21:35
Mədəniyyət
19 Sentyabr 21:33
Sosial
19 Sentyabr 20:25
Sosial
19 Sentyabr 19:17
Siyasət
19 Sentyabr 18:34
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50

