/ / MDB dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısı Azərbaycan diplomatiyasının növbəti uğuru ilə yadda qaldı
MDB dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısı Azərbaycan diplomatiyasının növbəti uğuru ilə yadda qaldı
08.12.2018 [10:15]
Prezident İlham Əliyevin yüksək məharətlə və müdrikliklə həyata keçirdiyi xarici siyasət kursu milli maraqlarımızın qorunmasına, ölkəmizin beynəlxalq münasibətlərdə mövqeyinin və rolunun gücləndirilməsinə xidmət edir
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti əsasında 6 dekabr tarixində Sankt-Peterburq şəhərində keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısında iştirak edib. Əvvəla qeyd edək ki, MDB çərçivəsində il ərzində görülən işlər barəsində geniş fikir mübadiləsinin aparıldığı belə zirvə toplantılarında həm də gələcək fəaliyyət istiqamətləri ətraflı müzakirə olunur. Vurğulamaq lazımdır ki, MDB dövlət başçılarının qeyri-rəsmi Sankt-Peterburq görüşü işgüzar və səmimi şəraitdə keçirilib. Eyni zamanda, dövlət başçıları birlikdə nahar ediblər və sonra Mariinskiy Teatrda “Şelkunçik” balet tamaşasına baxıblar. Tamaşa zamanı Prezident İlham Əliyevin tədbirə ev sahibliyi edən Rusiya Prezidenti Vladimir Putinin yanında sağda əyləşməsi isə dövlətimizin başçısına, Onun şəxsiyyətinə xüsusi hörmət və ehtiramın göstəricisidir.
Tədbir çərçivəsində Prezident İlham Əliyevin Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ilə də söhbəti olub və söhbət zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə əlaqədar fəal danışıqların davam etdirilməsi və atəşkəs rejiminin möhkəmləndirilməsi ətrafında müzakirələr aparılıb. Azərbaycanın qəti mövqeyi ondan ibarətdir ki, işğala əsaslanan status-kvo tezliklə dəyişdirilməlidir. Qeyd edək ki, söhbət çərçivəsində Ermənistan və Azərbaycan arasında saxlanılan şəxslərin qarşılıqlı şəkildə dəyişdirilməsi məsələsi də müzakirə predmetinə çevrilib. Prezident İlham Əliyev Azərbaycanın bu məsələdə mövqeyini vurğulayaraq bildirib ki, “hamının hamıya” prinsipi əsasında dəyişdirmə tam olmalı, o cümlədən Dilqəm Əsgərov və Şahbaz Quliyev onların arasında yer almalıdır. Əlbəttə ki, humanist xarakter daşıyan bu kimi addımlar danışıqlar prosesinə müsbət təsir göstərə bilər. ATƏT-in Minsk qrupunun həmsədrləri də bu mövqeyi dəstəkləyirlər. Ermənistan tərəfi də bunu nəzərə almalıdır. Ümumiyyətlə, Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsini dövlətimizin başçısı daim diqqətdə saxlayır, bu istiqamətdə böyük səylər göstərir.
Bir məqamı da xüsusi olaraq vurğulamaq lazımdır. İşğalçı siyasətini davam etdirən Ermənistanın regionda təcrid vəziyyəti dərinləşir, təcavüzkar ölkə bütün diplomatik cəbhələrdə uduzmaqda davam edir. MDB ölkələrinin qeyri-rəsmi zirvə görüşündən əvvəl keçirilmiş Avrasiya İqtisadi Birliyinin iclasında da Ermənistan təcrid durumuna düşüb. Belə ki, Ermənistanın baş naziri vəzifəsini icra edən N.Paşinyanın rəyi nəzərə alınmadan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti Baş katibinin Belarusdan olması barədə üzv dövlətlər tərəfindən qərar qəbul olunacaq. Beləliklə, Ermənistan növbəti dəfə siyasi və diplomatik məğlubiyyətlə üzləşib, yəni bu ölkənin təşkilatda baş katib vəzifəsini özündə saxlamaqla bağlı bütün səyləri fiasko ilə nəticələnib.
Bəllidir ki, yeni Baş katibin təyinatı məsələsini Prezident İlham Əliyev Ermənistan istisna olmaqla, KTMT-yə üzv olan bütün ölkələrin dövlət başçıları ilə bu və ya digər formada müzakirə edib. Ümumilikdə isə, işğalçı Ermənistanın siyasi, iqtisadi, diplomatik müstəvidə və digər platformalarda çoxsaylı məğlubiyyətləri Azərbaycanın qələbəsi kimi xarakterizə edilə bilər. Çünki Azərbaycanın səmərəli və qətiyyətli xarici siyasət kursu, eləcə də aktiv hücum diplomatiyası Ermənistanın təcrid vəziyyətinə düşərək dalana dirənməsini və nəticə etibarilə iflas və məğlubiyyətlərlə üzləşməsini şərtləndirib. Məhz Ermənistanın tamhüquqlu üzv olduğu KTMT-də növbəti dəfə acı məğlubiyyəti belə nümunələr sırasında yer alır.
Ümumiyyətlə, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyinin möhkəmlənməsini və rolunun artmasını təmin edən faktor Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu “strateji diplomatiya”dır. Təsadüfi deyil ki, bu gün Azərbaycan prinsipial xarici siyasət həyata keçirir, milli maraqlarla bağlı bütün məsələlərdə qətiyyətli mövqe nümayiş etdirir. Başqa sözlə, Azərbaycanın xarici siyasəti sırf ölkənin milli maraqlarına əsaslanır və əsas strateji hədəf ölkəmizin beynəlxalq mövqeyinin mütəmadi olaraq möhkəmlənməsidir. Bu kontekstdə həyata keçirilən çoxşaxəli, tarazlaşdırılmış və praqmatik xarici siyasətin qanunauyğun nəticəsi kimi, ölkəmiz, eyni zamanda, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Milli maraqlara müvafiq surətdə reallaşdırılan xarici siyasət sayəsində Azərbaycan həm ikitərəfli, həm çoxtərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Reallıq budur ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır. Nəticə etibarilə, dövlətimizin başçısının həyata keçirdiyi “strateji diplomatiya” siyasəti Azərbaycanın milli maraqlarının qorunmasını və qələbəsini təmin edir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14

