Parisdə Ümummilli lider Heydər Əliyevə həsr olunmuş anım mərasimi keçirilib
14.12.2018 [09:38]
Ölkəmizin Fransadakı səfirliyi və UNESCO yanındakı daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Ulu öndər Heydər Əliyevin əziz xatirəsi yad edilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edən Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Ümummilli lider Heydər Əliyevin ölkəmizin iqtisadiyyatının, sosial həyatının və mədəniyyətinin inkişafında atdığı qətiyyətli addımlardan söz açıb. O, Ulu öndərin ölkəmizin müstəqilliyi uğrunda fəaliyyətə hələ ötən əsrin 70-80-ci illərindən başladığını diqqətə çatdırıb. Hələ sovet dövründə milli sənayemizin, elmimizin və mədəniyyətimizin təməlini qoyduğunu qeyd edib.
R.Mustafayev bildirib ki, əgər 1980-ci illərin sonunda Heydər Əliyev hakimiyyətdə olsaydı, bu gün Dağlıq Qarabağ münaqişəsi də olmazdı. 1987-ci ildə M.Qorbaçovun Heydər Əliyevə qarşı tutduğu qərəzli mövqedən sonra erməni separatçıları və Ermənistanın Azərbaycana qarşı təcavüzü baş qaldırıb.
Diqqətə çatdırılıb ki, ölkəmizin sosial böhrandan iflic vəziyyətə düşdüyü, xaos, vətəndaş müharibəsi ilə üzləşdiyi, xarici təcavüzə məruz qaldığı 1993-1994-cü illərdə Heydər Əliyev şəxsiyyətinin, eləcə də siyasi görüşlərinin böyüklüyü aydın şəkildə özünü göstərib. O, ölkəmizi belə çətin bir vəziyyətdən çıxarmağa nail olub. Bu gün iqtisadi və sosial böhranlarla üzləşən bəzi böyük dövlətlər Ulu öndərin böhranların idarə edilməsi sahəsindəki təcrübəsindən bəhrələnməlidir.
Diplomat qeyd edib ki, məhz həmin çətin illərdə Ümummilli lider müasir Azərbaycan dövlətinin müstəqilliyini möhkəmləndirməyə, iqtisadi inkişafa, mürəkkəb geosiyasi məkanda yerləşən ölkəmizin sabitliyinin bərpasına nail olub. Fəal xarici siyasəti sayəsində Heydər Əliyev Azərbaycanı nüfuzlu regional aktora və Avropanın enerji təhlükəsizliyini təmin edən ölkəyə çevirib. Ölkəmizdə dərin böhranın yaşandığı 1993-1994-cü illərdə Heydər Əliyev Azərbaycanın müstəqil dövlət ideologiyasının təməlini qoyub. Həmçinin ölkəmiz dünya dövlətləri ilə balanslaşdırılmış münasibətlər qurub.
Anım mərasimində səfir Anar Kərimov, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputat Sabir Hacıyev, əslən azərbaycanlı olan fransız aktyor Robert Hossein, Fransada Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Mansel, səfirliyimizin və daimi nümayəndəliyimizin əməkdaşları, Parisdə yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.
Sonra Fransanın Alfred Cortot adına ali musiqi məktəbinin tələbələri Vurğun Vəkilov (piano) və Ağarəhim Quliyev (fleytaçı) klassik musiqilər ifa ediblər. Gənc musiqiçilərin ifasında Ümummilli liderin çox sevdiyi “Küçələrə su səpmişəm” xalq mahnısı da səslənib.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

