Azərbaycan Dövlət Pedaqoji Universitetində akademik Ramiz Mehdiyevin kitabının təqdimatı olub
20.12.2018 [10:22]
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tarix və coğrafiya fakültəsinin təşkilatçılığı ilə universitetdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yeni işıq üzü görmüş “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi. XVII əsr - XVIII əsrin ilk dörddəbiri” adlı kitabının təqdimatı keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, təqdimatda universitetin rəhbərliyi, professor-müəllim heyəti, AMEA-nın Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun əməkdaşları iştirak ediblər.
Tədbiri açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, təqdimatı keçirilən kitab bu gün tarix elmimiz üçün çox aktual olan bir mövzuya həsr edilib. Akademik Ramiz Mehdiyev Səfəvilər dövləti ilə bağlı bir neçə kitabın müəllifidir. Böyük alimin geniş və hərtərəfli elmi tədqiqatları nəticəsində ərsəyə gətirdiyi həmin kitablar elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Yeni əsərin əsas özəlliyi Ramiz Mehdiyevin həm tədqiqatçı-alim, həm də dövlət xadimi olaraq Səfəvilər dövlətinə yeni prizmadan yanaşmasıdır. Bu əsər Azərbaycan tarixşünaslığında və siyasi elmində Qriqorian kilsəsinin Səfəvilər dövlətinə qarşı kəşfiyyat və siyasi-ideoloji fəaliyyətinin geniş işıqlandırılmasına göstərilən ilk cəhddir. Çoxsaylı mötəbər elmi mənbələr əsasında yazılmış bu fundamental əsərdə problemlərin qoyuluşu və həlli tamamilə yenidir. Əsərdə Vatikan tərəfindən göndərilmiş katolik missiyasının qeyd etdiyimiz dövrdə Səfəvilərə qarşı həyata keçirdiyi ideoloji və casusluq fəaliyyətinin strategiya və taktikası, həmçinin Qriqorian kilsəsinin katolik missiyası ilə əlaqələri ardıcıl və dəqiq aydınlaşdırılır. Əsərdə erməni siyasi elitasının satqınlığı, Qriqorian kilsəsinin fitnəkar, pozucu, casusluq fəaliyyəti ifşa edilir. Konkret elmi-tarixi faktlara söykənən bu əsər sistemli fəaliyyətin uğurlu davamıdır. Əsərin rus dilində yazılması onun istifadə imkanlarının və oxucu auditoriyasının genişlənməsinə imkan verir. Bu əsər bütövlükdə tarix elmimizə böyük töhfədir.
Tədbirdə çıxış edən AMEA Tarix İnstitutunun professoru Şahin Fazil, ADPU-nun Azərbaycan tarixi kafedrasının müdiri, dosent Naibə Əhmədova, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimli, universitetin Azərbaycan tarixi kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Elman Mirzəyev akademik Ramiz Mehdiyevin mötəbər elmi-tarixi mənbələr əsasında yazdığı yeni əsərin çox maraqlı və aktual mövzuya həsr olunduğunu bildiriblər. Çıxışlarda qeyd edilib ki, bu əsərdə Qriqorian kilsəsinin Səfəvilər dövlətinə qarşı apardığı pozucu kəşfiyyat və siyasi-ideoloji fəaliyyət geniş işıqlandırılır. Əsər, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin obyektiv araşdırılması üçün böyük əhəmiyyət kəsb edir.
Sonra kitabla bağlı müzakirələr aparılıb. AMEA-nın müxbir üzvü, professor Vəli Əliyev, professor Himalay Qasımov, dosent Sevinc Seyidova, dosent Elmira Süleymanova çıxış edərək bu dəyərli əsərin bütün türk xalqları üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Xəbər lenti
Hamısına baxGündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43

