Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Müstəqil və prinsipial xarici siyasət həyata keçirən Azərbaycana qarşı “qara piar” kampaniyası aparılır

Müstəqil və prinsipial xarici siyasət həyata keçirən Azərbaycana qarşı “qara piar” kampaniyası aparılır

22.12.2018 [10:46]

“The Guardian” nəşrində Azərbaycanla bağlı iftira və böhtan xarakterli materialın dərc edilməsi bu kampaniyanın tərkib hissəsidir
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan özünəməxsus inkişaf modelinə malikdir. Bununla yanaşı, həyata keçirilən uğurlu xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənib və Azərbaycan etibarlı strateji tərəfdaş kimi tanınır. Reallıq budur ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır.
Şübhəsiz ki, bütün bu nailiyyətlər anti-Azərbaycan dairələr tərəfindən qısqanclıq və narahatlıqla qarşılanır. Bu səbəbdən həmin çevrələr ölkəmizə qarşı qarayaxma kampaniyası aparır, bu məqsədlə müxtəlif üsul və vasitələrdən istifadə edirlər. Məhz dekabrın 21-də Böyük Britaniyanın “The Guardian” nəşrində Azərbaycan Respublikası Prezidentinin ailə üzvləri ilə bağlı verilmiş iftira və böhtan xarakterli material da “qara piar” kampaniyasının tərkib hissəsidir. Bu tipli iftiralar müxtəlif xarici KİV-lər tərəfindən əvvəlki dövrdə də irəli sürülüb, lakin heç zaman təsdiqini tapmayıb.
Ekspertlər qeyd edirlər ki, Qərb KİV-lərində zaman-zaman dərc olunan bəzi materiallar, o cümlədən “The Guardian” nəşrində verilən belə məqalələr müstəqil və prinsipial xarici siyasət yürüdən Azərbaycan Respublikasına, onun region dövlətləri, o cümlədən Rusiya və MDB ölkələri, Türkiyə, İran və s. ilə gündən-günə inkişaf edən, qarşılıqlı maraqlara və mehriban qonşuluq prinsipinə əsaslanan əlaqələrinə təzyiq xarakteri daşıyır.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Elman Nəsirov Azərbaycana qarşı bu cür qarayaxma kampaniyalarının aparılmasının ilk dəfə olmadığını deyib: “Biz bundan əvvəl də ölkəmizə qarşı bu cür qərəzli kampaniyaların aparılmasının şahidi olmuşuq. Lakin həmin qərəzli dairələr tərəfindən irəli sürülən iddialar heç vaxt öz təsdiqini tapmayıb. Məhz bu cür kampaniyalara yenidən start verilməsi təsadüfi xarakter daşımır. Çünki Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın ciddi nailiyyətlər əldə etməsi anti-Azərbaycan dairələr tərəfindən böyük narahatlıqla qarşılanır, onlar bu cür kampaniyalar vasitəsilə uğurlarımızın üzərinə kölgə salmağa çalışırlar”.
Azərbaycanın regionun lider dövləti və sabitlik adası olduğunu deyən millət vəkili əlavə edib ki, Bakı dünyanın diplomatik paytaxtlarından birinə çevrilib, respublikamızın qlobal əhəmiyyətli çox mühüm və mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin yüksək nüfuzundan xəbər verir: “Azərbaycan beynəlxalq səviyyədə strateji dialoq və qarşılıqlı etimad mühitinin formalaşmasına da öz töhfəsini verir. Dekabrın 12-də Bakıda Rusiya və NATO-nun ali hərbi rəhbərlərinin növbəti görüşünün keçirilməsi də bunun bariz nümunəsidir. Əlbəttə, bütün bunları görən anti-Azərbaycan dairələr fəallaşmağa başlayırlar, onlar həqiqətləri əks etdirməyən, yalan, iftira və böhtan xarakterli məlumatlar yayırlar”.
“Azərbaycan balanslaşdırılmış və çoxvektorlu xarici siyasət kursunu uğurla davam etdirir, respublikamızın Rusiya, İran və MDB ölkələri ilə münasibətləri inkişaf edir. Hətta Azərbaycanın üzv olmadığı təşkilatlarda da ölkəmizə böyük inam və dəstək mövcuddur. Azərbaycanın mütəmadi olaraq qüdrətinin artması, beynəlxalq mövqeyinin daha da möhkəmlənməsi fonunda Ermənistan tənəzzül və silsilə uğursuzluqlarla üzləşir, uçuruma gedir. Bütün bu reallıqların fonunda anti-Azərbaycan dairələr müxtəlif üsullara əl atır, ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. Amma bu cür cəhdlərin heç bir nəticəsi olmayacaq, Azərbaycana qarşı qarayaxma kampaniyası aparan qərəzli dairələr iflasa uğrayacaqlar”, - deyə millət vəkili vurğulayıb.
Milli Məclisin deputatı Rauf Əliyev isə bildirib ki, Azərbaycan beynəlxalq müstəvidə yüksək nüfuza malikdir və ölkəmizin dostlarının, tərəfdaşlarının sayı mütəmadi olaraq artır: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü daxili və xarici siyasət nəticəsində ölkəmiz dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir və sabitlik adası kimi tanınır. Ötən müddət ərzində beynəlxalq vəziyyətin gərginləşməsinə, ayrı-ayrı regionlarda qanlı toqquşmaların, müharibələrin, etiraz aksiyalarının baş verməsinə baxmayaraq, Azərbaycanda sabitlik, təhlükəsizlik qorunub saxlanılıb. Regionun siyasi, iqtisadi və humanitar mərkəzi kimi çıxış edən ölkəmiz sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. Digər tərəfdən, Azərbaycan öz təklif və təşəbbüsləri ilə dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, qlobal xarakterli problemlərin həllinə dəyərli töhfələr verir”.
“Ölkəmizin davamlı olaraq güclənməsini istəməyən, beynəlxalq nüfuzunun mütəmadi şəkildə artmasından narahatlıq keçirən qərəzli dairələr tərəfindən Azərbaycana qarşı qarayaxma kampaniyası aparılır. “The Guardian” nəşrində dərc edilmiş material da bu kampaniyanın tərkib hissəsidir. Sözügedən material həqiqətləri əks etdirmir, qərəzli və qeyri-obyektiv xarakter daşıyır. Bu cür vasitələrlə Azərbaycanı inkişaf yolundan və milli maraqlara əsaslanan prinsipial, müstəqil siyasətindən döndərmək mümkün deyil”, - deyə millət vəkili bildirib.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 560 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31