/ / Prezident İlham Əliyev dünyada təcrübəli və uzaqgörən siyasi xadim, Azərbaycanın həqiqi lideri kimi böyük nüfuz qazanıb
Prezident İlham Əliyev dünyada təcrübəli və uzaqgörən siyasi xadim, Azərbaycanın həqiqi lideri kimi böyük nüfuz qazanıb
25.12.2018 [10:06]
Rusiya Prezidenti Vladimir Putinin təbrik məktubunda qeyd edilir ki, Prezident İlham Əliyevin Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə şəxsi töhfəsi əvəzsizdir
Məlumdur ki, Azərbaycan Respublikası hər zaman işğalçı Ermənistan istisna olmaqla qonşu dövlətlərlə münasibətlərin ən yüksək səviyyəyə çatdırılmasında maraqlı olub. Yəni, ölkəmizin ərazisinin 20 faizini işğal altında saxlayan Ermənistan istisna olmaqla bu gün Azərbaycanın bütün qonşu ölkələrlə yüksək səviyyəli iqtisadi-siyasi münasibətləri mövcuddur. Eyni zamanda, ölkəmiz regionda sabitləşdirici aktor kimi fəaliyyət göstərməklə bölgədə və beynəlxalq səviyyədə əməkdaşlığa, təhlükəsizliyə mühüm töhfələr verir. Bütün bunların fonunda ölkəmiz hazırda regional güc mərkəzi kimi bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir.
Bu baxımdan, Azərbaycan-Rusiya münasibətləri də hər zaman yüksələn xətlə inkişaf etməkdədir. Bu gün iki ölkəni möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Tərəflərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır.
Rusiya Azərbaycanla münasibətləri yüksək qiymətləndirir
Eyni zamanda, hər iki ölkənin dövlət başçıları münasibətləri strateji tərəfdaş kimi səciyyələndirirlər. Belə ki, qarşılıqlı səfər və görüşlər iki ölkə arasındakı münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verir. Xüsusilə də dövlət başçıları arasındakı yüksək səviyyəli əlaqələr, görüşlər ikitərəfli münasibətlərin müzakirəsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Vurğulanmalıdır ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün dünyada nüfuzlu siyasi lider kimi qəbul edilir. Yeri gəlmişkən, Rusiya Prezidenti Vladimir Putinin Prezident İlham Əliyevə təbrik məktubunda da bildirilir ki, Azərbaycan Prezidenti həmvətənləri arasında və xaricdə haqlı olaraq təcrübəli və uzaqgörən siyasi xadim, öz ölkəsinin həqiqi lideri kimi nüfuz qazanıb. Rusiya Prezidenti onu da vurğulayıb ki, dövlətlərimiz arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə Prezident İlham Əliyevin şəxsi töhfəsi əvəzsizdir: “Siz həmvətənləriniz arasında və xaricdə haqlı olaraq təcrübəli və uzaqgörən siyasi xadim, öz ölkəsinin həqiqi lideri kimi nüfuz qazanmısınız. Dövlətlərimiz arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə Sizin şəxsi töhfəniz əvəzsizdir. Bizim aramızda yaranmış münasibətləri yüksək qiymətləndirirəm. Sizinlə konstruktiv dialoqun və sıx birgə işin davam edəcəyinə ümid bəsləyirəm”.
Rusiya Prezidentinin fikirləri Azərbaycanın dövlət başçısı İlham Əliyevin dünya siyasətində yüksək nüfuzunu göstərir
Qeyd olunduğu kimi, bu gün Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilib. Məhz Prezident İlham Əliyevin təşəbbüsü və şəxsi səyi nəticəsində reallaşan qlobal layihələr beynəlxalq təhlükəsizliyə və əməkdaşlığın dərinləşməsinə misilsiz töhfələr verir. Bu isə Azərbaycan Prezidentinin dünya liderləri arasında xüsusi yerə malik olduğunun, xalqımızın və dövlətimizin milli maraqlarını təmsil etdiyinin növbəti təsdiqidir.
Nəzərə alsaq ki, bu gün Rusiya Federasiyası dünyanın aparıcı güc mərkəzlərindən biridir, Rusiya Prezidentinin Azərbaycanın dövlət başçısı ilə bağlı fikirləri bir daha cənab İlham Əliyevin dünya siyasətində yüksək nüfuzunu göstərir. Prezident İlham Əliyevin bölgədə sülhün və əmin-amanlığın qorunması, iqtisadi münasibətlərin daha da gücləndirilməsi, ölkələr arasındakı əlaqələrin genişləndirilməsi istiqamətində apardığı siyasət Cənubi Qafqaz regionunun dünyanın yeni iqtisadi mərkəzi kimi təşəkkül tapmasına yol açıb. Azərbaycan Prezidentinin səyi nəticəsində region ölkələrinin liderləri arasında üçtərəfli və dördtərəfli görüşlərin baş tutması, Şimal-Cənub logistika dəhlizinin yaradılması işləri bir daha bu fikirləri təsdiqləyir. Hazırda iki ölkənin iştirakı ilə bu layihənin yaradılması istiqamətində intensiv işlər həyata keçirilir. Qeyd edək ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Həmçinin dəhliz Avropa-Cənubi Asiya-Yaxın Şərq ölkələri arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcək. Bu böyük layihənin reallaşması, onun təşəkkül tapması Azərbaycan Prezidentinin təşəbbüsü nəticəsində mümkün olub. Məhz Azərbaycan Prezidentinin nüfuzu və səyi qonşu dövlətlərin liderlərinin bir masa arxasında bu kimi vacib və qlobal layihələrin müzakirəsini təmin edib.
Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Rusiyanın səylərinə hər zaman hörmətlə yanaşır
Vurğulandığı kimi, Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət kursu Azərbaycan ilə Rusiya arasındakı əlaqələrin daha da möhkəmlənməsinə imkan yaradıb. Son illərdə Prezident İlham Əliyevlə Prezident Vladimir Putin bir neçə dəfə görüşüblər. Keçirilən görüşlər çərçivəsində səsləndirilən fikirlər tərəflər arasında strateji tərəfdaşlığa və qarşılıqlı etimada əsaslanan münasibətlərin uğurla inkişaf etdiyini göstərir. Bu isə Azərbaycanla Rusiya arasında münasibətlərin daha da dərinləşməsinə xidmət edir. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri çərçivəsində sentyabrın 1-də sənədlərin imzalanması mərasimi başa çatandan sonra dövlət başçılarının mətbuata bəyanatlarla çıxışları zamanı da bu məsələlərə xüsusi olaraq toxunulub. Prezident İlham Əliyev “Ölkələrimizin dövlət başçıları arasında müntəzəm əlaqələr bizim çox möhkəm bazaya əsaslanan münasibətlərimizə dinamizm verir. Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşların münasibətləridir”, - deyə vurğulayıb. Dövlətimizin başçısı onu da qeyd edib ki, Rusiya bizim qonşumuz, tarixi tərəfdaşımız və dostumuzdur.
Azərbaycanla Rusiya müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığı dərinləşdirməklə yanaşı, beynəlxalq təşkilatlarda da sıx əməkdaşlıq edirlər. Qeyd edilməlidir ki, Azərbaycanla Rusiya beynəlxalq arenada, o cümlədən BMT, Avropa Şurası, ATƏT çərçivəsində münasibətlərin daha da möhkəmlənməsinə xidmət edən qarşılıqlı fəaliyyət göstərirlər. Azərbaycanın və Rusiyanın dövlət başçılarının yüksək səviyyəli əlaqələri regional təhlükəsizlik məsələlərində, ilk növbədə isə uzun illərdən bəri davam edən və Azərbaycan xalqının böyük iztirablarına səbəb olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində mühüm yerə malikdir. Azərbaycan dövləti münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Rusiyanın səylərinə hər zaman hörmətlə yanaşır və inanır ki, Rusiya Federasiyası həm öz səyləri ilə, həm də ATƏT-in Rusiya, Fransa və ABŞ-ın daxil olduğu Minsk qrupunun həmsədr üçlüyünün üzvü kimi münaqişənin həlli ilə bağlı razılaşmaların əldə edilməsinə nail olmaq üçün əlindən gələni edəcək.
Azərbaycanla Rusiya Federasiyası arasında iqtisadi əlaqələr uğurla inkişaf etdirilir
Yeri gəlmişkən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərin inkişafına təkan verən mühüm faktorlardan biri də ölkələr arasındakı iqtisadi əlaqələrdir. Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin ölkə başçısı kimi fəaliyyət göstərdiyi son 15 ildə bu əlaqələr yüksələn xətlə inkişaf edib. Bunun nəticəsidir ki, 2017-ci ilin yekununa görə, Azərbaycanla Rusiya arasında əmtəə dövriyyəsi təxminən 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Bu isə olduqca yüksək göstərici sayılır.
İki güclü region dövlətinin iqtisadi sahədə əməkdaşlığının spektri isə kifayət qədər genişdir. Neft-qaz sahəsində əməkdaşlıq Azərbaycanla Rusiya arasında iqtisadi münasibətlərin ənənəvi və çox mühüm halqasını təşkil edir. Bundan başqa, Azərbaycanla Rusiya arasında uğurlu iqtisadi əməkdaşlığın digər bir mühüm istiqaməti elektroenergetika sektorudur. Azərbaycanın Rusiyaya və qonşu ölkənin respublikamıza investisiya qoyuluşunu getdikcə artırmaları da olduqca müsbət haldır. Bu, bir tərəfdən, hər iki ölkədə investisiya cəlbediciliyinin yüksək olmasını təsdiqləyir, digər tərəfdən isə, qarşılıqlı inamı əks etdirir.
İkitərəfli münasibətlər iki ölkənin regionları arasında da əlaqələrin inkişaf dinamikasını sürətləndirib. Ümumiyyətlə, dövlət başçılarının siyasi iradəsi əsasında 9 dəfə regionlararası forumun keçirilməsi müstəsna əhəmiyyətə malikdir. Hazırda iki ölkənin ayrı-ayrı regionları arasında əlaqələr kifayət qədər yüksək səviyyədədir. Rusiya Federasiyasının 70-dən artıq subyekti Azərbaycanla iqtisadi əlaqələr saxlayır.
Nəticə etibarilə, Azərbaycan ilə Rusiyanın regionları arasında çox fəal əməkdaşlıq münasibətləri formalaşıb və bu əlaqələrin formalaşmasında Prezident İlham Əliyevin apardığı siyasət kursu, şəxsi nüfuzu mühüm əhəmiyyətə malikdir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14

