/ / Azərbaycan cəmiyyətinin böyük uğurlarının əsasında Prezident İlham Əliyevin modernləşmə siyasəti dayanır
Azərbaycan cəmiyyətinin böyük uğurlarının əsasında Prezident İlham Əliyevin modernləşmə siyasəti dayanır
26.12.2018 [09:28]
Sürətlə inkişaf edən, dünyanın nüfuzlu ölkələrindən birinə çevrilən Azərbaycanın qazandığı hər bir uğur Prezident İlham Əliyevin konkret hədəflərə hesablanan siyasətinin nəticəsidir. Məhz Prezident İlham Əliyevin uzaqgörən siyasəti, prinsipiallığı və beynəlxalq aləmdə böyük nüfuzu sayəsində Azərbaycan dünyanın siyasi və iqtisadi məkanında mövqeyini gündən-günə gücləndirir. Ötən 15 il ərzində dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmiz bir-birinin ardınca böyük uğurlar qazanıb. Azərbaycanın böyük uğurlarının əsasında Prezident İlham Əliyevin modernləşmə siyasəti dayanır.
AZƏRTAC Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqovun dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlardan bəhs edən məqaləsini təqdim edir.
Azərbaycan bu gün çox sürətlə hərtərəfli inkişaf edərək pozitiv dünya proseslərinə inteqrasiya etməkdədir. Müasir dövrdə inteqrasiya prosesi çoxtərəfli olması və mürəkkəbliyi ilə səciyyələnir. Bunu nəzərə alan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev inteqrasiya siyasətini həyata keçirərkən bütün zəruri məqamları, digər dövlətlərin əvvəllər buraxdığı nöqsanları diqqətdə saxlayaraq, ölkənin sivil dövlətlərə çatması, mədəniyyətlərarası dialoqun axtarışı istiqamətində daha səmərəli üsullardan istifadə prinsiplərini hədəf seçib, nəticədə, Azərbaycan qısa müddətdə dünya sivilizasiyaları sistemində modern olmaqla yanaşı, özünəməxsus ənənələrin də yüksək səviyyədə qorunduğu məkana çevrilib.
Bu inkişafın təməlində ideya əsasları Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan hüquqi-demokratik Azərbaycan dövlətinin davamlı inkişaf strategiyası dayanır. 2030-cu ilə qədər BMT-nin dünya ölkələri qarşısında qoyduğu 17 hədəfə nail olunması və bu hədəflərə çatmaqla dünya standartlarına cavab verən bir ölkə səviyyəsinə çatdırılması məhz Prezident İlham Əliyevin uğurlu sosial-siyasi, mədəni-iqtisadi siyasəti ilə mümkün olub. Bu istiqamətdə atılan addımlardan biri Azərbaycanın birinci Avropa Olimpiya Oyunlarına ev sahibliyi etməsi ilə nəinki postsovet ölkələri sistemi, eləcə də Avrasiya məkanı üçün yeni praqmatik siyasi-mədəni proseslərin başlanğıcı olmasıdır. Bu uğurların əsasında Azərbaycan Prezidentinin proqram xarakterli modernizasiya siyasəti kursu dayanıb. Belə ki, ilk Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsi artıq ölkədəki insan haqlarının qorunmasından, onların mühafizəsinə verilən xüsusi diqqətdən, eyni zamanda, ölkədəki insan kapitalı inkişafının məhz hüquqlarını qorumaqla həyata keçirilməsindən xəbər verir. BMT öz bəyanatlarında dəfələrlə qeyd edib ki, yalnız insan hüquqlarının qorunduğu və riayət edildiyi bir ölkədə Olimpiya oyunları keçirilə bilər.
Bu dövrdə ölkəmizin informasiya təminatında ölkə mətbuatının beynəlxalq internet şəbəkəsinə qoşulmasının da mühüm əhəmiyyətini qeyd etmək lazımdır. Elektron mətbuat Azərbaycan həqiqətlərinin daha sürətlə dünyaya çatdırılması üçün geniş imkanlara malik oldu. İndi ölkəmizin müxtəlif informasiya agentlikləri dünyanın bir çox ölkələrinə informasiya ötürür və qəbul edir. Azərbaycanın sosial-iqtisadi inkişafında neft hasilatından sonra ikinci prioritet sahə informasiya-kommunikasiya sisteminin qurulub inkişaf etdirilməsi olduğunu qeyd edən Prezident İlham Əliyev ölkəmizi elektron hökumət proqramının uğurlu icraçısı, ASAN xidmət şəbəkəsinin qurulması ilə dünyaya yeni texnoloji xidmət metodu ötürən ölkəyə, Azərbaycan peykinin orbitə buraxılması ilə postsovet məkanında fəal informasiya məkanı sahibinə çevirib.
Azərbaycan həm də Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə olduqca böyük sosial-iqtisadi layihənin həyata keçirilməsinə nail olub. Bu layihə regionda ən böyük layihələrdən olmaqla yeni İpək Yolunun başlanğıcı oldu. Aydındır ki, qədim İpək Yolunun mövcud olduğu zamanlarda Cənubi Qafqaz regionu bir körpü rolunu oynayıb və yenidən Azərbaycanın Türkiyə və Gürcüstanla bərabər yeni İpək Yolunda mühüm rol oynayan ölkələrdən birinə çevrilməsi məhz Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Azərbaycanın bu layihəni uğurla həyata keçirməsi onun qlobal əməkdaşlığa açdığı qapılardan sadəcə biridir. 2017-ci il sentyabrın 14-də Bakıda ölkəmiz üçün daha bir tarixi əhəmiyyətli hadisə baş verdi. Belə ki, Azərbaycan 6 ölkənin 11 şirkəti ilə 2050-ci ilə qədər “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni saziş imzaladı.
Müstəqilliyinin ilk quruculuq illərində beynəlxalq antiterror əməliyyatlarında müttəfiq olan Azərbaycan, müasir günümüzdə Prezident İlham Əliyevin praqmatik siyasəti nəticəsində antiterror əməliyyatlarının fəal iştirakçısıdır. Terrorizmlə mübarizə və daxili sabitliyin möhkəmləndirilməsi bu illər ərzində ölkəmizin siyasi kursunun oazisində dayanıb.
Bu gün dünya sistemi qloballaşır, ölkələr inteqrasiyaya doğru gedir, sosial və siyasi proseslər belə desək ümumiləşir. Bu nöqteyi-nəzərdən Azərbaycanda demokratik proseslərin müasir dövrün tələblərinə uyğun, milli inkişaf strategiyası ilə vəhdətdə həyata keçirilməsi olduqca aktual və yenidir. Müasir Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi həyatının hər il davam edən inkişafı dövlətimizin suverenliyinin daha da möhkəmlənməsinə, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun güclənməsinə yeni imkanlar yaradıb. Ölkədə gedən belə uğurlu siyasi kursun təməl prinsiplərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin praqmatik siyasi xətti dayanıb.
Beləliklə, əsas ideoloji prinsipləri Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ölkənin inkişafının siyasi-nəzəri əsasları İlham Əliyev tərəfindən yeni, aktual amillərlə zənginləşdirildi. Şübhəsiz, belə ideyaların məğzini dünyada sabitliyin qorunması, təhdidlərin birgə dəf edilməsi, terrorizmlə mübarizə, multikulturalizmin dövlət siyasətinə çevrilməsi kimi yeni qlobal ideyalara sadiqlik prinsipləri təşkil etmişdir. Xalqın gələcəyini müəyyən edən və cəmiyyətdə əhəmiyyətli çoxluğa malik olan gənclər siyasəti məsələsi bu gün dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 15-də imzaladığı “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizdə gəncliyin inkişafında növbəti mərhələnin təmin edilməsini nəzərdə tutan bu mühüm sənədin əsas məqsədi Azərbaycanda gənclər siyasətini daha da inkişaf etdirmək, onların bütün sahələrdə iştirakına geniş imkan yaratmaqdır.
Bu gün Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan Respublikası ənənəvi və modern multikulturalizm ölkəsinə çevrilmişdir. Dövlətimizin başçısının Azərbaycan Respublikasına Prezidentliyi dövründə keçid mərhələsi böyük uğurla başa çatmış, sosial dövlət və siyasi sabitliyin institusional əsasları möhkəmlənmişdir. Ölkəyə qoyulan investisiyalar və Azərbaycanın xarici ölkələrə yatırdığı sərmayələrin qarşılıqlı fayda sistemi bərqərar oldu. Regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində yeni müəssisə və iş yerlərinin yaranması, əhalinin məşğulluğunun artması davamlı prosesə çevrildi.
Prezident İlham Əliyev təhsilin inkişafı üçün də bütün müasir metodların tətbiq olunmasına çalışmış, aparılan ictimai, ideoloji, iqtisadi, administrativ mübarizə metodları radikalizmə qarşı mübarizədə də mühüm rol oynayaraq Azərbaycanı müsəlman dünyasının inkişaf etmiş modern ölkəsinə çevirmişdir. Prezident İlham Əliyev bu illər ərzində Dağlıq Qarabağ probleminin həllini hər zaman Azərbaycanın xarici siyasət kursunun prioritet məsələsi hesab edərək, bütün qüvvəsini torpaqlarımızın işğaldan azad edilməsi istiqamətinə səfərbər etmişdir. 2016-cı ildə aparılan uğurlu aprel döyüşlərində yüksək strateji nöqtələr işğaldan azad edildi. Qarabağa böyük qayıdışın uzaqda olmadığı, ordumuzun böyük uğurlar qazanmağa hazır olduğu aydın oldu.
Azərbaycan regionlarında həyata keçirilən sosial infrastruktur quruculuğu ölkəmizin müasir mənzərəsini səciyyələndirən əsas cəhətlərdən biridir. Ölkəmizdə uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarında ayrı-ayrı bölgələrdə sosial təyinatlı obyektlərin inşasına dair çoxlu sayda müddəalar öz əksini tapıb. Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin bir çoxu artıq reallaşdırılıb. Hazırda regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı çərçivəsində bütün ölkə boyu sosial təyinatlı obyektlərin inşası və yaxud yüksək səviyyədə yenidən qurulması intensiv şəkildə davam etdirilir.
2017-ci ildə Azərbaycanda İslam Həmrəyliyi ilinin elan edilməsi isə yalnız İslam ölkələrinin həmrəyliyi çağırışları deyil, həm də dünyanın bəzi dairələrindən təhdidlərə məruz qalan müsəlman xalqlarına təhdidlərə son qoymaq, sivilizasiyaları dialoqa yeni çağırışlar idi.
Bu nöqteyi-nəzərdən, 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncamı Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olması yolunda müstəqillik ideallarına əbədi ümumxalq bağlılığın təntənəli təcəssümüdür. Prezidentin rəhbərliyi altında həyata keçirilən tədbirlər isə ölkəmizin “Yenilənən Azərbaycan” modeli əsasında modernizasiya siyasətinin uğurlu nəticəsidir.
Xəbər lenti
Hamısına baxİdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48

