/ / Müxalifət adı altında destruktiv fəaliyyət göstərən anti-milli qruplar Azərbaycanın milli maraqlarına qarşı mübarizədə ən çirkin vasitələrdən istifadə edirlər
Müxalifət adı altında destruktiv fəaliyyət göstərən anti-milli qruplar Azərbaycanın milli maraqlarına qarşı mübarizədə ən çirkin vasitələrdən istifadə edirlər
10.01.2019 [09:53]
Cinayət törədərək haqlı cəzasını almış bir şəxslə bağlı yalan məlumatlar əsasında kampaniya təşkil etmək, bu hadisəni az qala dövlət əhəmiyyətli məsələyə çevirmək cəhdi radikalların Azərbaycan cəmiyyətinə və ölkəmizin hüquq sisteminə qarşı hörmətsiz yanaşdıqlarını göstərir
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan bu bölgənin siyasi, iqtisadi atmosferinin formalaşmasında həlledici təsirə malikdir. Məhz bu imkanlarından yararlanaraq ölkəmiz daxili sabitlik və çoxşaxəli xarici əlaqələr əsasında bölgədə sülh və sabitliyin təmin olunmasında öz mövqeyini konkret fəaliyyəti ilə ortaya qoyur. Azərbaycan başqa dövlətlərlə münasibətlərdə suveren hüquqlara hörmət və qarşılıqlı etimad prinsiplərini rəhbər tutur. Bu həm də ölkəmizin müstəqil inkişafından və öz gücünə arxalanmasından irəli gəlir.
Azərbaycan iqtidarı güclü, dünyada böyük nüfuza malik, öz milli maraqlarını müdafiə etməyi bacaran dövlət quruculuğunu başlıca vəzifə hesab edir və bu istiqamətdə ardıcıl və prinsipial siyasət həyata keçirir.
Çox təəssüf ki, illərdir müxalifət düşərgəsində lövbər salmış radikal müxalifət partiyaları və onların rəhbərləri ölkəmizdəki mövcud inkişaf prosesləri ilə ayaqlaşa, cəmiyyətin maraq və mənafelərinə uyğun fəaliyyət ortaya qoya bilmirlər. Əksinə, bu dağıdıcı qruplar ayrı-ayrı anti-Azərbaycan dairələrin təsiri altında ölkəni geriyə sürükləməyə çalışırlar. Özünü “ana müxalifət” kimi təqdim edən AXCP-nin sədri Əli Kərimlinin davranışlarının təhlili göstərir ki, o, normal, şüurlu şəkildə hərəkət edən şəxs deyil. Buna görə də onun və yaxın ətrafının bütün çıxışları, sosial şəbəkələrdə paylaşdıqları, mitinqlərdə söylədiyi fikirlər “xəstə təxəyyülünün məhsulu”nu xatırladır və adi boşboğazlıqdan başqa bir şey sayılmır. Natamamlıq sindromundan əziyyət çəkən Əli Kərimli, Cəmil Həsənli kimilər oyun qaydalarını qəbul edə bilmir, özündən çox güclü rəqiblə bacara, iddialarını reallaşdıra bilmədiklərinə görə əziyyət çəkir, lakin yenə də 10 milyonluq xalq “məhz mən deyən kimi yaşamalıdır” fantaziyasından əl çəkmirlər. Bu, artıq AXCP sədrində ciddi psixoloji problemlərin olduğunu aydın göstərir. Onlar dərk edə bilmirlər ki, bugünkü Azərbaycan artıq 1993-cü ildəki dövlət deyil, dünyada qəbul edilən, nüfuzlu, güclü, özünü müdafiə etməyi bacaran, öz sözünü deyən bir dövlətdir.
Radikalların destruktiv fəaliyyətlərindən biri də cinayət törədərək layiq olduğu cəzasını almış şəxslərlə bağlı yalan məlumatlar əsasında kampaniya təşkil etməkdir. Onların bu hadisəni az qala dövlət əhəmiyyətli məsələyə çevirmək cəhdi bu insanların nə qədər qeyri-ciddi olduğunu və cəmiyyətə hörmətsiz yanaşdıqlarını göstərir. Burada söhbət Mehman Hüseynovdan gedir. Xatırladaq ki, M.Hüseynov 2017-ci il martın 3-də həbs olunub. O, Suraxanı rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Ötən il dekabrın 26-da isə Penitensiar Xidmət açıqlama yayaraq bəyan edib ki, 14 saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı məhkum Hüseynov Mehman Rafiq oğlu müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb. Bu faktla bağlı Bakı şəhəri Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlanıb. Antimilli qruplar və onların xaricdəki havadarları isə bu hadisədən Azərbaycanın əleyhinə növbəti kampaniya başlamaq üçün fürsət kimi istifadə edirlər. Məsələ elə təqdim edilir ki, guya M.Hüseynov quru aclıq keçirir, səhhəti kritik durumdadır. Amma Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin məlumatına əsasən, Mehman Hüseynov aclıq aksiyası keçirmir və səhhəti qaydasındadır. Onun qidalandığı, vəkili ilə görüşdüyü, ailə üzvləri ilə telefonla danışdığı rəsmi məlumatda təsdiqini tapır.
Əslində, bu kampaniyanın arxasında kimlərin durduğu, məqsədin Azərbaycan dövlətinə təzyiq göstərmək cəhdi olduğu bəllidir. Lakin antimilli şəbəkə və onların xaricdəki havadarları unutmamalıdırlar ki, bütün bu cəhdlər əbəsdir. Çünki dəfələrlə sübut olunub ki, Azərbaycan dövləti ilə təzyiq vasitəsilə danışmaq, qarayaxma kampaniyası vasitəsilə onu gözəştə məcbur etmək mümkün deyil.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14

