Bəhruz Quliyev: Uğursuz mitinq Əli Kərimliyə və tərəfdaşlarına növbəti məğlubiyyət dərsi verdi
22.01.2019 [10:00]
Əvvəlcədən də gözlənildiyi kimi, özünü “Demokratik Qüvvələrin Milli Şurası” adlandıran qurumun mitinqi növbəti uğursuzluqla nəticələndi və bu reallıq artıq uzun illərdir ki, Əli Kərimlini müşayiət etməkdədir.
Bunu “Trend”ə “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bir neçə gün əvvəl Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda “Milli şura”nın keçirdiyi mitinqi və onun nəticələrini şərh edərkən deyib.
Baş redaktorun sözlərinə görə, sağlam düşüncəli ictimai rəy bu qaragüruhçuların sözlərinə, fikirlərinə, ümumiyyətlə, əhəmiyyət vermir, çünki onların məqsədləri heç də Azərbaycanın dövlətçilik məsələlərinə yönəlməyib: “Bu mitinqdə çıxış edən qaragüruhçu “liderlər”in bir neçə gün öncə Avropa Parlamentinin qəbul etdiyi saxta və əhəmiyyətsiz “qətnamə”sindən doğan çirkin məqsədlərinin şahidləri olduq. Corc Sorosun və onun Rebbeka Harms kimi əlaltılarının buyruq qullarına çevrilən bu siyasətbazlar guya “aclıq aksiyası” keçirənlərdən, xüsusilə Mehman Hüseynov sarıdan “narahat” olduqlarını dilə gətirdilər. Lakin hər kəs əmindir ki, onların heç biri nə Əli Kərimlini, nə də digərlərini maraqlandırır. Onları maraqlandıran ciblərinə axacaq qrantlar və s. maddi vəsaitlərdir. Ümumiyyətlə, uğursuz mitinq barədə bir çox mülahizələr irəli sürmək olar və ən əsası, bu adamlar öz siyasi aksiyalarında bir dəfə də olsun ki, qaçqınlarımız, işğal olunmuş torpaqlarımız barədə etiraz səslərini ucaltmayıblar. Məhz bu fakt başda “Milli şura” və onun rəhbərləri olmaqla, bütövlükdə dağıdıcı müxalifətin aşkar simasızlığını ortaya qoymuş olur”.
B.Quliyev qeyd edib ki, artıq hər kəs Ə.Kərimlinin, Cəmil Həsənlinin çağırışlarından, boş-boş vədlərindən bezib. Əbəs deyil ki, “Milli şura”nın mitinqinə qatılmayan insanlar bu və ya digər şəkildə müxalifət “liderlər”inə qarşı antipatiyalarını sərgiləyirlər. Artıq cəmiyyət bütün mənalarda dövlətçiliyin yanında olmağın vacibliyini dərk edir: “Diqqət yetirsək, görərik ki, vaxtilə radikal dindarlardan öz məqsədləri üçün istifadə edən Əli Kərimli və havadarları indi də cinsi azlıq nümayəndələrindən faydalanmağa çalışırlar. Əbəs deyil ki, Avropa Parlamentinin saxta və qərəzli “qətnamə”sində bu məsələyə də toxunulub və AXCP sədri dərhal həmin məsələni öz maraqları üçün istifadə etməyə çalışır. Bəlkə də, o, bunu açıq şəkildə etiraf etməyə də bilər, amma fakt budur ki, Avropa Parlamentinin saxtakarlığına dəstək verilirsə, deməli, həmin “qətnamə”də irəli sürülən “müddəalar” da “liderlər” tərəfindən qəbul edilir. Ümumiyyətlə, nə mənəvi, nə əxlaqi, nə də digər meyarlara sığan bu kimi halların məhz Əli Kərimli, eləcə də “Milli şura”nın digər rəhbərləri tərəfindən dəstəklənməsindən təəccüblənməyə də dəyməz. Belə ki, bu antimilli qüvvələr şeytanla da əməkdaşlığa hazırdır, təki Azərbaycanın imici korlansın. Bu, onların aşkar sifətləridir”.
Ekspert sonda vurğulayıb ki, bu gün Azərbaycan xalqı və dövləti islahatlarla, inkişaf və tərəqqi ilə ölkənin yüksəlməsi istiqamətində vahid şəkildə birləşib və bu vəhdəti, bu birliyi heç bir xəyanətkar, satqın, antimilli qüvvələr pozmaq iqtidarında, gücündə deyil: “Çox yəqin ki, uğursuz mitinq Əli Kərimliyə və onun tərəfdaşlarına növbəti məğlubiyyət dərsi verdi. Lakin ardıcıl, rüsvayçı məğlubiyyətlərdən nəticə çıxarmamaları onları daha dərin, dibi görünməyən uçuruma doğru yuvarladır”.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35

